Previous Next
Bağla

“AI Lab” süni zəka sahəsi üzrə ödənişsiz təlim elan edir

04-04-2022 19:17
“AI Lab” süni zəka sahəsi üzrə ödənişsiz təlim elan edir

 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Süni İntellekt Laboratoriyası (AI Lab) süni zəka sahəsi üzrə ödənişsiz təlim və təcrübə proqramı elan edir.

 Xeberler.az bildirir ki,proqram çərçivəsində süni zəkanın əsasını təşkil edən “Data Science”, “NLP” və “Computer Vision” sahələri dərindən tədris olunacaq. Təlimdə tələbələr “Python” proqramlaşdırma dilini, statistikanın seçilmiş mövzularını, “Machine Learning” və “Deep Learning” kimi sahələri nəzəri və praktiki cəhətdən öyrənəcəklər. Bununla yanaşı, proqram iştirakçıları “Deep Learning”in əsas alətlərindən olan “TensorFlow”, “Keras” və “PyTorch” ilə də yaxından tanış olacaqlar.

 İlk dəfə olaraq tələbələr proqram çərçivəsində “AI Lab”ın həyata keçirdiyi real layihələr üzərində işləyəcəklər. Təlimdə xüsusi fərqlənənlər üçün iş imkanı yaradılacaq.

 Təlimdə iştirak etmək istəyən namizədlər Azərbaycan Süni İntellekt Laboratoriyasının http://ailab.az/az/jobs veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçə və ya [email protected] e-poçt ünvanına öz CV-lərini göndərə bilərlər.

 Təlimdə iştirak ödənişsizdir. Müraciət üçün son tarix 15 aprel 2022-ci ildir. Dərslər mayın 5-də başlayacaq və 6 ay davam edəcək.

 Təlimdə iştirak üçün seçim meyarları bunlardır:

  1. kompüter elmləri və ya əlaqəli sahə üzrə bakalavr səviyyəsində təhsil alan tələbələr və məzunlar;
  2. istənilən proqramlaşdırma dilində ilkin və ya orta səviyyədə bilik (Python arzuolunandır);
  3. alqoritmlər və data strukturları haqqında ümumi anlayış;
  4. riyazi (xüsusilə “Calculus” və xətti cəbr üzrə) bacarıqlar.

 Seçim prosesində komanda daxilində işləmək, tədqiqat bacarıqları və ingilis dilini orta səviyyədə bilmək meyarları da əsas götürüləcək.

 Qeyd edək ki, Azərbaycan Süni İntellekt Laboratoriyası ilk təlim proqramına 2022-ci ilin yanvar ayında start verib. Hazırda laboratoriyada 10 tələbə təhsil alır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BDU tələbələri üçün süni intellekt təlimi keçiriləcək

01-10-2025

Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

21-11-2024

“Advanced Data Science & Deep Learning” vebinarı təşkil olunub

15-12-2020

Ekspert: Süni intellekt Azərbaycan universitetlərində necə inkişaf edir?

15-01-2026

NRYTN-nin elan etdiyi təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artıb

29-09-2021

Qadınlar üçün ödənişsiz “İT əsasları” təlimləri keçiriləcək

07-01-2022

Data Science Academy fəaliyyətə başlayıb

18-10-2019

Regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına başlanılıb

14-10-2021

Yeni media və İnternet haqqında təlimlər layihəsi davam edir

08-02-2010

Azərbaycanlı tələbə beynəlxalq “IT bootcamp” proqramına seçilib

23-02-2026

“Digital LevelUP” proqramının üçüncü dalğasına qeydiyyat başlayıb

07-08-2025

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

16-02-2026

“Nar”ın keçirdiyi “Mobil rabitənin əsasları” təlimi yekunlaşıb

17-11-2021

BDU-da “Data Science” təlimlərinə başlanılıb

11-12-2024

Süni intellekt üzrə bakalavr proqramı başlayır

22-05-2018

"Kiber Təhlükəsizlikdə Riyaziyyat" adlı pulsuz onlayn kurs keçiriləcək

11-09-2020

“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

03-11-2020

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir

04-12-2025

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir

14-06-2025

Azercell TechCentrum Data Science üzrə 3 aylıq təlimlərə başlayıb

22-04-2019

Promethean texnologiyasından istifadə qaydaları tədris ediləcək

16-10-2015

MEDİA və “Euronews” birgə təlim proqramına start verir

21-10-2025

“IT SkillSprint”in qeydiyyatına son 3 gün qalıb

18-12-2025

Məktəblilərə elektronika üzrə təlim keçirilir

25-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə