Previous Next
Bağla

"Kiber Təhlükəsizlikdə Riyaziyyat" adlı pulsuz onlayn kurs keçiriləcək

11-09-2020 12:24
"Kiber Təhlükəsizlikdə Riyaziyyat" adlı pulsuz onlayn kurs keçiriləcək

Xeberler.az bildirir ki, 10 sentyabrdan başlayaraq Stepik platformasında Kaspersky tərəfindən məktəblilər üçün hazırlanmış "Kiber təhlükəsizlikdə riyaziyyat" adlı pulsuz kurs başlayıb. Kurs orta məktəb şagirdləri üçün nəzərdə tutulub, həftədə 2-3 saat məşğul olmaq şərtilə beş həftədən ibarətdir.

Proqram aşağıdakı riyazi sahələri əhatə edir: arifmetika, məntiq cəbri, kombinatorika və ehtimal nəzəriyyəsi. Kursun sonunda iştirakçılara kriptoqrafiya üzrə genişləndirilmiş bir modul təklif olunur, bu proqramda riyazi biliklərin informasiya təhlükəsizliyi sahəsindəki real problemlərin həlli üçün necə tətbiq olunacağı öyrədiləcək. Kurs, nəzəri və praktiki hissələrdən ibarətdir və avtomatik yoxlama və ani geridönüş ilə müxtəlif tapşırıqları ehtiva edir. Texniki bir universitetə ​​girməyi planlaşdıran və ya riyazi biliklərini dərinləşdirmək istəyənlər üçün faydalı olacaqdır.

Kursun ideyası həm də Kaspersky-də bir neçə ildir fəaliyyət göstərən ödənişli tələbə təcrübəsi proqramı SafeBoard iştirakçılarının rəylərindən doğub. Proqram hazırlanması və sınağından tutmuş Data Science və zərərli proqram analizinə qədər müxtəlif şöbələrin təcrübəçiləri öz işlərində xətti cəbr, qraf nəzəriyyəsi, qrup nəzəriyyəsi, Bul cəbri, kombinatorika, riyazi statistika və alqoritm nəzəriyyəsi sahəsindəki biliklərindən fəal şəkildə istifadə edirlər. Riyaziyyatın bu sahələri yeni kursun əsasını təşkil edir.

“Əminik ki, ixtisaslaşmış təhsil proqramları həm unukal rəqabət üstünlüyü, həm də informasiya təhlükəsizliyi sənayesinin inkişafında mühüm addımdır. 2020-ci ildə ümumilikdə və standart məktəb kursundan kənar onlayn öyrənmə imkanlarını inkişaf etdirməyin nə qədər vacib olduğu aydın oldu. Bu gün, məktəbdən partasından başlayaraq informasiya təhlükəsizliyi mütəxəssisi peşəsinə hazırlaşmaq mümkündür: yeni kurs hər bir yeniyetməyə dərin biliklər qazanmaq və riyaziyyatı kiber təhlükəsizlikdə tətbiqetmə bacarıqlarını inkişaf etdirmək üçün tamamilə pulsuz bir fürsət verəcəkdir, ” deyə Kaspersky Laboratoriyasının baş direktoru Yevgeni Kasperski bildirib.

Analoji kurs Kaspersky tərəfindən hazırlanan ilk təlim kursu deyil. Belə ki, 2018-ci ildə Moskva Təhsil Departamentinin ümumşəhər proqramı çərçivəsində, şirkət, məktəblilər üçün proqramlaşdırma və informasiya təhlükəsizliyi istiqamətində "Kasperski-nin Riyazi Vertikalı" adlı kursunu təqdim edib. Hazırda 1409 saylı Moskva məktəbinin bazasında həyata keçirilən layihə 7-10 sinif şagirdlərini əhatə edir. Proqramın əsasını son təhsil avadanlıqlarından istifadə edərək riyaziyyat, fizika və kompüter elmlərinin dərindən öyrənilməsi təşkil edir. Eyni zamanda, tələbələr üçün günün ikinci yarısı proqramlaşdırma və fərdi dillər (C ++ və Python), alqoritmlər, məlumat təhlükəsizliyinin kriptoqrafik metodları və informasiya təhlükəsizliyinin digər aspektləri mövzusunda seminarlar keçən Kaspersky mütəxəssislərinin xüsusi kurslarına həsr olunur.

Kursa başlamaq üçün bu link vasitəsilə qeydiyyatdan keçmək lazımdır: https://stepik.org/course/62247/promo

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

19-04-2021

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Kaspersky yeni təlim proqramına start verir

21-05-2020

Kaspersky YARA qaydalarının yaradılması və istifadəsi üzrə onlayn təlimə başlayır

03-09-2020

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

SOCAR-ın işçilərinə informasiya təhlükəsizliyi üzrə kurs keçirilib

08-04-2015

KasperskyOS Night yay konfransını Yevgeni Kasperski açıq elan edəcək

25-06-2021

BANM “Impulse4Women” və IDEA tərəfindən keçirilən hakatonun qalibi olub

14-04-2025

“AI Lab” süni zəka sahəsi üzrə ödənişsiz təlim elan edir

04-04-2022

Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir

10-08-2020

Süni intellekt Olimpiadada tapşırıqları həll edəcək

13-09-2019

Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir

03-02-2026

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021

Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

22-06-2020

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

İnformasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb

01-08-2022

Kibertəhlükəsizlik Akademiyasına tədris üçün qeydiyyat davam edir

21-08-2023

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Kaspersky və Fnatic əməkdaşlığa başlayır

02-07-2021

Kaspersky Paris Çağırışı təşəbbüsü işçi qrupun həmsədri olub

05-03-2021

Kaspersky Lab-ın baş direktoru Bakıda olub

06-07-2017

Elektron hökumət üzrə iki günlük kurs başladı

17-03-2015

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə