Previous Next
Bağla

Azercell TechCentrum Data Science üzrə 3 aylıq təlimlərə başlayıb

22-04-2019 11:51
Azercell TechCentrum Data Science üzrə 3 aylıq təlimlərə başlayıb

“Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə İT sektorunun inkişafına, eləcə də bu sahədə gənclərimizin peşəkarlığının artırlmasına yönəldilmiş layihə və tədbirlərin həyata keçirilməsinə hər zaman xüsusi diqqətlə yanaşır.

Xeberler.az bildirir ki, mərkəz İT sahəsinə olan marağı, eyni zamanda mütəxəssislərin azlığını nəzərə alaraq, az-təminatlı və tədrisə yetərli büdcəsi olmayan seçilmiş tələbələr üçün “TechCentrum” platformasının təşkilatçılığı ilə “Data Science” təlimlərinə başlayıb.

Təlimlər həftədə 2 dəfə olmaqla, 90 dəqiqə ərzində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində keçirilir.Təlimçi Kamil Ələsgərov tərəfindən keçirilən sessiyalar 3 aya qədər davam edəcək. Təlimlərdə təsviredici və inferensial statistikanın, riyazi analiz və xətti cəbrin ümumi təkrarı, komanda sətri (cmd) ilə işləməyin əsasları, verilənlər bazaları, SQL DML ilə tanışlıq, Python, R və OOP, data strukturları, datanın daxil edilməsi, təmizləməsi, formatın uyğunlaşdırılması, mövcud olmayan (missing) məlumatlara yanaşma və bir sıra digər vacib mövzular əhatə olunacaq.

Məlumat üçün bildirək ki, təlimçi Kamil Ələsgərov bank sektorunda data analizi və risklərin idarə edilməsi sahəsi üzrə 10 illik iş təcrübəsinə malikdir. ADİU, Xəzər və ADA universitetlərində “Statistika, Ekonometrika və Əməliyyatların tədqiqi”ni (Operations Research) tədris edən Kamil Ələsgərov “Baker Tilly Azerbaijan” şirkətində risk sahəsi üzrə layihə meneceridir və Azərbaycan maliyyə sektorunda “Data Science”in tətbiqi ilə məşğuldur.

Qeyd edək ki, “TechCentrum” İnkişafda olan Texnologiyalar sahəsində təhsil, karyera və inkişaf imkanlarının mübadiləsi məqsədilə yaradılmış platformadır. Üç aylıq fəaliyyəti nəticəsində “TechCentrum” platforması 700-dən çox iştirakçıya “Data Science” və “Data Engineering”, “Cpython”, “Data Products Management” üzrə təlimlər və vebinarlar təşkil edib, Facebook kimi böyük Tech şirkətlərində İT üzrə iş imkanları, təhsil, təcrübə və yay məktəbləri ilə bağlı informasiya mübadiləsi həyata keçirib.

Təlimlər barədə əlavə məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Data Science Academy  fəaliyyətə başlayıb

Data Science Academy fəaliyyətə başlayıb

18-10-2019
Datanın tətbiq sahələrində karyera adlı seminar keçiriləcək

Datanın tətbiq sahələrində karyera adlı seminar keçiriləcək

11-09-2019
BDU-da “Data Science” təlimlərinə başlanılıb

BDU-da “Data Science” təlimlərinə başlanılıb

11-12-2024
Azercell-dən sahibkar xanımlara dəstək

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019
Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

18-05-2016
Bakı Ali Neft Məktəbində data analitikası ixtisası açılır

Bakı Ali Neft Məktəbində data analitikası ixtisası açılır

30-06-2025
“Advanced Data Science & Deep Learning” vebinarı təşkil olunub

“Advanced Data Science & Deep Learning” vebinarı təşkil olunub

15-12-2020
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib

Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib

12-03-2026
“AI Lab” süni zəka sahəsi üzrə ödənişsiz təlim elan edir

“AI Lab” süni zəka sahəsi üzrə ödənişsiz təlim elan edir

04-04-2022
Azercell-in “DataMinds” bootcamp proqramına qeydiyyat davam edir

Azercell-in “DataMinds” bootcamp proqramına qeydiyyat davam edir

20-06-2025
Proqram mühəndisliyi və Data Science

Proqram mühəndisliyi və Data Science

19-05-2017
Azercell növbəti dəfə tələbələr ilə görüşdü

Azercell növbəti dəfə tələbələr ilə görüşdü

01-06-2019
ADA Universitetində Big Data Day Baku 2019 forumu keçirilib

ADA Universitetində Big Data Day Baku 2019 forumu keçirilib

12-06-2019
“Startap və İnnovasiya” mövzusunda təlim keçirilib

“Startap və İnnovasiya” mövzusunda təlim keçirilib

16-12-2025
Barama məktəblilər üçün yeni layihəyə başlayır

Barama məktəblilər üçün yeni layihəyə başlayır

22-12-2017
“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016
Proqramçıların sevimli müsabiqəsi başlayır

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018
Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019
Azercell-dən məktəblilər üçün pulsuz layihə

Azercell-dən məktəblilər üçün pulsuz layihə

20-06-2017
Bakıda Big Data Day keçiriləcək

Bakıda Big Data Day keçiriləcək

14-03-2016
Azercell Gələcəyi qur layihəsində məktəblilərə dəstək oldu

Azercell Gələcəyi qur layihəsində məktəblilərə dəstək oldu

06-10-2018
Azercell-in Barama Mərkəzi və Yüksək Texnologiyalar Parkı arasında  memorandum imzalandı

Azercell-in Barama Mərkəzi və Yüksək Texnologiyalar Parkı arasında memorandum imzalandı

23-10-2018
KOBİA və Bilişim Vadisi Bakı “Gənc startap” sahibkarlıq təlimlərinə start verdi

KOBİA və Bilişim Vadisi Bakı “Gənc startap” sahibkarlıq təlimlərinə start verdi

15-02-2024
Sandbox çərçivəsində 4 innovativ məhsul sınaqdan keçiriləcək

Sandbox çərçivəsində 4 innovativ məhsul sınaqdan keçiriləcək

26-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə