Previous Next
Bağla

“ASAN xidmət” dövlət xidmətləri sahəsində beynəlxalq Forum keçirir

15-12-2022 15:27
“ASAN xidmət” dövlət xidmətləri sahəsində beynəlxalq Forum keçirir

“ASAN xidmət” dövlət xidmətləri sahəsində beynəlxalq Forum keçirir

Xeberler.az bildirir ki, 15 dekabr 2022-ci il tarixində Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  təşkilatçılığı ilə “Müasir İdarəetməyə Gedən Yol: Dayanıqlı və İnnovativ Dövlət Xidmətlərinə Doğru” mövzusunda beynəlxalq Forum başlayıb.

“ASAN xidmət”in 10 illiyinə həsr olunmuş Forumun məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinə əsaslanaraq, bu sahədəki yeniliklərə töhfə vermək, eləcə də dövlət xidmətləri sahəsində yeni texnologiyaların tətbiqi ilə əlaqədar müzakirələr aparmaqdır.

Forumda müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan və platformalardan, eləcə də innovasiyalar üzrə  nüfuzlu şirkətlərdən ümumilikdə 50-yə yaxın xarici qonaq iştirak edir.

 Öncə “ASAN xidmət”in  10 illik  fəaliyyətinə dair hesabat videoçarxı nümayiş etdirilib.

Tədbirin açılış sessiyasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərov Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanlanmış təbrik məktubunu çatdırıb.  Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin İqtisadi və Sosial Məsələlər üzrə Müavini Li Junhuanın, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin köməkçisi, BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun (UNITAR) İcraçı direktoru Nixil Setin videomüraciətləri yayımlanıb. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  sədri Ülvi Mehdiyev Forum iştirakçılarını salamlayıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin çoxşaxəli islahatlarından biri də dövlət xidmətlərinin şəffaf, operativ və əlçatan təşkili ilə bağlı müəllifi olduğu “ASAN xidmət” konsepsiyasıdır. “ASAN xidmət” dövlət idarəetmə sistemində korrupsiyaya qarşı mübarizədə və müasir texnologiyaların, innovasiyaların dövlət xidmətlərinə tətbiqi ilə vətəndaşların hüquqlarının təmin edilməsində institusional bir islahat olmaqla, qısa zamanda həm vətəndaşların məmnunluğunu qazanıb, həm də beynəlxalq müstəvidə ciddi maraq yaratmaqla Azərbaycanın brendi, milli innovativ məhsulu adını qazanıb.

Sonra “UCLG - Afrika - ASAN  - Yerli Afrika Dövlət Xidməti Mükafatı”nın təqdimatı baş tutub. Qaliblər dövlət xidmətlərində səmərəliliyin və innovasiyaların tətbiqinə görə fərqlənən Ruanda Respublikasının paytaxtı Kiqali şəhəri və Mərakeş Krallığının Berkan şəhəri olub. 

Beləliklə, “ASAN xidmət” dövlət xidmətləri ilə bağlı beynəlxalq mükafat verən qurum kimi çıxış edir.  “UCLG Afrika – ASAN –Yerli Afrika Dövlət Xidməti Mükafatı” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “UCLG Afrika” Təşkilatının təşəbbüsü, eləcə də Mərakeş Merlər Assosiasiyasının tərəfdaşlığı ilə təsis olunub.  Mükafatın məqsədi Afrika qitəsinin Yerli və Regional Hökumətləri tərəfindən yerli idarəetmə və ictimai xidmətlərin göstərilməsi zamanı ortaya çıxan çətinliklərin azaldılmasına və ya aradan qaldırılmasına yönəlmiş yeni həllərin, innovasiyaların, uğurlu təcrübələrin və təşəbbüslərin beynəlxalq səviyyədə tanıdılması və mükafatlandırılmasıdır. Mükafatın qalibləri Dövlət Agentliyinin dövlət xidmətlərinin göstərilməsi, sosial innovasiyalar sahəsindəki təcrübəsi ilə tanış olmaq imkanı əldə edəcəklər. Bununla da ölkəmizin “ASAN xidmət” təcrübəsi ilə yanaşı, müvafiq istiqamətlər üzrə qabaqcıl həlləri Afrika qitəsi ölkələrində geniş formada öyrəniləcək və təbliğ olunacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018

ASAN xidmət təcrübəsi Afrika şəhərlərinin 8-ci Forumu-nda

24-11-2018

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

25-06-2019

“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil edib

24-06-2025

Agentliyin nümayəndə heyəti "Dövlət Sektorunda İnnovasiya Forumu"nda iştirak edib

11-12-2025

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019

"ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

03-06-2025

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

27-06-2019

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025

“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

25-07-2025

ASAN Qlobal Veb Forumun açılış sessiyası keçirilib

15-05-2020

Türkiyənin Vitse-prezidenti ASAN xidmətlə tanış olub

17-09-2019

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

“ASAN xidmət” modeli Malayziyada tanıdılıb

05-12-2024

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də olublar

18-05-2026

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026

“ASAN xidmət” BMT-nin mükafatına layiq görüldü

12-05-2015

BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

01-06-2023

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

10-04-2025

Kolumbiyada “ASAN xidmət” təcrübəsi tətbiq olunacaq

14-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə