Previous Next
Bağla

“ASAN xidmət” süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib

23-04-2026 13:03
“ASAN xidmət” süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən əməkdaşların rəqəmsal bacarıqlarının inkişafı istiqamətində süni intellekt üzrə icbari təlimlərə start verilib.

Xeberler.az bildirir ki, Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən təşkil olunan təlimlər bu günədək Bakı, Şuşa, Salyan şəhərlərində həyata keçirilib və mərhələli şəkildə digər regionlarda da davam etdirilir.

Əsas məqsəd əməkdaşların süni intellekt alətlərindən gündəlik və işgüzar fəaliyyətlərində səmərəli istifadəsini təmin etmək, iş proseslərini optimallaşdırmaq, qərarvermə sürətini və keyfiyyətini artırmaq, eləcə də rəqəmsal transformasiya proseslərinə uyğun bacarıqlar formalaşdırmaqdır.

Proqram çərçivəsində agentliyin strukturunda fəaliyyət göstərən 5500-dək əməkdaşın mərhələli şəkildə bu təlimlərə cəlb olunması nəzərdə tutulur. Təlimlərdə iştirak edən əməkdaşlar süni intellekt alətlərinin praktiki tətbiqi, məlumatların effektiv idarə olunması, kontent yaradılması və iş proseslərinin avtomatlaşdırılması istiqamətində bilik və bacarıqlar əldə edirlər.

Həmin təşəbbüs Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Süni İntellektin İnkişafına dair 2025–2028-ci illər üçün Strategiya” sənədində müəyyən edilmiş prioritetlərin davamı kimi həyata keçirilir.

“ASAN xidmət” innovativ inkişafı dəstəkləyən yanaşması çərçivəsində insan kapitalının inkişafını əsas prioritetlərdən biri kimi müəyyən edib. Əməkdaşların müasir çağırışlara uyğun yeni bilik və bacarıqlarla təmin edilməsi ilə dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına və vətəndaş məmnuniyyətinin davamlı yüksəldilməsinə töhfə verilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ASAN Karyera Akselerasiya Proqramı başlayır

20-04-2026

Regionlarda “Süni intellekt savadlılığı” proqramına start verilib

01-12-2025

“Süni intellekt savadlılığı” proqramı davam edir

25-12-2025

Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

02-12-2025

Dövlət sektorunun ilk 100 nümayəndəsi süni intellekt üzrə təlimi başa vurub

17-03-2026

İtaliyanın “RAI 1” kanalı “ASAN xidmət”in fəaliyyətini işıqlandırıb

14-07-2025

Qırğızıstanda Türk Dövlətlərinin Süni İntellekt Forumu keçirilib

14-10-2024

Səyyar ASAN xidmət regionlarda fəaliyyətini davam etdirir

02-10-2025

“Süni intellekt savadlılığı” mövzusunda təlim keçirilib

24-02-2026

ASAN AI Hub platforması çərçivəsində əməkdaşlıq qurulacaq

16-04-2026

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026

Şəkidə qadınların işgüzar inkişafı təlimlərinə start verilib

28-11-2019

Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

19-03-2025

"ASAN xidmət" innovasiya idarəetməsində beynəlxalq standartların tətbiqini davam etdirir

04-02-2026

Süni intellekt Strategiyasının məqsədləri məlum olub

19-03-2025

Səyyar ASAN xidmət Cəbrayılda

23-09-2025

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

06-02-2026

"ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqi genişlənəcək

04-04-2025

Apreldə "Səyyar ASAN"ın fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

01-04-2026

"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

18-02-2026

V “TUSİ” İnkubasiya proqramına qeydiyyat davam edir

05-03-2026

“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

18-05-2026

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə