Previous Next
Bağla

“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

25-07-2022 17:43
“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

19-20 iyul tarixində Almatıda keçirilən “Dayanıqlı İnkişaf üçün İnnovasiyalar və Texnologiyalar üzrə Ekspert Qrupunun İclası”nda iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Qazaxıstana səfər edib. Tədbir Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) katibliyi və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (ECE) birgə əməkdaşlığı ilə təşkil edilib.

Xeberler.az bildirir ki, ekspert Qrupunun İclasının əsas məqsədi Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramın (SPECA) iş planının həyata keçirilməsi istiqamətində prioritet və mexanizmləri müzakirə etmək, texnologiya tətbiqlərində irəliləyişləri və çətinlikləri aşkar etmək, innovativ sahibkarlığı təşviq etməkdir.

İclas çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti “ASAN xidmət” və rəqəmsal hökumət sahəsində ölkəmizdə görülən işlərlə bağlı tədbir iştirakçılarına məlumat verib. İclasda “ASAN xidmət” tərcrübəsi, Azərbaycanda rəqəmsal hökumətin inkişafı istiqamətində görülən işlərdən danışılıb. Dövlət xidmətlərinin göstərilməsində məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə yaradılmış “ASAN Bridge” milli məlumat mübadiləsi sistemi, dövlət qurumları arası məlumatların rəqəmsal formada ötürülməsi haqqında iştirakçılara geniş məlumat verilib. Təqdimat zamanı, həmçinin “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalının vətəndaşlara təqdim etdiyi üstünlüklərdən bəhs edilib. Eyni zamanda hər növ ödənişlərin həyata keçirilməsini təmin edən vahid portal “ASAN ödəniş” sistemi, sadəcə internet bağlantısı ilə istənilən yerdə viza əldə etmək imkanı təqdim edən “ASAN Viza” elektron viza sistemi haqqında ətraflı məlumat verilib.

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin daha bir rəqəmsal həll - vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin olunması məqsədilə mərkəzləşdirilmiş identifikasiya aləti olan “ASAN Login” layihəsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirdə Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramın (SPECA) təyin olunmuş mərkəzlərin nümayəndələri, Şimali və Mərkəzi Asiyadan, Şərqi və Şimal-Şərqi Asiyadan dəvət olunmuş ekspertlər və Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (ECE) katibliyi iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

05-12-2025

BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

01-06-2023

Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

24-07-2019

“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində olub

22-04-2026

“ASAN xidmət”in nümayəndəsi BMT-nin sessiyasında iştirak edib

06-09-2022

ABŞ-ın nümayəndə heyəti ASAN xidmət mərkəzində olub

13-11-2019

Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti "ASAN xidmət”də

18-05-2026

Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

30-06-2021

“ASAN xidmət” BMT nəşrində diqqət mərkəzində

07-07-2025

Bakıda innovasiya və texnologiya üzrə regional seminar keçirilir

05-07-2018

BMT-nin Baş katibinin müavini ASAN xidmətdə olub

18-11-2024

Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

28-02-2020

“ASAN xidmət” modeli beynəlxalq tədbirdə diqqət mərkəzində olub

18-06-2025

ASAN: “COP29 Xüsusi Viza”sını elektron formada almaq olar

31-10-2024

Efiopiyanın nümayəndə heyəti "ASAN xidmət"də olublar

20-05-2026

Dövlət Agentliyinin sədri İsrail səfiri ilə görüşüb

12-03-2020

Dövlət Agentliyi Süni intellekt üzrə Komitənin Bürosunda təmsil olunacaq

22-11-2019

Qırğızıstanın nümayəndə heyəti ASAN xidmətdə olub

06-11-2019

BMT və ISESCO nümayəndələri ASAN xidmət-də

15-03-2019

“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb

04-10-2024

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026

Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub

24-01-2020

Baham Adalarının xarici işlər naziri “ASAN xidmət”də olub

09-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə