Previous Next
Bağla

“Azərpoçt” İspaniyadan sifarişlərin çatdırılmasını həyata keçirəcək

07-02-2025 14:23
“Azərpoçt” İspaniyadan sifarişlərin çatdırılmasını həyata keçirəcək

“Azərpoçt”un həyata keçirdiyi karqo daşımaları poçt daşımaları və elektron kommersiya ilə əlaqədar daşımalar olmaqla iki hissəyə bölünür.

Xeberler.az APA-ya istinadən bildirir ki, bunu qurumun sədrinin vəzifələrini icra edən İsi Mustafayev deyib.

O qeyd edib ki, Azərbaycanda elektron kommersiya platformalarından sifarişlərin çatdırılması ilə bağlı “Post.Cargo” məhsulu istifadəyə verilib:

“Bu məhsul ilə Türkiyə və Avropa üzərindən daşımalar həyata keçirilir. Avropa ölkələrindən İspaniya ilə danışıqlar aparırıq ki, vətəndaşların bu ölkədən elektron kommersiya platforması üzərindən sifariş verdikləri məhsullar “Azərpoçt” vasitəsilə çatdırılsın. Eyni zamanda, ölkə daxilində müxtəlif daşıma şirkətləri ilə də əməkdaşlıq edirik”.

İ.Mustafayev qurumun beynəlxalq poçt operatorları ilə əməkdaşlığına da toxunub:

“Bütün milli poçt operatorları ilə münasibətlərimiz var. Poçt xətti ilə gələn istənilən bağlama, məktub, poçt göndərişi mütləq milli poçt operatoru tərəfindən qəbul edilib ünvançıya çatdırılmalıdır. Bu, beynəlxalq poçt qaydalarının əsas tələbidir. Ümumdünya poçt ittifaqına daxil olan hər bir milli poçt operatorunun bu öhdəliyi var. Azərbaycanda vətəndaş Avropanın hansısa ölkəsinə, ABŞ-yə və ya digər ölkəyə poçt göndərişi edirsə, milli poçt operatoru olaraq bunu biz qəbul edirik, həmin ölkəyə göndəririk. Həmin ölkənin milli poçt operatorunun da vəzifəsidir ki, onu ünvançıya çatdırsın. Əks proses qarşı ölkədə də belə olur. Yəni milli poçt operatorları arasındakı münasibətlər Ümumdünya Poçt İttifaqı üzərindən və onun daxili prosedurları ilə tənzimlənir”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

9 oktyabr - Ümumdünya Poçt Günüdür

09-10-2020

“Azərpoçt” MMC karqo xidmətini istifadəyə verib

29-11-2022

“Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının yeni tətbiqinə qoşulub

19-11-2021

“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub

19-11-2020

Azərpoçt e-ticarətlə bağlı yenilik edəcək

05-12-2017

“Azərpoçt”un əməkdaşı regional qurumda vəzifəyə təyin olunub

02-07-2025

Xaricdən telefon sifariş verənlər niyə növbə gözləyir? – RƏSMİ AÇIQLAMA

12-09-2018

“Azərpoçt”-da elektron ticarətlə bağlı platforma hazırlanır

01-06-2015

"Azərpoçt" MMC adından göndərilən saxta mesajların sayı artıb

25-01-2024

«Azərpoçt» kuryer və əşya çatdırılma xidmətləri bazarına keçir-Sədr açıqladı

19-07-2022

"Azərpoçt" bayram günlərində 30 mindən çox məktub çatdırıb

29-03-2022

Beynəlxalq poçt göndərişlərinin qəbulunda daha bir yenilik

15-05-2020

“Azərpoçt” ABA-ya üzv olub

10-06-2023

Bu gün poçt işçilərinin peşə bayramıdır

09-10-2017

Poçt xidmətlərinin inkişafı elektron ticarətlə bağlıdır

24-05-2015

"Kabel televiziyası ilə bağlı qanuna ehtiyac var"

06-12-2010

"Azərpoçt" ötən ilin yekunlarına dair brifinq keçirib

07-02-2025

Azərbaycan və Gürcüstan poçt nümayəndələrinin görüşü baş tutub

14-05-2025

Azərpoçt”MMC-nin müştəriləri hədəfə alınıb

14-12-2023

“Azərpoçt” MMC bir neçə ölkəyə poçt göndərişlərinin qəbulunu bərpa etdi

14-04-2020

Ekspert Azərpoçta qarşı ittihamla bağlı açıqlama verdi

28-09-2018

ETX: "Azərpoçt" adından dələduzluqlar edilir

12-02-2025

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən baxılması təklifi qəbul edilib

26-05-2026

Suriya poçt vasitəsilə beynəlxalq pulköçürmələrini bərpa edir

09-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə