Previous Next
Bağla

“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

17-06-2025 16:53
“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı tərəfindən yenidən Azərbaycanda istehsal olunan spirtli içkilərin Bolqarıstan Respublikasına ixracı üçün sərbəst satış sertifikatları təqdim olunub.

Xeberler.az bildirir ki, portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, sərbəst satış sertifikatı Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixrac potensialının artırılmasına, xüsusilə Avropa bazarlarında yerli məhsulların mövqeyinin möhkəmləndirilməsinə mühüm töhfə verir: “Bu sertifikat təkcə hüquqi sənəd deyil, həm də "Made in Azerbaijan" brendinin keyfiyyət göstəricisidir. Bolqarıstan kimi Avropa İttifaqına üzv ölkələrə ixrac üçün tələb olunan texniki və sanitar-epidemioloji tələblərə uyğunluğu təsdiqləyən bu sənəd yerli istehsalçıların beynəlxalq bazarlara daha sürətli və rəqabətədavamlı şəkildə çıxmasına şərait yaradır.”

A. Qədəşov əlavə edib ki, “Azexport” portalı sahibkarlara xidmətlər göstərməklə yanaşı, onların məhsullarının yeni bazarlara çıxışına dair strateji dəstək də verir.

Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq, “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.

Ümumilikdə, 2018-ci ilin aprel ayından 2025-ci ilin iyun ayına kimi 761 adda məhsula sərbəst satış sertifikatı verilib. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracda çətinlik yaranan 100-dən artıq Amerika qitəsi, Asiya, Okeaniya, Avropa və Körfəz ölkələrinə ixracını asanlaşdırıb.

Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar “www.azexport.az” portalı vasitəsilə müraciət edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azexport”un dəstəyi ilə Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq

16-09-2024

“Azexport” portalının dəstəyi ilə Efiopiyaya məhsul ixrac ediləcək

22-11-2024

"Azexport" daha bir məhsula Sərbəst Satış Sertifikatı verib

09-10-2025

“Azexport” portalı İndoneziyaya ixrac üçün sərbəst satış sertifikatlarını təqdim edib

20-11-2023

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019

"Azexport" vasitəsilə 763 sərbəst satış sertifikatı təqdim edilib

25-12-2025

Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib

22-01-2025

Azexport portalının təqdim etdiyi Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb

18-01-2019

Sərbəst Satış Sertifikatının verilməsinə başlandı-Tələblər

19-04-2018

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019

Azexport yeni elektron satış portalları ilə əməkdaşlığa başlayıb

27-07-2018

USAID və Azexport əməkdaşlıq edir

08-02-2023

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025

Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

15-11-2019

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026

“Azexport” portalı Latviyanın “STC” şirkəti ilə əməkdaşlığa başlayır

25-09-2024

"GS1 Azerbaijan" məlumat bazası "Azexport"a inteqrasiya olunub

16-09-2025

Azexport portalı vasitəsilə son 10 ildə ilk dəfə Rusiyaya yun ixracı həyata keçirilib

11-12-2018

Azexport.az “Made in Azerbaijan” məhsullarını “Amazon” və “eBay”- də satışa çıxarıb

02-02-2022

Azexport portalının xüsusi buraxılışı nəşr olundu

23-01-2019

Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da ilk üçlükdə yer alıb

26-08-2025

Ötən il Azexport.az 475 milyon dollar ixrac sifarişi alıb

18-01-2018

İslahat icmalının xüsusi buraxılışı onlayn vahid ixrac ərizəsinə həsr olunub

22-02-2019

Azexport.az 2 qlobal portala inteqrasiya olunub

15-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə