Previous Next
Bağla

“Azexport” portalının Pakistan və Türkiyə şirkətləri ilə əməkdaşlığı müzakirə olunub

01-03-2025 07:37
“Azexport” portalının Pakistan və Türkiyə şirkətləri ilə əməkdaşlığı müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı ilə Pakistan və Türkiyədən olan təşkilat nümayəndələri arasında görüş baş tutub.

Xeberler.az məlumat verir ki, görüşdə Pakistanda yerləşən Azərbaycan Ticarət Evinin rəhbəri Adeel S Butt, biznes hüququ üzrə beynəlxalq vəkil və iş adamı Muhammad Sohail Sajid və Türk Dünyası Vasitəçilik Assosiasiyasının (TDVA) Azərbaycan komissiyasının koordinatoru Aygün Əliyeva iştirak ediblər.

Görüşdə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov portalın Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması istiqamətində təqdim etdiyi rəqəmsal həllərə dair geniş təqdimat edib. O, portalın rəqəmsal sərgi zalında pilot olaraq on Azərbaycan şirkəti üçün qurulan rəqəmsal stendlərin Türk dövlətlərindən olan 100 şirkət üçün də qurulması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. A. Qədəşov “Azexport” portalının beynəlxalq platformalarla iş prinsipi barədə də iştirakçılara məlumat verib.

Pakistanda Azərbaycan Ticarət Evinin rəhbəri Adeel S Butt portal tərəfindən təqdim olunan rəqəmsal sərgi zalının innovativ və müasir həll yolu olduğunu bildirib. O, bu layihədə Türk dövlətləri ilə yanaşı Pakistanın da təmsil olunmasını, rəqəmsal stendlərlə bağlı imkanların Pakistan şirkətlərinə təqdimatı istiqamətində birgə fəaliyyətin planlaşdırılmasını təklif edib.

Görüşdə iştirak edən beynəlxalq vəkil və iş adamı Muhammad Sohail Sajid bildirib ki, “Azexport” portalının yerli sahibkarlara beynəlxalq platformalar vasitəsilə xarici bazarlara çıxışda göstərdiyi dəstək mexanizmi uğurlu və effektiv vasitədir: “Belə ki, Pakistan şirkətləri beynəlxalq sərgilərdə iştirak üçün ciddi yatırımlar, zaman və digər resurslar sərf edirlər. Beynəlxalq platformalarda vahid ad altında rəqəmsal formada təmsilçilik müasir və iqtisadi cəhətdən səmərəli seçim ola bilər”. O, “Azexport” təcrübəsinin Pakistanda təqdim olunması və tətbiqi üçün portal nümayəndələrini Pakistana səfərə dəvət edib.

Daha sonra TDVA-nın Azərbaycan Komissiyasının Koordinatoru Aygün Əliyeva çıxış edərək portalın fəaliyyətinin bizneslərin xarici bazara çıxışı üçün əhəmiyyətli dəstək olduğunu bildirib. Həmçinin cari ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransın təşkilatı işlərində birgə əməkdaşlıq etməkdə maraqlı olduqlarının qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azexport” təcrübəsinin Pakistanda tətbiqi müzakirə olunub

19-05-2026

"Azexport" "Hannover Impuls"la beynəlxalq ticarət imkanlarını müzakirə edib

10-10-2025

Azexport.az Bakutel sərgisində təmsil olunur

03-12-2019

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021

USAID və Azexport əməkdaşlıq edir

08-02-2023

“TurkicExport” portalının layihəsi təqdim edilib

19-02-2024

“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

31-10-2025

Azexport.az portalının imkanları beynəlxalq tədbirdə təqdim olunub

17-06-2022

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026

“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub

17-02-2026

Azexport.az portalının rəqəmsal inzibati binası-Foto

05-01-2023

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021

Azexport Amazonla Qazan təlimini davam etdirir

19-02-2019

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025

“Azexport” Azərbaycan məhsullarının Yaponiyaya ixracını genişləndirir

18-03-2026

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025

“Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda müzakirə keçirilib

24-07-2020

“Azexport” portalı AzTU-da tələbələrlə görüş keçirəcək

24-04-2025

“Azexport” və “Tradexter Global” arasında memorandum imzalanıb

13-12-2024

“Azexport.az” portalının əməkdaşları AzTU-da görüş keçirib

01-05-2025

“Azexport” Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

27-01-2026

“Azexport” Qazaxıstanın rəqəmsal ixrac ekosisteminin qurulmasına dəstək verəcək

28-01-2026

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə