Previous Next
Bağla

“Azexport” Qazaxıstanın rəqəmsal ixrac ekosisteminin qurulmasına dəstək verəcək

28-01-2026 12:24
“Azexport” Qazaxıstanın rəqəmsal ixrac ekosisteminin qurulmasına dəstək verəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalı ilə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi arasında işçi görüş keçirilib. Görüşün əsas məqsədi Azərbaycanın elektron ixrac sahəsindəki uğurlu modelinin öyrənilməsi və bu təcrübənin Qazaxıstanda yaradılması planlaşdırılan analoji platformada tətbiqi imkanlarının müzakirəsi olub.

Xeberler.az bildirir ki, Mərkəzi Asiyada rəqəmsal həllərin tətbiqi üzrə qabaqcıl ölkələrdən olan Qazaxıstanın nümayəndə heyəti “Azexport” portalının fəaliyyət mexanizmi ilə yaxından tanış olub. Görüş çərçivəsində “QazTrade”in hüquqi və texniki heyəti portalın idarəetmə prinsipləri, beynəlxalq elektron ticarət təşkilatları ilə inteqrasiya modelləri, eləcə də ixrac sifarişlərinin emalı və logistik idarəetmə prosesləri barədə geniş məlumat əldə ediblər.

Tərəflər “Azexport”un formalaşdırdığı rəqəmsal infrastrukturun Qazaxıstanın ixrac potensialına uyğunlaşdırılması və qarşılıqlı texnoloji mübadilə məsələlərini müzakirə ediblər.

“Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Azərbaycanın rəqəmsal ixrac platforması kimi formalaşdırdığı modelin beynəlxalq səviyyədə maraqla qarşılanması qürurvericidir: “QazTrade” ilə əməkdaşlığımız sadəcə sənəd üzərində deyil, real texnologiya və təcrübə mübadiləsinə əsaslanır. Məqsədimiz sahibkarların rəqəmsal bazarlara çıxışını asanlaşdırmaqla yanaşı, həm də regionda vahid standartlara cavab verən rəqəmsal ticarət ekosistemi formalaşdırmaqdır. Qazaxıstanlı həmkarlarımızla apardığımız texniki müzakirələr və təcrübə mübadiləsi hər iki ölkənin ixrac imkanlarını genişləndirəcək”.

“QazTrade” təşkilatının icraçı direktoru Aynur Amirbekova isə görüşün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, iki ölkənin iqtisadiyyatları bir-birini tamamlayan strukturlara malikdir: “Rəqəmsal ticarətin inkişafı sahəsində ortaq təşəbbüslər regionda bizneslərin rəqabət qabiliyyətini artıracaq. Bu əməkdaşlıq həm “QazTrade”, həm də “Azexport” üçün bilik mübadiləsi baxımından böyük imkanlar açır və ixrac proseslərinin daha çevik idarə olunmasına şərait yaradacaq”.

Tərəflər arasında daha əvvəl imzalanmış Anlaşma Memorandumu çərçivəsində ticarətin təşviqi, rəqəmsal iqtisadiyyat sahəsində birgə layihələrin həyata keçirilməsi və ixracı dəstəkləyən normativ baza üzrə məlumat mübadiləsi nəzərdə tutulub. Hazırkı texniki görüşlər məhz bu memorandumun praktiki icrasının tərkib hissəsidir. Gələcəkdə tərəflər birgə rəqəmsal sərgi və ticarət platformalarının inkişaf etdirilməsi, startap ekosisteminin dəstəklənməsi, eləcə də rəqəmsal iqtisadiyyat üzrə təlimlərin keçirilməsi istiqamətində fəaliyyətlərini genişləndirməyi planlaşdırırlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025

“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

31-10-2025

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025

“Azexport”un nümayəndə heyəti Türkiyədə bir sıra görüşlər keçirib

06-10-2025

“Azexport” Azərbaycan məhsullarının Yaponiyaya ixracını genişləndirir

18-03-2026

“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub

17-02-2026

Onlayn vahid ixrac ərizəsi dövlət qurumlarına təqdim olundu

31-01-2019

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019

BMT-nin hesabatı: Azexport və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

15-10-2020

“Azexport” təcrübəsinin Pakistanda tətbiqi müzakirə olunub

19-05-2026

Azexport portalının Elektron ticarət üzrə təlimi yekunlaşıb

29-11-2018

“Azexport” Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

27-01-2026

Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

21-06-2023

“TurkicExport” portalının layihəsi təqdim edilib

19-02-2024

Azexport.az 469,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişi alıb

16-01-2023

Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da ilk üçlükdə yer alıb

26-08-2025

İslahat icmalının xüsusi buraxılışı onlayn vahid ixrac ərizəsinə həsr olunub

22-02-2019

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021

Rəqəmsal Transformasiya və Texnologiya Zirvəsi Forumu keçiriləcək

07-06-2023

Azexport beynəlxalq konfransda təqdim olunub

28-10-2021

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026

“Azexport.az” portalının əməkdaşları AzTU-da görüş keçirib

01-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə