Previous Next
Bağla

“AzInTelecom” MMC “Azcloud ScaleUp” startaplara dəstək proqramına start verir

10-06-2021 16:53
“AzInTelecom” MMC “Azcloud ScaleUp” startaplara dəstək  proqramına start verir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC startap layihələrinə birbaşa tərəfdaşlar
vasitəsilə dəstək göstərən "Azcloud ScaleUp" proqramına start verir. Məqsəd ölkədə əlverişli rəqəmsal ekosistemin inkişafına töhfə verərək yeni ideyaların yaradılması, innovativ sahibkarlığın təşviqidir.

Xeberler.az bildirir ki, Proqram çərçivəsində “AzInTelecom” MMC təşkilatçı qismində 5000 AZN-dək bulud xidmətləri, startapı inkişaf etdirmək üçün zəruri infrastruktur, AZCLOUD kanalları vasitəsilə təbliğat, biznes tədbirlərində və sərgilərdə iştirakın təşkili, ekspertlər tərəfindən biznes və texnologiya yönümlü təlimlər də daxil olmaqla genişmiqyaslı tədbirlər həyata keçirməyi planlaşdırır.

Azərbaycanda potensialı olan startaplara bizneslərini etibarlı və davamlı şəkildə böyütməyə, biznes cəmiyyəti və sifarişçilərlə ünsiyyət qurmağa yönələn “Azcloud ScaleUp” əsasən yeddi prioritet sahə – aqrar, təhsil, tibb, “ağıllı” ölkə, ekologiya, oyun və onlayn ticarət üzrə layihələrə dəstək göstərəcək.

“Azcloud ScaleUP” proqramına startaplarla yanaşı, tərəfdaş olmaq istəyən təşkilatlar və şirkətlər də müraciət edə biləcək. Ekosistem proqramları və rəqəmsal transformasiya üzrə layihələrdə startaplara dəstək olaraq “AzInTelecom” MMC ilə inkubasiya, akselerasiya mərkəzləri, vençur fondları və digər aidiyyəti təşkilatlar arasında Anlaşma memorandumlarının imzalanması nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində aparılan ardıcıl islahatlarda önəmli rol oynayan “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III”, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarına malik ilk əlçatanlıq zonası əsasında “AZCLOUD bulud”, “AZCLOUD Enterprise” və “Hökumət həlləri” xidmətləri göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AZCLOUD ScaleUp” proqramı ilə 5 startapa 25 000 manatlıq dəstək veriləcək

17-12-2021

“AzInTelecom” maliyyə mütəxəssisləri üçün əlverişli “1C” xidmətini təklif edir

30-06-2021

“AzInTelecom” AZCLOUD Portalını təqdim edib

08-06-2021

“AzInTelecom” “Veeam Software” şirkətinin Gümüş Tərəfdaşı statusunu alıb

04-11-2020

AzInTelecom “Biznes Davamlılığının İdarəetməsi” sertifikatına layiq görülüb

16-07-2020

“AzInTelecom” ADA Universiteti ilə təcrübə proqramını davam etdirir

17-08-2021

“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

03-08-2022

“AzInTelecom” “Hydro Heroes” mobil tətbiqinin yaradılmasına texniki dəstək göstərib

23-09-2020

“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir

10-08-2022

Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi

09-08-2022

“AzInTelecom” təcrübə proqramını uğurla bitirmiş tələbələrə sertifikatlar təqdim edib

28-09-2021

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC “AZCLOUD”un müştəriləri sırasına daxil oldu

24-12-2020

“AzInTelecom” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının etibarlılıq müddəti uzadıldı

17-07-2020

“AZCLOUD” “Əlavə dəyər xidmətləri”ni təqdim edir

21-12-2020

“AzInTelecom”un dəstəyi ilə yaradılan “Hydro Heroes” tətbiqi istifadəyə verilib

26-04-2021

“Azcloud” bulud xidmətləri fəaliyyətini fasiləsiz davam etdirir

22-04-2020

İpoteka və Kredit Zəmanət Fondu məlumatların qorunmasını Yevlax Əlçatanlıq Zonasına etibar edib

08-07-2022

“Vaxtında rezervlənmə ilə məlumat itkisinin birdəfəlik həlli” adlı vebinar təşkil olunacaq

18-12-2020

Yevlax şəhərində “AzInTelecom” MMC-nin Əlçatanlıq Zonası istifadəyə verilib

03-06-2022

Dövlət Reklam Agentliyi “Hökumət buludu”nda əldə etdiyi xidmətləri genişləndirir

07-09-2022

“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

17-10-2022

“Bakı Fond Birjası”məlumatlarını hökumət buluduna etibar edib

29-09-2022

AzInTelecom Kasperski Lab-ın rəsmi partnyoru oldu

25-02-2019

“AzInTelecom”un Data Mərkəzi “TIER III” sertifikatına layiq görülüb

05-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə