Previous Next
Bağla

“AzInTelecom” MMC ilə “Azərişıq” ASC-nin birgə mətbuat konfransı keçirilib

27-07-2022 18:12
 “AzInTelecom” MMC ilə “Azərişıq” ASC-nin birgə mətbuat konfransı keçirilib

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə “Azərişıq” ASC-nin birgə mətbuat konfransı keçirilib.

Xeberler.az-ın məlumatına görə, bildirilib ki, ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya layihələri çərçivəsində “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza ilə “ASAN Login” sistemi üzərindən “eGov” Elektron Hökumət və ya e-service.azerishiq.az portalına daxil olan vətəndaşlar “Azərişıq” ASC-nin “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətinə müraciət edərkən sənədləri SİMA ilə daha rahat imzalaya bilərlər.

Abonentlərə olduğu məkanı tərk etmədən “Azərişıq” ASC-nin “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətində enerji alqı-satqı müqaviləsi və texniki şərtin verilməsi barədə müraciətlərini SİMA vasitəsilə təsdiqləmək imkanı yaradılıb.

Növbəti mərhələdə isə əhali istehlakçısının ad dəyişdirilməsi zamanı enerji alqı-satqı müqaviləsinin SİMA ilə təsdiqi mümkün olacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin eksperti Rəşad Xalıqov çıxış edərək bildirib ki, vətəndaşların müxtəlif dövlət xidmətlərinə əlçatanlığının göstəricisi xidmət mərkəzlərinin say çoxluğu ilə deyil proseslərin çevik icrası ilə bağlıdır:

“Xidmət sahələrini müasir standartlara uyğun şəkildə optimallaşdırılmasında  rəqəmsal transformasiya böyük rol oynayır. Rəqəmsal transformasiya dedikdə biz dövlət idarəçiliyinin təkmilləşdirildiyi rəqəmsal hökumətə keçid, rəqəmsal məhsulların yaradıldığı, biznes proseslərinin avtomatlaşdırıldığı “açıq məlumatlar“ın istifadə edildiyi rəqəmsal cəmiyyətə keçidi nəzərdə tuturuq.

Rəqəmsal transformasiya fonunda yaradılan SİMA-nın tətbiqi elektron imza əldə etmək üçün xidmət ofislərindən asılılığa birdəfəlik son qoyur və ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər kəs olduğu yerdən birbaşa elektron dövlət xidmətlərindən yararlanmış olur.

Rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılması istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalamaq imkanını qazandırır.

Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA ölkəmizdə biznes proseslərini daha da sürətləndirəcək. Heç təsadüfi deyil ki, biznesin dayanıqlılığı və müştərilər üçün xidmətlərin əlçatanlığının artırılması üçün özəl təşkilatlar da SİMA-ya ciddi maraq göstərirlər. Bank sektorundan Paşa Bank, Yelo Bank, TuranBank və sığorta sektorundan BakıSığorta şirkətləri artıq SİMA-nın tərəfdaşlarıdır.

Hazırda BOKT, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər və digər sahələrdə fəaliyyət göstərən təşkilatların sistemlərinə inteqrasiya prosesləri davam etməkdədir və yaxın günlərlə ictimaiyyətlə əlavə məlumat veriləcək.

Bu gün SİMA-nın dövlət qurumlarının sistemlərinə inteqrasiyası intensiv olaraq davam edir. SİMA-nın “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiyası ilə vətəndaşlar “myGov”, “ASAN ödəniş”, "e-Sosial", "e-Agro", "e-Satınalma", "e-Hərrac", İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Reklam Agentliyi, Mərkəzi Bankın Elektron Müraciətlər Sistemi, eləcə də digər sistemlər üzərindən göstərilən xidmətlərə daha rahat giriş edə bilirlər.

“ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiya nəticəsində artıq vətəndaşlarımız əmək müqaviləsi bildirişlərini və əmək təqaüdlərinin təminatını daha rahat izləyə bilir, iş yerlərindən arayışların alınmasını daha rahat həyata keçirirlər. Cərimələr və etibarnamələrlə bağlı məlumatlara və elektron gömrük xidmətlərinə və bir sıra məlumatlara vətəndaşlarımızın çıxışı daha əlçatan olub”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022

SİMA vasitəsilə iş yerlərindən arayışların alınması daha rahat oldu

14-06-2022

SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün oldu

12-10-2022

SİMA-nın 60-dan çox qurumla inteqrasiya prosesi aparılır

06-10-2022

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022

Cərimələr və etibarnamələrlə bağlı məlumatlar daha əlçatan oldu

21-06-2022

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022

SİMA-ya yeni funksionallıq əlavə edildi

20-10-2022

SİMA üzrə yeni tərəfdaş “Yelo Bank” oldu

18-05-2022

“PAŞA Həyat” SİMA ilə əməkdaşlığa başladı

29-08-2022

SİMA ilə “TuranBank”da əmanət yerləşdirmək daha əlçatan oldu

05-05-2022

SİMA ilə həyat sığortası məhsullarını əldə etmək imkanı yaradıldı

15-08-2022

SİMA ilə sığorta məhsullarını əldə etmək imkanı yaradıldı  

24-05-2022

SİMA-nın ilk tərəfdaşı “PAŞA Bank” oldu

11-04-2022

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

SİMA-nın növbəti tərəfdaşı “Kredit Evi” QSC oldu

08-08-2022

SİMA Elm və Təhsil Nazirliyinin sisteminə inteqrasiya edildi

06-06-2023

SİMA ilə “Etik İmza”da bütün sənədləri dərhal imzalamaq mümkün oldu

22-08-2022

“SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et!

05-04-2024

Sahibkarlar “Yelo” mobil tətbiqində maliyyə əməliyyatlarını SİMA ilə həyata keçirəcəklər

21-06-2023

Artıq “Azercell” abunəçiləri internetsiz SİMA-dan istifadə edə biləcəklər

09-08-2023

“AzInTelecom” SİMA ilə bağlı banklarla görüş keçirib

16-03-2023

“SİMA İmza” ilə “Həyatın yaşam sığortası”nı məsafədən əldə etmək mümkün oldu

03-02-2024

SİMA-nın ilk BOKT tərəfdaşı “AzKredit” oldu

02-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə