Previous Next
Bağla

“Bilim Azərbaycan” layihəsi çərçivəsində növbəti imtahanı təşkil olunub

21-04-2025 15:52
“Bilim Azərbaycan” layihəsi çərçivəsində növbəti imtahanı təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin dəstəyi ilə Qubada “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi üzrə test imtahanı təşkil olunub.

Xeberler.az məlumat verir ki, imtahan “ASAN xidmət” və Türkiyə Texnologiya Komandası Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Bilim Azərbaycan” layihəsi çərçivəsində keçirilib. Zaur Cəfərov adına 3 nömrəli tam orta məktəbdə keçirilən imtahanda Quba, Qusar və Xaçmaz rayonlarının ümumtəhsil məktəblərində təhsil alan 4, 5, 6 və 7-ci sinfi bitirən 1000-ə yaxın şagird iştirak edib. Şagirdlər riyaziyyat, alqoritm, təbiət elmləri və ümumi dünyagörüşü üzrə sualları cavablandırıblar. Ən yüksək nəticə göstərən 80 şagird yaxın zamanda fəaliyyətə başlayacaq “Bilim Quba” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq imkanı qazanacaq. Nəticələrin bir həftə ərzində yoxlanılması, valideynlərə SMS və elektron poçt vasitəsilə göndərilməsi nəzərdə tutulub.

Həmçinin nəticələri www.deneyap.az saytından da öyrənmək mümkün olacaq. Layihə çərçivəsində “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanları 2022 və 2024-cü illərdə də keçirilib. Ümumilikdə 160 şagird laboratoriyada 3 illik təhsil hüququ əldə edib.

“Deneyap” texnologiya laboratoriyasında həyata keçirilən təlim proqramı gələcəyin texnoloji istedadlarının formalaşdırılmasına və ölkənin texnologiya sahəsində inkişafına xidmət edir. Təlimlər iki mərhələdən ibarətdir: ilk mərhələdə 24 ay layihə əsaslı tədris həyata keçirilir, sonra 12 aylıq komanda dövrü başlayır. Şagirdlər bu müddətdə 11 fərqli texnologiya mövzusu üzrə biliklər əldə edir və hər mərhələnin sonunda komanda şəklində hazırladıqları layihələri nümayiş etdirirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb

20-06-2022

“Deneyap” texnologiya laboratoriyasında “İlk dərs günü”

28-09-2024

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanının ikinci mərhələsi keçirilib

09-09-2024

“Bilim Bakı” və “Bilim Quba”da “Deneyap” proqramı davam etdirilir

31-10-2025

“Bilim Quba” mərkəzi - 1 il

14-05-2026

“Bilim Quba” Mərkəzi fəaliyyətə başlayıb

14-05-2025

Azərbaycan və Türkiyə prezidentləri Bakıda açılışda iştirak ediblər

29-05-2022

Paytaxt məktəbliləri “Bilim Bakı”da təlimlərə cəlb olunur

13-11-2025

“Bilim Bakı” mərkəzinin şagirdləri beynəlxalq robot olimpiadasının qalibi olublar

25-11-2024

“Deneyap" laboratoriyasının I Məzun günü keçirilib

31-10-2025

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də olub

22-09-2025

VI Beynəlxalq Elm Olimpiadasında iştirak edən şagirdlər test imtahanı veriblər

07-12-2009

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019

Naxçıvandakı yeni STEAM Təlim-Tədris Mərkəzi-FOTO

07-03-2023

Fənn olimpiadaları və fənn müsabiqələrinə seçim imtahanları keçiriləcək

15-11-2022

1 şagird:1 kompüter layihəsi üzrə təlim keçirilib

02-12-2015

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Selçuk Bayraktar ilə görüşüb

02-04-2021

“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir

25-09-2024

Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

27-04-2022

Azərbaycan müəllimləri “Bir şagird - bir kompüter” layihəsi çərçivəsində təlimlərdə iştirak edir

15-12-2009

“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

18-05-2026

Şagirdlər dərsdə telefondan istifadə edə bilməyəcək

12-09-2025

“1 şagird:1 kompüter” layihəsi çərçivəsində məktəblərə netbuklar müsabiqə yolu ilə veriləcək

10-01-2013

“İnnovasiyalar Mərkəzi" ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlıq imkanlarını müzakirə edib

16-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə