Previous Next
Bağla

“Bir Pəncərə” Rəqəmsal Logistika Platforması təqdim edilib

16-07-2026 11:42
“Bir Pəncərə” Rəqəmsal Logistika Platforması təqdim edilib

Xarici ticarət əməliyyatları üzrə məlumatları, xidmətləri və prosesləri vahid rəqəmsal ekosistemdə birləşdirən “Bir Pəncərə” İnformasiya Sistemi – Rəqəmsal Logistika Platformasının rəsmi təqdimatı olub. Tədbirdə dövlət qurumlarının rəhbərləri və nümayəndələri, biznes sektorunun təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Xeberler.az bildirir ki, platforma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2025-ci il tarixli 547 nömrəli Fərmanına uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılıb. Sistem idxal, ixrac, tranzit və nəqliyyat əməliyyatları üzrə məlumatları, xidmətləri və sənəd dövriyyəsini inteqrasiya edərək xarici iqtisadi fəaliyyət iştirakçılarına proseslərə daha sadə, şəffaf və izlənilə bilən çıxış imkanı yaradır. Bu yanaşma sahibkarlar üçün inzibati yükün azaldılmasına, dövlət xidmətlərinə çıxışın sadələşdirilməsinə və xarici ticarət proseslərinin daha səmərəli təşkilinə xidmət edir. Uzunmüddətli perspektivdə isə daha çevik və dayanıqlı xarici ticarət ekosistemi biznes mühitinin rəqabət qabiliyyətinin yüksəldilməsinə, ticarət proseslərinin optimallaşdırılmasına, ölkənin iqtisadi inkişaf məqsədlərinin dəstəklənməsinə və vətəndaşların istifadə etdiyi məhsul və xidmətlərin təchizat zəncirinin daha dayanıqlı təşkilinə töhfə verir.

Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxışında bildirib: “Bir Pəncərə” İnformasiya Sistemi Azərbaycanın xarici ticarət və logistika sahəsində uzunmüddətli rəqəmsal transformasiyasını dəstəkləyən milli infrastruktur təşəbbüsüdür. Dünyada bu modelin tətbiq olunduğu ölkələrin sayı məhduddur və Azərbaycan da dövlət-biznes əməkdaşlığı əsasında vahid rəqəmsal ekosistem formalaşdırmaqla beynəlxalq ticarətdə etibarlı və müasir logistika qovşağı kimi mövqeyini gücləndirir”.

Çıxışlarda layihənin ölkənin rəqəmsal transformasiya gündəliyindəki rolu, dövlət və biznes arasında əməkdaşlığın gücləndirilməsinə verəcəyi töhfə və gələcək inkişaf istiqamətləri vurğulanıb.

Platformanın layihə rəhbəri Ehtiram Quliyev iştirakçılara sistemin əsas funksionallıqlarını təqdim edib. O, platformanın dörd əsas alt sistemdən ibarət olduğunu qeyd edərək, onların idxalatçılar, ixracatçılar, daşıyıcılar, ekspeditorlar, logistika şirkətləri və digər maraqlı tərəflər üçün yaratdığı praktiki imkanlar barədə məlumat verib. Tədbirdə iştirak edən bəzi biznes subyektləri platformadan əldə etdikləri ilkin istifadə təcrübəsini bölüşərək proseslərin daha operativ təşkili və xidmətlərə çıxışın sadələşdirilməsi baxımından müşahidə etdikləri müsbət nəticələri qeyd ediblər. İştirakçılar sistemin canlı nümayişini izləyib, açıq sual-cavab sessiyasında onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

“Bir Pəncərə” İnformasiya Sistemi uzunmüddətli inkişaf üçün nəzərdə tutulmuş milli rəqəmsal platformadır. Gələcək mərhələlərdə yeni dövlət xidmətlərinin, əlavə inteqrasiyaların və beynəlxalq əməkdaşlıq imkanlarının platformaya daxil edilməsi nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda logistika və nəqliyyatın rəqəmsallaşdırılması müzakirə olunub

Azərbaycanda logistika və nəqliyyatın rəqəmsallaşdırılması müzakirə olunub

08-06-2026
"Rəqəmsal Ticarət Qovşağı" informasiya sistemi yaradılır

"Rəqəmsal Ticarət Qovşağı" informasiya sistemi yaradılır

03-06-2026
Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır

Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır

16-12-2025
Azərbaycan və Türkiyə e-CMR üzrə texniki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə e-CMR üzrə texniki məsələləri müzakirə edib

10-03-2026
Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

22-01-2026
Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupunun iclası keçirilib

Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupunun iclası keçirilib

25-09-2024
Elektron ticarət "Bir Pəncərə"yə inteqrasiya olunacaq

Elektron ticarət "Bir Pəncərə"yə inteqrasiya olunacaq

16-07-2026
Beynəlxalq Nəqliyyat  Forumunun Sammiti başa çatıb

Beynəlxalq Nəqliyyat Forumunun Sammiti başa çatıb

08-05-2026
İİTKM BP ilə anlaşma memorandumu imzaladı

İİTKM BP ilə anlaşma memorandumu imzaladı

15-10-2018
Azərbaycan Regional Nəqliyyat Nazirləri Konfransında təmsil olunur

Azərbaycan Regional Nəqliyyat Nazirləri Konfransında təmsil olunur

24-10-2025
Beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat üzrə rəqəmsallaşdırılması müzakirə edilib

Beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat üzrə rəqəmsallaşdırılması müzakirə edilib

09-02-2026
Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018
Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

18-05-2017
NRYTN-nin təşkilatçılığı ilə beynəlxalq tədbir keçirilib

NRYTN-nin təşkilatçılığı ilə beynəlxalq tədbir keçirilib

23-09-2021
Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

07-11-2017
Qazaxıstan logistikanın rəqəmsallaşdırılması üzrə işçi qrupu yaradır

Qazaxıstan logistikanın rəqəmsallaşdırılması üzrə işçi qrupu yaradır

16-05-2025
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir

Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir

08-04-2026
RİNN-də “Lincoln” klubunun nümayəndəsi ilə görüş keçirilib

RİNN-də “Lincoln” klubunun nümayəndəsi ilə görüş keçirilib

08-10-2025
Azərbaycan-Türkiyə İKT Biznes Forumu keçirilir

Azərbaycan-Türkiyə İKT Biznes Forumu keçirilir

11-02-2026
"ESG üzrə vahid rəqəmsal platforma” konsepsiyasının təqdimatı keçirilib

"ESG üzrə vahid rəqəmsal platforma” konsepsiyasının təqdimatı keçirilib

20-09-2024
Xarici ticarət iştirakçılarına son yeniliklərlə bağlı məlumat verilib

Xarici ticarət iştirakçılarına son yeniliklərlə bağlı məlumat verilib

01-03-2019
Rəqəmsal ticarət ekosisteminə dair təhlillərin nəticələri təqdim edilib

Rəqəmsal ticarət ekosisteminə dair təhlillərin nəticələri təqdim edilib

07-05-2026
Rəqəmsal Ticarət Qovşağı təqdim edilib-Foto

Rəqəmsal Ticarət Qovşağı təqdim edilib-Foto

30-06-2017
Azərbaycan və ABŞ arasında yeni rəqəmsal platforma yaradılır

Azərbaycan və ABŞ arasında yeni rəqəmsal platforma yaradılır

12-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə