Previous Next
Bağla

“Coursera”da bir sıra kurslar ana dilinə dublyaj olunub

01-08-2025 11:41
“Coursera”da bir sıra kurslar ana dilinə dublyaj olunub

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibəti ilə “4Sİ Akademiyası” çərçivəsində rəqəmsal texnologiyalar sahəsində ana dilində biliklərə çıxış imkanlarının genişləndirilməsi üçün bir neçə kurs dilimizə dublyaj olunub.

Xeberler.az İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinə (4SİM) istinadən məlumat verir ki, “Milli Proqram”da sənaye 4.0 və rəqəmsal texnologiyalar sahəsində ana dilində biliklərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm addım atılıb. “Milli Proqram” çərçivəsində “Coursera” platformasında daha əvvəl təqdim edilən 10 ən çox tələb olunan kursla yanaşı, daha 5 kurs dilimizə dublyaj olunaraq istifadəçilərin ixtiyarına verilib. Beləliklə, hazırda 15 ən çox tələb olunan kurs tam şəkildə ana dilimizdə təqdim olunur.

Eyni zamanda, süni intellektin dəstəyi ilə 2500-dən çox kursun Azərbaycan dilinə tərcüməsi təkmilləşdirilib, altyazılar redaktə olunub və daha təkmil şəkildə platformada yerləşdirilib.

Dublyaj olunan kurslar “DeepLearning.AI”, IBM, “Microsoft”, Stanford Universiteti və INSEAD kimi nüfuzlu texnologiya şirkətləri və təhsil müəssisələrinə məxsusdur. Kurslar süni intellekt, maşın öyrənməsi, data analitikası, layihə və məhsul idarəetməsi, proqram mühəndisliyi, blokçeyn texnologiyaları və digər müasir sahələri əhatə edir.

4SİM və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə təşəbbüsü ilə həyata keçirilən “Milli Proqram”ın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün sənaye 4.0 sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

Azərbaycan vətəndaşları yaşından və yaşayış yerindən asılı olmayaraq bu imkandan yararlana bilərlər.

“MilliProqram” çərçivəsində “Coursera” platformasında dünyanın 350-yə yaxın nüfuzlu universitet və aparıcı texnologiya şirkətinin 12000-dən çox sahəvi kurs və təlimi istifadəçilər üçün əlçatandır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

14-05-2025

"Milli Proqram"a qeydiyyat davam edir

20-08-2025

“Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb

11-04-2025

Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb

26-04-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

15-03-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

02-04-2025

“Milli Proqram”a qeydiyyat davam edir

26-08-2025

“Milli Proqram” çərçivəsində 15000 nəfər 27000 təlimi uğurla tamamlayıb

01-07-2025

“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

07-05-2025

“Milli Proqram”a qeydiyyat davam edir

13-08-2025

“Milli Proqram” çərçivəsində 22 500 nəfər təlimləri tamamlayıb

07-08-2025

“Milli Proqram” istifadəçilərinin sayı 60 min nəfərə çatıb

26-01-2026

“Milli Proqram” istifadəçiləri 13 mindən çox kursdan yararlana bilər

08-10-2025

“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi olub

09-10-2024

Fariz Cəfərov: İşğaldan azad edilmiş ərazilərə köç etmiş vətəndaşlar üçün kurslar təşkil olunacaq

09-10-2024

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18-09-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın açılış proqramı keçirilir

30-05-2025

“Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat verilib

27-10-2025

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb

16-09-2024

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024”ün qalibi seçilib

18-09-2024

Azərbaycanda 10 minə yaxın şəxs ödənişsiz 4Sİ texnologiyaları üzrə kursa qoşula biləcək

30-08-2023

"Milli Proqram” çərçivəsində 75 mindən çox kurs tamamlanıb

02-12-2025

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026

“Milli Proqram” 2026-cı ilin aprel ayınadək davam edəcək

02-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə