Previous Next
Bağla

“Ecotracker” mobil tətbiqinin növbəti təqdimatı olub

30-04-2025 13:58
“Ecotracker” mobil tətbiqinin növbəti təqdimatı olub

Aprelin 30-da “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə hazırlanmış “Ecotracker” mobil tətbiqinin 300 nəfərin iştirakı ilə “Zoom” onlayn platformasında növbəti təqdimatı keçirilib.

Xeberler.az məlumat verir ki, təqdimat zamanı “Ecotracker” mobil tətbiqinin istifadəçilərə təqdim etdiyi əsas funksiyalar ətraflı şəkildə izah olunub və onun təhsil sistemində, tullantıların səmərəli şəkildə çeşidlənməsində və atmosferə buraxılan karbon izinin azaldılması barədə interaktiv məlumat verilib.

Tədbirdə ekspert qismində iştirak edən Beynəlxalq Bərk Tullantılar Assosiasiyasının (ISWA) nümayəndəsi Aditi Ramola çıxış edərək bu sahədəki qabaqcıl dünya təcrübəsini bölüşüb və iştirakçıların suallarını cavablandırıb.

Təqdimat zamanı tətbiqin interaktiv canlı nümayişi keçirilib, onun əsas funksiyaları və istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Bundan əlavə, tədbir iştirakçıları ilə tətbiqin gələcək inkişaf perspektivləri və onun təhsil sisteminə daha sıx inteqrasiya olunması imkanları barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Ecotracker” ölkəmizdə “Zero Waste” (Sıfır Tullantı) konsepsiyası ilə yanaşı, dayanıqlı həyat tərzinin təbliğinə xidmət edən ilk milli mobil tətbiq olaraq, xüsusilə gənc nəsil arasında ekoloji şüurun yüksəldilməsi, davamlı davranış vərdişlərinin formalaşdırılması və hər bir fərdin ekoloji məsuliyyətinin artırılması kimi mühüm məqsədləri özündə birləşdirir.

“Ecotracker” müasir texnologiyanın məhsulu olmaqla yanaşı, həm də ekoloji düşüncə tərzinin cəmiyyətimizin gündəlik vərdişlərinə çevrilməsinə xidmət edən innovativ və əhəmiyyətli bir platformadır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Ecotracker” mobil tətbiqinin təqdimatı olub

25-04-2025

"E-vekil" mobil tətbiqinin təqdimatı olub

28-12-2024

“Green Innovations” ekoloji startap müsabiqəsi yekunlaşıb

06-07-2022

Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

18-12-2024

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024

GəncApp mobil tətbiqinin təqdimatı keçirilib

30-09-2019

ESG üzrə vahid platformanın təqdimatı ilə bağlı konfrans keçirilir

06-11-2024

Azərbaycanın aparıcı mobil operatoru İqlim Fəaliyyətinə qoşulub

13-12-2023

Süni İntellektlə bağlı panel müzakirəsi təşkil olunacaq

15-11-2024

STEAM təhsili və yaşıl robototexnika ilə bağlı tədbir keçirilib

22-09-2025

Radio avadanlıqların quraşdırılması üçün rəylərin verilməsinə dair geniş müzakirə aparılıb

14-02-2024

“Azerconnect" karbon emissiyalarının azaldılması ilə bağlı tədbirdə iştirak edib

07-10-2024

Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir

21-08-2025

Nar Mobil Dünya Konqresində iştirak edib

28-02-2018

“Azerconnect Group”un dəstəyi ilə “Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib

03-10-2024

“Ekoloji məsələlər” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

20-02-2024

“Bakcell”in dəstəyi ilə “Xəzəri qoruyaq!” aksiyası baş tutub

23-09-2024

Yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

20-11-2024

Bakcell-in dəstəyi ilə Xəzəri qoruyaq adlı ekoloji aksiya keçirilib

24-09-2019

Nazirliyin nümayəndələri “Yaşıl dağ” aksiyasında iştirak edib

14-05-2016

“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16-10-2025

Yaşıl transformasiya kontekstində e-dövlətin vəzifələri və problemləri araşdırılır

31-10-2024

“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

10-02-2025

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə