Previous Next
Bağla

“Google” “Chrome”da 23 ildir mövcud olan boşluğu aradan qaldırıb

15-04-2025 08:42
“Google” “Chrome”da 23 ildir mövcud olan boşluğu aradan qaldırıb

“Google” şirkəti son 23 ildə buraxılmış bütün veb-brauzerlərə müəyyən dərəcədə təsir edən “Chrome” brauzerindəki potensial boşluğu bağlayacaq.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, “Google” “Chrome” veb-brauzerində istifadəçilərin ziyarət etdiyi saytların tarixçəsini aşkar edə biləcək boşluğu aradan qaldırıb. “Chrome”un 136-cı versiyası ilə birlikdə düzəldiləcəyi gözlənilən bu boşluq, yaxud da “xüsusiyyət”, veb-sayt sahiblərinə istifadəçinin brauzer tarixçəsinə birbaşa çıxış əldə etmədən onun ziyarət etdiyi səhifələr barədə fikir formalaşdırmağa imkan verirdi. Belə bir məlumatın üzə çıxması məxfilik baxımından ciddi təhdid hesab olunur.

Müasir brauzerlərdə istifadəçinin daha əvvəl ziyarət etdiyi ünvanlara aparan keçidlərin vizual görünüşünün tənzimlənməsi mümkündür. Veb-dizaynerlər bu cür tənzimləmələri kaskad üslub cədvəlləri (CSS) və “:visited” psevdosinfi vasitəsilə həyata keçirə bilirlər.

İstifadəçinin daha əvvəl ziyarət etdiyi keçidlərin (adətən bənövşəyi rənglə göstərilən) göstərilməsi üçün brauzer həmin səhifələri CSS vasitəsilə “:visited” selektoru ilə izləməlidir. “Google” izah edir ki, əsas səhv ondan ibarət idi ki, istifadəçinin ziyarət etdiyi keçidlərə dair məlumat müxtəlif saytlar arasında məxfilik ayrı-seçkiliyi olmadan saxlanılırdı. Yəni istənilən sayt başqa bir resursda göstərilsə belə, həmin keçidin daha əvvəl kliklənmiş olduğunu müəyyən edə bilərdi.

“Misal üçün, siz A saytına baxırsınız və B saytına keçidə klikləyirsiniz. Daha sonra siz şərti olaraq zərərli C saytına daxil olursunuz və orada da B saytına keçid var. C saytı keçidin rənginə əsaslanaraq sizin daha əvvəl B saytına daxil olduğunuzu öyrənə bilər”, — deyə “Google” nümayəndələri bildiriblər.

Şirkət bu problemi brauzer dizaynında fundamental bir səhv adlandırıb və qeyd edib ki, bu boşluq istifadəçilərin internetdəki fəaliyyətini izləmək üçün istifadə oluna bilərdi. Bu boşluq yalnız “Chrome”u deyil, “Safari”, “Opera”, “Internet Explorer” və “Firefox” da daxil olmaqla digər brauzerləri də əhatə edirdi. Bu barədə “PCMag” nəşri məlumat verir.

Bu problemə ilk dəfə təhlükəsizlik üzrə tədqiqatçı Endryu Klover (Andrew Clover) hələ 2002-ci ildə diqqət çəkmişdi. O, hücumun bütün mərhələlərini vizual şəkildə nümayiş etdirərək, Prinston Universitetinin “Timing Attacks on Web Privacy” adlı elmi məqaləsinə əsaslanmışdı.

Boşluğun düzəlişi artıq “Chrome”un 136-cı versiyasının beta yeniləməsinə daxil edilib. İndi ziyarət edilmiş keçidlərə dair məlumatlar hər bir sayt üçün ayrı-ayrılıqda saxlanılacaq və bir resursdan digərinə ötürülməyəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Google, Chrom 67-ni istifadəyə verdi

30-05-2018

“Google Chrome” veb-brauzerində boşluq aşkarlanıb

19-04-2023

Google Chrome 3-ün beta versiyası istifadəyə verilib

29-07-2009

Google şirkəti Explorer-in qatilini yaratdı

03-09-2008

Google Chrome brauzer bazarında mövqeyini gücləndirir

21-11-2010

ETX: “Google Chrome” brauzerində kritik boşluq aşkarlanıb

10-02-2025

“Google Chrome” brauzerində iki təhlükəsizlik boşluğu aşkar edilib

01-10-2021

Avropanın ən populyar brauzeri hansıdır?

09-05-2012

Google Chrome brauzerinin üçüncü beta versiyası hazırdır

31-10-2008

Azərbaycanda internet istifadəçiləri üçün təhlükə var

22-10-2015

Google Chrome kanalını Android-ə təqdim etdi

03-05-2015

Chrome istifadəçilərin razılığı olmadan onları avtorizasiya edir

25-09-2018

Xüsusi rejim Firefox 3.1-də

15-09-2008

Google Chrome yeniləndi

09-08-2018

Chrome-dan yeni təhlükə

12-04-2015

Google Chrome-ın məlumatları oğurlanıb

13-04-2015

Google Chrome ən dayanıqlı brauzer oldu

30-03-2009

Google Chrome-nin yeni dizaynı test edilir

12-07-2018

“Google Chrome OS” bulud əməliyyat sisteminin sonu çatıb

17-12-2010

Google Chrome 3 istifadəçilərə təqdim edildi

17-09-2009

Hansı brauzerdən daha çox istifadə olunur?

29-12-2015

“Internet Explorer 9” “HTML5” dilinə uyğunluğa dair testdə qalib gəlib

04-11-2010

Google aşkar edilmiş boşluqlar üçün məbləği artırıb

22-07-2019

Google öz brauzerində olan kritik səhvləri aradan qaldırır

27-04-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə