Previous Next
Bağla

“Google” ABŞ-ın axtarış sistemi bazarının 2/3 hissəsini tutur

16-11-2013 22:52
“Google” ABŞ-ın axtarış sistemi bazarının 2/3 hissəsini tutur
“Google” şirkəti ABŞ-ın internet axtarış sistemi bazarında liderlik edir, “Microsoft” korporasiyası payını artırmağa nail olub, "Yahoo!” isə göstəricisini azaldıb. Bu barədə “ComScore” analitik şirkəti bildirib. Oktyabrda “Google” 66,9 faizlik paya sahib olub, “Microsoft” 18,1 faizlik göstərici ilə ikinci yeri tutub, “Yahoo!” şirkəti isə yalnız 11,1 faizlik paya sahib çıxa bilib.

Sonrakı yerlərdə 2,6 faizlə “Ask” və “AOL” (2,6 faiz) axtarış sistemləri qərarlaşıb. Mənası olan axtarış sorğularının ümumi sayı 19,3 milyard təşkil edib. Bu isə o deməkdir ki, "Google”dan 12,9 milyard, “Bing”dən 3,5 milyard, “Yahoo!”dan 2,2 milyard dəfə istifadə olunub. Şirkətlərin bazardakı mövqeyi ötən rübdəki kimi dəyişməz qalıb. Lakin qeyd etmək lazımdır ki, “Yahoo!” artıq neçə ildir ardıcıl olaraq payını itirir. Bu 2011-ci ilin dekabrında “Bing” tərəfindən onun ikinci yerdən sıxışdırması ilə nəticələnib. İl yarım əvvəl istifadəçilər axtarış sorğularının 16 faizini “Yahoo!” portalından göndərirdilər. 2012-ci ildə şirkətin payı 12 faizədək azalıb.

 “Google” ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda “Google”dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir.

Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir. “Google” axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar “YouTube” videohostinqinin sahibidir, “Gmail” poçt servisi və “Google+” sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün “Android” əməliyyat sisteminin tərtibatçısıdır. (ictnews.az)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Google axtarış sistemləri sahəsində liderdir

19-09-2008

Google istifadəçilərin maliyyə məlumatlarını toplayacaq

02-07-2015

Yahoo! şirkəti Microsoft ilə əməkdaşlığı dayandırıb

24-10-2013

Google yenidən bazardakı payını artırır

23-07-2008

“Google” internetdə tənqid olunan həkimi müdafiə edəcək

11-04-2015

Google ilə digər axtarış sistemlərinin fərqi

19-08-2009

"Google" Azərbaycanda populyarlığını saxlayır

04-05-2021

“Microsoft” “Yahoo”-nun bütün axtarış texnologiyalarına eksklüziv lisenziya alıb

30-07-2009

Bing və Google arasındakı rəqabət güclənir

07-08-2009

Microsoftun axtarış siyasəti

11-12-2008

“Google”un reklam gəliri ABŞ mətbuatının gəlirini üstələyib

14-11-2013

Ən yaxşı axtarış sistemi hansı seçildi?

22-09-2009

Bing Yahoo-nu keçdi…

09-06-2009

Mozilla brauzeri Google-la əməkdaşlıqdan imtina etdi

20-11-2014

Microsoft: Rəqiblərin plagiatda ittihamları sadəcə həqarətdi

11-02-2011

Bu ölkədə yerli axtarış sistemi öndədir

13-08-2009

Google ilin üçüncü rübündə 2,2 milyard dollar qazanıb

19-10-2010

Microsoft axtarış sistemləri içərisində rəqabətə tab gətirmir

04-11-2008

Microsoft: rəqiblərin plagiatda ittihamları sadəcə həqarətdi

07-02-2011

“Google” “Facebook” u rəqib saymır

28-09-2010

Yahoo və Microsoft razılığa gəldilər

08-12-2009

Microsoft və Yahoo razılaşa biləcəklərmi?

28-07-2009

Google, Yahoo və Microsoft mübarizədə

04-07-2011

Yahoo internet biznesini sata bilər

03-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə