Previous Next
Bağla

“Hər 100 nəfərə 28 kompüter düşür”

15-07-2015 16:16
“Hər  100 nəfərə 28 kompüter düşür”

Bu gün Four Seasons mehmanxanasında Azərbaycan Marketinq Cəmiyyəti (AMC)  “Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində faktiki vəziyyətin qiymətləndirilməsi" mövzusunda keçirdiyi araşdırmanın nəticələrinin geniş ictimaiyyətə çatdırılması məqsədilə təqdimat mərasimi keçirilib.

Xəbərlər-in verdiyi məlumata görə, tədbiri Azərbaycan Marketinq Cəmiyyəti idarə heyətinin sədri Nigar Hüseynzadə açıb.

Tədbirdə dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, İKT şirkətlərinin nümayəndələri, eləcə də informasiya texnologiyaları sahəsində çalışan iş adamları və kütləvi informasiya vasitələrinin  nümayəndələri iştirak edib.

AMC İKT sektorunun ölkəmizin aparıcı və prioritet sahəsi olmasını, gələcək davamlı iqtisadi inkişaf üçün yüksək potensialını nəzərə alaraq, Azərbaycanın bu sektorunda son illər həyata keçirilən tədbirlərin nəticələrinin qiymətləndirilməsi məqsədi ilə sözügedən araşdırmanı həyata keçirib.

Araşdırmanın əsas hissəsi olan sorğu respondentlərin evində üzbəüz müsahibə şəkilində 7182 ailə üzvü arasında aparılıb və ev təsərrüfatlarının seçimi sistemli təsadüfi seçim əsasında həyata keçirilib.

Araşdırmaya əsasən, ölkə üzrə ev təsərrüfatlarının 69 faizində kompüter mövcuddur və hər 100 nəfərə düşən kompüterlərin orta hesabla sayı isə 28-dir. Rəyi soruşulanların 30 faizi növbəti 6 ayda kompüter almağı planlaşdırdığını bildirib. Həmçinin, sorğuya əsasən, ölkədə hər 100 nəfərə düşən İnternet istifadəçilərinin sayı 72 faizə bərabərdir və bu göstərici üzrə Azərbaycanın dünya orta göstəricisini 1.8 dəfə  qabaqlayır. Ev təsərrüfatlarının 71 faizinin İnternetə çıxışı var və istifadəçilərin 84 faizi İnternətə ev və mobil telefonlardan genişzolaqlı vasitələrlə qoşulub. 

Dünyada, o cümlədən Azərbaycanda yüksək sürətli qoşulmalara tələbatın durmadan artdığı bir şəraitdə ölkədə bu göstəricinin indiki səviyyəsi Azərbaycanda İKT xidmətlərinin tətbiq səviyyəsinin yüksək olmasından və ölkədə son illər bu sahədə aparılan dövlət siyasətindən və cəmiyyətin informasiyalaşdırılması istiqamətində əldə olunmuş inkişafından xəbər verir.

Ümumiyyətlə, sorğu nəticələri Azərbaycanda İKT sektorunun gələcəyinə ümidlə baxması üçün əsas verir. Əhalinin rəyi, digər mənbələr və əvvəlki illərlə müqayisəsi əsasında demək olar ki, ölkədə İKT sektorunun inkişaf dinamikası yüksəkdir və bu sahədə geniş potensial formalaşıb.

Ruhəngiz Muradova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda hər 100 istifadəçiyə 14 kompüter düşür

22-10-2010

İstifadəçilər İnternetə daha çox hansı vasitə ilə qoşulur?

16-07-2015

Azərbaycan internet istifadəçiləri göstəricilərinə görə öndədir

22-10-2015

“Azərbaycan dünya orta göstəricisini qabaqlayır”

07-05-2015

“Azərbaycan əhalisinin yarısından çoxunun evində kompüter var”

06-05-2015

Azərbaycanda əhalinin 73%-i internetdən istifadə edir

17-01-2015

Azərbaycanda rəqəmli TV-nin əhatə dairəsi 99 faizə çatdırılıb

18-01-2015

500 mindən çox evin internetə çıxışı yoxdur -Statistika

01-12-2015

Azərbaycan internet istifadəçilərinin sayına görə dünyada 36-cı yerdədir

22-09-2016

Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının konfransında çıxış edib

01-11-2018

Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır

21-04-2015

Qoşulmama Hərəkatına üzv dövlətlərin İKT nazirləri Birgə Bəyannamə qəbul edib

25-05-2023

İKT sektorunda çalışanların orta aylıq əmək haqlarında artım müşahidə olunur

16-07-2009

Ay ərzində 100 dəqiqə mobil rabitə ilə danışıq üçün orta tarif 6,9 manatdır

25-05-2015

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib

22-10-2015

Azərbaycanda hər 100 nəfərə 45 internet istifadəçisi düşür

17-01-2011

Azərbaycanda ev təsərrüfatlarının 55 faizi optik internetlə təmin olunacaq

16-08-2023

İnternet istifadəçiləri göstəricisində Azərbaycanın yeri məlum olub

19-11-2018

Azərbaycanda 12,7 min yeni telefon nömrəsi istifadəyə verilib

25-05-2017

Hər 100 nəfərə düşən telefon aparatlarının sayı artacaq

17-02-2009

Ümumdünya İqtisadi Forumunun reytinqində Azərbaycan İKT göstəriciləri xeyli yüksəlib

05-09-2013

17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2020

Azərbaycan İKT sahəsində 143 ölkə arasında 9-cu oldu

02-11-2015

İKT-də kiçik və orta sahibkarlığın inkişafı müzakirə olunub

04-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə