Previous Next
Bağla

“İnformatika terminlərinin izahlı lüğəti”nin elektron versiyası hazırlanıb

12-06-2020 19:46
“İnformatika terminlərinin izahlı lüğəti”nin elektron versiyası hazırlanıb

Xeberler.az bildirir ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı İsmayıl Calallının müəllifi olduğu “İnformatika terminlərinin izahlı lüğəti”nin elektron versiyası  www.ict.az saytında yerləşdirilib. İnstitutun rəhbərliyi yüksək oxucu tələbatını nəzərə alaraq, hər kəsin bu lüğətdən sərbəst istifadə etməsi üçün imkan yaradıb.

Azərbaycan dilinin qorunması və İKT üzrə milli terminologiyanın yaradılması sahəsində böyük əhəmiyyət daşıyan, çoxillik gərgin araşdırmaların nəticəsi olan nəşrin elmi redaktoru AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevdir.

Ensiklopedik nəşr informasiya texnologiyalarının müxtəlif sahələrini – proqram təminatı, aparat vasitələri, şəbəkələr, verilənlərin saxlanması, qrafika, oyunlar, informasiyanın emalı, internet, tarix, jarqon ifadələr, təşkilatlar, proqramlaşdırma və standartlara dair terminləri əhatə edir.

Lüğətdə proqram və aparat təminatına aid sənədlərdə, bu məhsulların reklamlarında, mətbuatda, televiziyada, kompüterə dair kitab və xüsusi jurnallarda rast gəlinən terminlərin izahı verilib. Nəşrə kompüter sənayesi, proqram mühəndisliyi kimi xüsusi sahələr üzrə terminlər də daxil edilib.

Beş minədək terminin toplandığı lüğətdə ədədlər və xüsusi simvollarla başlayan terminlər ASCII kodlarına uyğun sıralanıb. Lüğətdəki məqalələr iki qrupa ayrılır: terminlərin tam təsviri olan əsas məqalələr və onların sinonimləri olan istinad məqalələri. Bəzi məqalələr uyğun şəkil, sxem, diaqram və ya cədvəllərlə müşayiət olunub.

Məqalələr ingilis dilindəki terminlərə uyğun sıralandığından Azərbaycan, rus və ya türk dilində hər hansı termini tapmaq üçün kitabın sonunda Azərbaycanca-ingiliscə, türkcə-ingiliscə və rusca-ingiliscə terminlər sözlüyü verilib. Bu üç dildən hər hansı birində verilmiş termini əvvəlcə uyğun sözlükdə tapmaq, sonra isə həmin sözün ingiliscə qarşılığına görə onu lüğətdə axtarmaq lazımdır.

Kitab müəllimlər, tələbələr, elmi tədqiqatçılar, İKT mütəxəssisləri, bütövlükdə, informasiya cəmiyyətinin üzvləri üçün nəzərdə tutulub.

Kitabı yükləmək üçün keçid link -i

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnformatikada işlədilən terminlərin 3 dildə izahı-Yeni kitab

İnformatikada işlədilən terminlərin 3 dildə izahı-Yeni kitab

28-03-2017
Yeni lüğətdə İKT üzrə müasir terminlərin izahı verilib

Yeni lüğətdə İKT üzrə müasir terminlərin izahı verilib

23-11-2015
“Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” hazırlanıb

“Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” hazırlanıb

09-12-2015
“İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti” nəşr olunub

“İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti” nəşr olunub

11-12-2015
İT üzrə ən müasir terminlər araşdırılır

İT üzrə ən müasir terminlər araşdırılır

01-05-2018
İT üzrə ən müasir terminlər toplanır və  sistemləşdirilir

İT üzrə ən müasir terminlər toplanır və sistemləşdirilir

27-06-2016
Dövlət Xidməti “Rəqabət terminlərinin izahlı lüğəti”ni təqdim edib

Dövlət Xidməti “Rəqabət terminlərinin izahlı lüğəti”ni təqdim edib

18-12-2023
“Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər” lüğəti işıq üzü görüb

“Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər” lüğəti işıq üzü görüb

22-04-2009
 “İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar” kitabı işıq üzü görüb

“İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar” kitabı işıq üzü görüb

01-08-2013
İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017
“Jurnalistlər üçün İnformasiya  Texnologiyaları”  kitabı nəşr olunub

“Jurnalistlər üçün İnformasiya Texnologiyaları” kitabı nəşr olunub

25-01-2009
Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

30-03-2019
Proqramlaşdırmanın əsaslarına dair yeni kitab çap olunub

Proqramlaşdırmanın əsaslarına dair yeni kitab çap olunub

21-11-2020
“İnformatika. 555 test” kitabı işıq üzü görüb

“İnformatika. 555 test” kitabı işıq üzü görüb

11-06-2015
“İT üzrə ən müasir terminlər toplanmalı və sistemləşdirilməlidir”

“İT üzrə ən müasir terminlər toplanmalı və sistemləşdirilməlidir”

01-02-2016
Ayfon yoxsa iPhone? - Ekspertlər nə düşünür?

Ayfon yoxsa iPhone? - Ekspertlər nə düşünür?

28-10-2015
Virtual mühitdə folklor : ənənə və kommunikasiya kitabı çapdan çıxıb

Virtual mühitdə folklor : ənənə və kommunikasiya kitabı çapdan çıxıb

27-02-2019
Azərbaycan dilinə aid terminlər xüsusi veb-portalda toplanacaq

Azərbaycan dilinə aid terminlər xüsusi veb-portalda toplanacaq

14-01-2009
Abituriyentlər üçün informatikadan tədris vəsaitinin 1-ci hissəsi nəşr olunub

Abituriyentlər üçün informatikadan tədris vəsaitinin 1-ci hissəsi nəşr olunub

07-07-2022
Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

05-02-2018
Ekspress-informasiyanın növbəti sayı işıq üzü görüb

Ekspress-informasiyanın növbəti sayı işıq üzü görüb

01-06-2009
Şəbəkə texnologiyaları ilə bağlı yeni kitab

Şəbəkə texnologiyaları ilə bağlı yeni kitab

23-01-2018
İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

22-12-2023
İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

22-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə