Previous Next
Bağla

İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

22-02-2016 16:27
İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlər işlənilir. 

Xeberler.az-ın məlumatına görə, bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) şöbə müdiri Anar Səmidov hazırda şöbənin gördüyü işlərdən danışarkən bildirib.

O qeyd edib ki,  “Üçölçülü obyektlərin real məkandan virtual məkana və əksinə transformasiya problemlərinin analizi. İmkanlar, texnologiyalar və perspektivlər” və “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” üzrə elmi-tədqiqatlar davam etdirilir.

Cari ildə şöbədə müasir nəşriyyat və poliqrafiya texnologiyalarının araşdırılması, rəqəmsal mühitdə intellektual mülkiyyətin qorunması texnologiyalarının analizi və tədqiqi, kompüter qrafikasının koməyilə müxtəlif təyinatlı poliqrafik materialların modelləşdirilməsi üzrə elmi araşdırmaların aparılması nəzərdə tutulur.

A.Səmidov şöbədə AMEA Rəyasət Heyəti və AMEA İTİ-nin yeni əməkdaşları üçün ID kartlar, fəxri fərmanlar, əlamətdar günlərdə institutun xüsusi təbriknamələrinin hazırlanması, müxtəlif kitab, ekpress-informasiya və kitabçaların tərtibatı, nəşri və digər işlərin yerinə yetirilməsinin planlaşdırıldığını qeyd edib.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  üçölçülü obyektlərin transformasiya problemləri üzrə aparılan elmi araşdırmaların dərinləşdirilməsinin vacibliyini qeyd edib.

İnternet mühitində istifadəçi yönümlü reklam fəaliyyətinin səmərəliliyinin artırılması üçün metodların işlənməsinin, intellektual mülkiyyət və müəllif hüquqlarının qorunması texnologiyalarının analizinin zəruriliyini vurğulayıb.

Günel 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb

Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb

03-12-2024
İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

24-12-2024
Kompüter xidmətlərinin keyfiyyəti artırılır

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016
Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016
Korporativ kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

Korporativ kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

03-02-2017
Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023
Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024
Virtual mühitdə folklor : ənənə və kommunikasiya kitabı çapdan çıxıb

Virtual mühitdə folklor : ənənə və kommunikasiya kitabı çapdan çıxıb

27-02-2019
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016
Audiovizual texnologiya və e-tullantı problemləri araşdırılacaq

Audiovizual texnologiya və e-tullantı problemləri araşdırılacaq

23-01-2017
E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

15-01-2016
“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025
Big Data ilə bağlı elmi araşdırmalar davam edir

Big Data ilə bağlı elmi araşdırmalar davam edir

09-02-2017
Uşaqların internetdə təhlükəsizliyi üçün yeni metod hazırlanır

Uşaqların internetdə təhlükəsizliyi üçün yeni metod hazırlanır

13-02-2017
Elektron tibblə bağlı araşdırmalar davam edir

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016
İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026
Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016
Kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq edilib

Kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq edilib

30-01-2026
“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016
Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019
 İKT-nin tətbiqi ilə ətraf mühitin qorunması problemləri tədqiq olunur

İKT-nin tətbiqi ilə ətraf mühitin qorunması problemləri tədqiq olunur

16-03-2023
Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

31-07-2023
E-dövlətdə terrorizmlə bağlı məqalələrin aşkarlanması üçün hibrid təsnifatlandırma metodu işlənilib

E-dövlətdə terrorizmlə bağlı məqalələrin aşkarlanması üçün hibrid təsnifatlandırma metodu işlənilib

27-10-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə