Previous Next
Bağla

“İnkişafı qəsdən tutub saxladılar”

10-08-2011 20:10
“İnkişafı qəsdən tutub saxladılar”

Ekspert Rabitə Nazirliyinin "Azercell" və "Bakcell" ə 3 G lisenziyası ilə bağlı qoyduğu şərtləri absurd adlandırır

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun«Azercell» və «Bakcell» mobil operatorlarına 3G xidməti göstərmək üçün lisenziyanın verilməsinə dair açıqlaması qalmaqala səbəb olub.

Nazir bildirib ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalara əsasən, operatorların şəbəkəsi şəffaf olmalıdır: «Yəni operatorlar arasında olan trafik mübadiləsi görünməlidir. İkinci ən böyük tələb daşınan nömrələrə keçilməsidir. Çox təəssüf ki, operatorlar, xüsusilə də «Azercell» nədənsə buna həvəs göstərmir. Artıq bütün inkişaf etmiş ölkələrdə vahid daşına bilən nömrə prinsipi həyata keçirilir. Üçüncü ən böyük tələb isə operatorlar arasında trafik mübadiləsində qiymətin aşağı salınmasıdır. O, Azərbaycanda 5 qəpikdir. Bu da ümumi qiymətin yüksək olmasına gətirib çıxarır. Artıq belə bir qərar qəbul edilib ki, trafik haqqı 2 qəpiyə endirilsin. Buna da «Azercell» və «Bakcell» razı olmurlar. Bu şərtləri qəbul edəndən bir saat sonra onlara lisenziya veriləcək».

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz nazirliyin şərtlərini absurd, ağlasığmayan fikirlər hesab edir: «Yaxşı olardı ki, RİTN heç vaxt açıqlama verməsin. Bəlkə bununla hörmətlərini saxlayardılar. Nazirliyin açıqlamalarının xronikasına diqqət yetirdikdə, bir-birinə zidd fikirlər səsləndiyini görərik. Birinci dəfə bəhanə gətirdilər ki, müraciət etməyiblər. Daha sonra sənədlərin qaydasında olmadığını, tezliklərinin yoxluğunu, müəyyən texnoloji şərtlərə cavab vermədiyini əsas gətirdilər. Onların arasından ən biabırçı açıqlama sonuncu oldu».

O.Gündüz tariflərin 3G xidmətinə dair lisenziyanın verilməsinə hər hansı bir aidiyyəti olmadığını deyir: «Nazirlər Kabinetinin lisenziya verilməsi ilə bağlı xüsusi şərtləri və qaydaları var. Orada tariflərlə bağlı şərtlər qoyulmayıb. Ola bilsin ki, nazirin bu məsələ ilə bağlı müəyyən məntiqi əsasları var. Tariflər yüksəkdir və şəffaflıq yoxdur. Amma bunun 3G-yə dəxli yoxdur. Bu qədər bəhanə gətirməkdənsə, birdəfəlik 3G lisenziyasının vermək istəmədiklərini desinlər».
O.Gündüz deyir ki, nazirlik dövlət başçısının «Azercell»ə 3G lisenziyasının verilməsi ilə bağlı tapşırığına əhəmiyyət vermir: «Əgər bu məsələdə prezidentin göstərişi keçərli deyilsə, deməli, üst qatda nəhəng proseslər gedir. Bunun kökündə nəinki iqtisadi, siyasi maraqların da olduğunu deyirlər. Azərbaycanda informasiya texnologiyalarının inkişaf etməməsində maraqlı olan qüvvələr var. Əgər «Azercell»ə 2-3 il öncə 3G verilmiş olsaydı, ölkənin indiki texnoloji, informasiya, internet durumu indikindən qat-qat yüksək ola bilərdi. Əslində, burada itirən Azərbaycandır. İndi dünya bütün şəbəkələrini yeni texnologiyalar üzərinə köçürür, Azərbaycan isə artıq köhnəlmiş 3G-yə görə mübahisə edir. Bütün redaksiyalar-qəzet, elm, təhsil, səhiyyə sistemi bunun üzərində qurulacaqdı. Amma bu inkişafı tutub saxladılar».

Qeyd edək ki, RİTN 3G tezliyini B&B TV şirkətinə satıb. Ekspert bunu qanunsuz addım sayır: «Tezlik zonasının bölünməsinə Nazirlər Kabineti yanında Radiotezliklər üzrə Dövlət Komissiyası baxır. Onun istismara verilməsi, tezlik siyahısının hazırlanması, istismarı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məşğul olur. Tezlik dövlət mülkiyyətinə məxsusdur. Bu mülkiyyətin hansısa şirkətə verilməsi yolverilməzdir, qeyri-qanunidir. Düzü, bu haqda məlumatım yoxdur».

Vüsalə RÜSTƏMOVA
05.08.11. Bizim yol

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell və Bakcell -ə 3G verilməsindən imtina ilə bağlı bəhanələr davam edir

04-08-2011

“Azercell Telekom” şirkətinə 3G lisenziyası veriləcək”

11-12-2009

“Azercell” və “Bakcell” şirkətlərinin də 3G lisenziyası alması məsələsinə baxılacaq”

02-12-2009

“Azərbaycan prezidenti “Azercell” şirkətinə 3G lisenziyasının verilməsinə dair göstəriş verib”

24-11-2010

Azercell-ə 3G lisenziya verildimi?

03-10-2011

4G-yə keçid nəyi dəyişəcək?

26-05-2012

"Bakcell" "Azercell"ə qalib gəldi

04-08-2011

Azərbaycanın mobil rabitə operatorları 3G lisenziyası almaq üçün ərizə veriblər

14-10-2009

Bakcell 3G xidmətinin tətbiqi ilə bağlı məlumat yaydı

19-11-2011

RİTN Azercell-ə 3G lisenziyasının verilməsində tərəddüd edir

16-12-2009

Osman Gündüz: İKT bazarında o zaman uğur əldə etmək olar ki, burada azad rəqabət olsun

31-03-2013

Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib

21-04-2014

Bakcell Rabitə Nazirliyinə 3G lisenziyası üçün müraciət etdi

17-07-2010

Əli Abbasov: “Operatorlararası trafik mübadiləsinin qiyməti aşağı salınacaq”

22-04-2014

Yay aylarına qədər digər mobil operatorlara da 3G lisenziyası veriləcək

13-04-2010

3G savaşı – günahkar kimdir?

10-12-2009

Dövlət məmurlarını şəbəkə saxtakarlığından necə qorumalı?

01-04-2013

Azərbaycanda 3G şəbəkəsinin tam fəaliyyətə başlaması ilin sonunadək gözlənilir

03-11-2009

Azərbaycanda biometrik texnologiyalar üzrə lisenziyaların verilməsi RİTN-ə həvalə olunub

03-12-2008

Analoq yayımdan rəqəmsal yayıma keçiddə tələsmək olmaz

19-04-2012

Cari ilin dekabr ayında Azərbaycanda 3G şəbəkəsinin tam fəaliyyətə başlaması gözlənilir

05-11-2009

«Bakcell» və «Azercell» yaxın vaxtlarda 3G texnologiyası üzrə xidmətlərə başlayacaq

22-01-2011

«Mobil operatorların RİTN-ə ödədikləri məbləğ dövlət büdcəsində öz əksini tapmalıdır»

09-04-2009

Azercell və Bakcell-ə 3G lisenziyası verilməsi barədə qərar qəbul olundu

02-11-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə