Previous Next
Bağla

“Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda seminar keçirilib

11-07-2015 23:33
“Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda seminar keçirilib

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda növbəti seminarını keçirib.

Bu barədə Xeberler.az-a  CASCFEN Mətbuat Xidmətindən məlumat verilib.

Sumqayıt şəhərindəki Reduco Təlim-Tədris Mərkəzində təşkil edilmiş seminarda Sumqayıt şəhərindən, Abşeron rayonu Saray qəsəbəsindən və Şamaxıdan olmaqla 23 nəfər müəllim iştirak edib.

Seminarı giriş sözüylə açan CASCFEN sədri Azər Həsrət  qeyd edib ki, başçılıq etdiyi qurum əvvəllər belə seminarları öz hesabına keçirib. “Amma son üç ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası belə seminarların müxtəlif kateqoriyalardan olan insanlarla keçirilməsini dəstəkləyir. Bu isə o deməkdir ki, dövlətimiz insanlarımızın ifadə azadlığı mədəniyyətinin möhkəmlənməsində maraqlıdır”, – deyə o, bildirib.

Belə tədbirlərin müəllimlər üçün faydalı olduğunu deyən Reduco TTM-in təmsilçisi Vüsal Mətləboğlu da iştirakçıları salamlayaraq onlara uğurlu seminar arzu edib.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər Təhsil Şöbəsinin xarici dillər üzrə metodisti Gülbahar Haqverdiyeva müəllimlərin öz bilik və bacarıqlarını artırması üçün göstərdikləri səyləri yüksək dəyərləndirib.

Bundan sonra seminar məruzə və müzakirələrlə işinə başlayıb. Ekspert, CASCFEN İdarə Heyətinin üzvü, “Kaspi” qəzetinin jurnalisti Lalə Musaqızı iştirakçılara ifadə azadlığı, onun formaları, sərhədləri və faydaları haqqında danışıb. Müəllimlərin də fəal şəkildə müzakirə etdiyi mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar müxtəlif örnəklərlə mövzuya aid təcrübələrini paylaşıblar. L.Musaqızı isə öz növbəsində istər Azərbaycanda, istərsə də xaricdə insanların özünü ifadəsinin formalarıyla bağlı örnəklər verib, bir insanın azadlığının digər insanın azadlığının başlandığı yerə qədər olduğunu qeyd edib.

Digər ekspert, CASCFEN sədri Azər Həsrət isə iştirakçılara ifadə azadlığının hüquqi əsasları, bu sahədə beynəlxalq və milli qanunvericilik haqqında danışıb.

Seminarda onlayn ifadə azadlığından sui-istifadənin yarada biləcəyi məsuliyyət ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda Azər Həsrət Gülbahar Haqverdiyevaya seminarın təşkilində yardımlarına görə CASCFEN-in diplomunu təqdim edib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Müəllimlər üçün onlayn ifadə azadlığı seminarı başa çatdı

08-09-2015

CASCFEN Tərtərdə ifadə azadlığı seminarı keçirib

01-08-2015

CASCFEN növbəti ifadə azadlığı seminarını İsmayıllıda keçirib

05-08-2015

Müəllimlər üçün sonuncu onlayn ifadə azadlığı seminarı keçiriləcək

26-08-2015

Lənkəranda onlayın ifadə azadlığı mədəniyyəti mövzusunda seminar keçirilib

09-06-2015

“Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” seminarı keçirilib

25-05-2015

“Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” seminarı keçirildi

23-06-2015

“Onlayn etika – netiket” proqramı çərçivəsində seminarlar keçirilib

06-01-2015

CASCFEN müəllimlər üçün növbəti netiket seminarı keçirib

31-03-2015

Milli Məclis İTV Yayım Şurasına 3 yeni üzv seçib

14-04-2017

Mətbuat Şurasında Avropa Şurasının ekspertləri ilə görüş keçirilib

09-12-2009

“Virtual aləmdə etik normaların gözlənilməsi” layihəsi çərçivəsində tədbir keçiriləcək.

16-06-2014

Google Rusiya və İspaniyada niyə dayanır?

16-12-2014

Bakıda İnternet idarəçiliyi mövzusunda konfrans keçiriləcək

27-02-2016

Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür

03-05-2016

Bakıda ifadə və media azadlığına dair təqdimat olacaq

28-09-2015

“Koreyanın Elektron Hökumət üzrə İnkişaf Strategiyası’’ mövzusunda seminar təşkil olunub

10-07-2020

Tələbələr elektron xidmətlərlə bağlı maarifləndirilib

11-10-2019

“İfadə Azadlığı və Media Azadlığı” layihəsinin təqdimatı keçirilir

29-09-2015

 Bakıda Avropa qurumları ilə birgə ifadə və media azadlığı müzakirə edilib 

02-09-2016

İnformasiya təhlükəsizliyi təlimlərinə start verildi

08-06-2015

Starsburqda internet təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilir-Foto

09-09-2016

"SÖZ VƏ İFADƏ AZADLIĞINA İCTIMAİ DƏSTƏK" FORUMU İŞINƏ BAŞLADI

11-09-2010

“Bloq-dünyaya yeni pəncərə” adlı seminar keçirildi

29-03-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə