Previous Next
Bağla

“Neft gəlirləri azalır, daha çox innovasiyalara üstünlük verilməlidir”

08-09-2015 16:54
“Neft gəlirləri azalır, daha çox innovasiyalara üstünlük verilməlidir”

“Hökumət yeni situasiyada işləyəcək. Neft gəlirləri azalır. Ona görə də daha çox innovasiyalara üstünlük verilməlidir. Sahibkarlığın inkişafı üçün əlbəttə ki, addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcək”.

Xeberler.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışında deyib.

Prezident vurğulayıb ki, dövlətin  maliyyə vəziyyəti  sabitdir və kifayət qədər valyuta ehtiyatlarımız var:

“Biz yenə də düşünülmüş siyasət apararaq valyuta ehtiyatlarımızı ildən-ilə artırırdıq. Bu il də biz Dövlət Neft Fondunun vəsaitini qoruyuruq. Düzdür, indi bəzi vaxtilə alınmış əmlakların qiyməti düşdüyünə görə, xüsusilə, avro-dollar məzənnələrinin arasında olan bəzi dəyişmələr elə fikir yarada bilər ki, bizim Dövlət Neft Fondunun ehtiyatları azalıb, ancaq reallığa baxanda görərik ki, azalmayıb. Çünki qiymətləndirmə ilə bağlı və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusilə, Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq ”

Prezident İham Əliyev qeyd edib ki,  Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem yoxdur:

“2016-cı ildə də biz uğurla inkişaf edəcəyik, ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Sadəcə olaraq, ilin sonuna qədər, xüsusilə, gələn ilin xərcləri ilə, investisiya proqramları ilə, maliyyə vəziyyətimizlə bağlı hökumət daha da ciddi işləməlidir, yeni təkliflər verilməlidir. Ən əsas məsələ ondan ibarətdir ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazımlı olmayan xərclərə yol verməyən bir büdcə olmalıdır".

Dövlət başçısı xatırladıb ki, bir neçə gün bundan əvvəl hökumətin iclasında gələn ilin büdcəsi müzakirə edilib:

"Mənə artıq məruzə edildi, biz bu məsələni daha da geniş müzakirə edəcəyik. Demək istəyirəm ki, gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır. Gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır. Əlbəttə ki, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir. Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə proqramına, investisiya proqramına salmamalıyıq. İsrafçılığa yol verilməməlidir, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Və çalışmalıyıq ki, vəsaitə qənaət edək. Bütün ölkələr indi bu siyasəti aparır və biz də bu siyasəti daha da ciddi şəkildə aparmalıyıq. Əvvəlki illərdə biz daha çox çalışırdıq ki, tezliklə ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələləri həll edək və məhz ona görə bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələrə vəsait ayırırdıq ki, daha da sürətlə inkişaf getsin. Çünki görüləsi işlər kifayət qədər çox idi. Amma bu gün biz əsas infrastruktur layihələrini icra etmişik, bəziləri davam edir, ancaq köklü şəkildə burada çox ciddi dönüş yaranıb. Sosial-infrastruktur layihələrinin bir çoxunu icra etmişik və ölkədə sahibkarlığın, biznesin inkişafı üçün möhkəm zəmin yaradılıb: infrastruktur layihələri, kreditləşdirmə və əlbəttə ki, dövlət siyasəti. Ona görə də gələn ilin büdcəsinə çox diqqətlə baxmalıyıq”

Xeberler.az

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Prezident: Güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir

Prezident: Güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir

04-02-2020
Azərbaycan Prezidenti: Biz hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik

Azərbaycan Prezidenti: Biz hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik

01-05-2019
 “2016-cı il dərin iqtisadi islahatlar ili olacaq”

“2016-cı il dərin iqtisadi islahatlar ili olacaq”

10-04-2016
“Qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcək”

“Qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcək”

25-11-2015
“Verdiyim tapşırıq bəzən müəyyən müddətdən sonra icra edilmir”

“Verdiyim tapşırıq bəzən müəyyən müddətdən sonra icra edilmir”

26-01-2021
“2016-cı il dərin iqtisadi islahatlar ilidir”

“2016-cı il dərin iqtisadi islahatlar ilidir”

30-04-2016
Prezident: “  Mütləq alternativ enerji mənbələri yaratmalıyıq”

Prezident: “ Mütləq alternativ enerji mənbələri yaratmalıyıq”

10-04-2018
Bizə qarşı informasiya müharibəsi aparılır.

Bizə qarşı informasiya müharibəsi aparılır.

17-04-2012
“Biz elə işləməliyik ki, sanki neft-qaz resursları yoxdur ”

“Biz elə işləməliyik ki, sanki neft-qaz resursları yoxdur ”

26-01-2016
 Prezident  RYTN-də baş  verənlərdən danışdı: “Bu, bütün qurumlara dərs olmalıdır”

Prezident RYTN-də baş verənlərdən danışdı: “Bu, bütün qurumlara dərs olmalıdır”

12-01-2016
“Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb”

“Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb”

10-10-2017
Prezident İlham Əliyev: "Bir qəzaya görə bütün enerji sistemi çökməməlidir"

Prezident İlham Əliyev: "Bir qəzaya görə bütün enerji sistemi çökməməlidir"

10-07-2018
Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün 17 milyard manat vəsait qoyulacaq

Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün 17 milyard manat vəsait qoyulacaq

30-01-2019
“Azərbaycanda internet azaddır, senzura yoxdur”

“Azərbaycanda internet azaddır, senzura yoxdur”

09-06-2016
Nazirlər Kabineti: makroiqtisadi sabitlik qorunacaq

Nazirlər Kabineti: makroiqtisadi sabitlik qorunacaq

10-03-2020
Prezident: “250 min xarici “ASAN viza” ilə ölkəmizə gəlib”

Prezident: “250 min xarici “ASAN viza” ilə ölkəmizə gəlib”

08-12-2017
İlham Əliyev: İKT növbəti illər üçün prioritet olmalıdır

İlham Əliyev: İKT növbəti illər üçün prioritet olmalıdır

29-05-2012
Enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib

Enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib

05-07-2018
Elektron viza məsələsində problemlər var

Elektron viza məsələsində problemlər var

14-07-2015
“Referendumdan sonra ölkədə ciddi islahatlar gözlənilir”

“Referendumdan sonra ölkədə ciddi islahatlar gözlənilir”

26-09-2016
“ASAN viza” turizmin inkişafına böyük töhfələr verir

“ASAN viza” turizmin inkişafına böyük töhfələr verir

25-08-2018
Prezident: ““ASAN Viza”nın yaradılması əslində bir zərurət idi”

Prezident: ““ASAN Viza”nın yaradılması əslində bir zərurət idi”

28-12-2016
Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır

Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır

15-01-2020
Sahil Babayev: Rəqəmsal maliyyə idarəçiliyi şəffaflıq və operativliyi artırır

Sahil Babayev: Rəqəmsal maliyyə idarəçiliyi şəffaflıq və operativliyi artırır

26-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə