Previous Next
Bağla

“Neqsol Holdinq”in Ukrayna ofisinə yeni menecer təyin olunub

14-05-2021 10:54
“Neqsol Holdinq”in Ukrayna ofisinə yeni menecer təyin olunub

“NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun Ukrayna ofisinə yeni ölkə meneceri təyin edilib.

Xeberler.az bildirir ki, bu, “NEQSOL Holding”in telekommunikasiya şirkəti olan “Vodafone Ukraine”ın İdarə Heyətinin üzvü Volodimir Lavrençukdur.

Qeyd edək ki, “NEQSOL Holding” şirkətlər qrupu müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərərək 25 ildən çox təcrübəyə malikdir. Şirkətlər qrupunun əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi aiddir. Şirkətlər qrupu Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Qazaxıstan, BƏƏ,Ukrayna, Gürcüstan və digər ölkələrdə fəaliyyət göstərir.

Hazırda “NEQSOL Holding”in tərkibinə Böyük Britaniyada qeydiyyatdan keçmiş Nobel Oil Services və Nobel Upstream şirkətləri daxildir. Müxtəlif neft-qaz yataqlarında paya malik və Londonda yerləşən Nobel Upstream şirkəti Böyük Britaniya, ABŞ və Azərbaycanda fəaliyyət göstərir. Nobel Oil Services şirkətinin törəmə müəssisələri Azərbaycan, Türkiyə, Qazaxıstan və Banqladeşdə fəaliyyət göstərir. Qrup "KCA Deutag", "Wood" və digər beynəlxalq şirkətlərlə birgə müəssisələr yaradıb.

2000-ci illərin əvvəllərində qrup telekommunikasiya sahəsinə daxil olub. Qrup mobil rabitə, beynəlxalq tranzit və internet magistral bağlantısı, məlumat mərkəzi və digər xidmətlər göstərir, eləcə də Avropa ilə Asiya arasında Rəqəmsal İpək Yolunun yaradılması layihələrinə sərmayə yatırır.

2010-cu illərin əvvəllərində qrup tikinti sahəsinə daxil olub."Norm" şirkəti Cənubi Qafqazda ən böyük sement istehsalçısıdır. Qrup yüksək texnologiyalar sahəsində startap layihələrə və şirkətlərə sərmayə yatırır.

Qeyd edək ki, “NEQSOL Holding” Azərbaycanın ilk mobil operatoru "Bakcell"in təsisçisidir. "Bakcell" 1996-cı ildə yaradılıb, onun nizamnamə kapitalı 9,908 milyon manatdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NEQSOL Holding, Ukrayna sement istehsalçısının paylarını almaq niyyətini şərh edib

19-10-2021

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026

NEQSOL Holding-də yeni təyinatlar-Korporativ idarəetmə gücləndirilir

22-12-2022

NEQSOL Holding komplayensin yüksək səviyyədə olmasını təsdiq edərək ISO sertifikatını alıb

25-05-2021

NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasına daxil olub

06-03-2025

AzerTelecom şirkətinin rəhbərliyində yeni təyinat olub

07-12-2023

“NEQSOL Holding” Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon ayırıb

02-10-2020

Tanınmış top-menecer NEQSOL Holding-in telekommunikasiya sahəsinə rəhbərlik edəcək

20-09-2021

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

06-06-2025

"NEQSOL Holding" “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb

18-03-2023

NEQSOL Holding-ə daxil şirkət ilk dəfə ən aşağı faizlə 500 milyon ABŞ dolları məbləğində istiqrazlar yerləşdirib

07-02-2020

NEQSOL Holding Türkiyəyə humanitar yardım göstərməyə davam edir

15-03-2023

"Bakcell"in rəhbərliyində yeni təyinatlar olub - FOTO

22-02-2023

“Bakcell”in Direktorlar Şurasında dəyişiklik edilib

21-02-2022

“NEQSOL Holding” Həmrəylik Günü münasibətilə “YAŞAT” Fonduna ianə edib

30-12-2021

NEQSOL Holding Novruz Bayramı münasibətilə “YAŞAT” Fonduna 500 000 manat vəsait köçürüb

19-03-2022

"NEQSOL Holding" “YAŞAT” Fondu ilə şəhid və qazi ailələrinə dəstəyini davam etdirir

21-04-2023

NEQSOL Holdinq Vodafone Ukraynanın alışını elan edir

05-12-2019

NEQSOL Holding-dən Türkiyəyə 14 milyon TL məbləğində yardım

10-02-2023

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

14-03-2025

“Rəqəmsal İpək Yolu” layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində təqdim olunub

11-10-2023

NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edib - FOTO

14-09-2023

NEQSOL Holding Caucasus Online şirkətinin alınmasını şərh edib

25-03-2021

NEQSOL Holding Qarabağa 200 mln manatadək sərmayə yatıracaq

06-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə