Previous Next
Bağla

“Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” müzakirə edilib

07-03-2026 13:14
“Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” müzakirə edilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun, “IDTech Academy” və Lütfizadə Texnologiya Mərkəzinin tərəfdaşlığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş panel müzakirəsi keçirilib.

Xeberler.az məlumat verir ki, “Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” mövzusuna həsr edilən panel müzakirəsinin əsas məqsədi qadınların liderlik potensialının inkişafına dəstək olmaq, gənc qızların texnologiya sahəsinə marağını artırmaq və bu istiqamətdə mövcud imkanları təqdim etmək olub.

Tədbirin açılışında Gənclərin İnkişaf və Karyera Mərkəzinin Layihələrin və Proqramların İdarəedilməsi şöbəsinin müdiri Jalə Həsənova, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Baş katibi Fidan Əhmədova və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Məlumat idarəçiliyi və süni intellekt departamentinin müdir müavini Aysel Hüseynova çıxış edərək rəqəmsal transformasiya dövründə qadınların rolu, texnologiya sahəsində karyera imkanları və bu istiqamətdə dövlət tərəfindən yaradılan imkanlar barədə məlumat veriblər.

Panel müzakirəsində Prezident mükafatçısı və “Metatesk” şirkətinin təsisçisi Günay İmanzadə, “IDschool”un rəhbəri və “DigiSmart” məhsul sahibi Günel Xosrovlu, “MegaSec” MMC-nin icraçı direktoru və “SheRise – Qadınlara dəstək” sosial layihəsinin rəhbəri Ayan Etibar, həmçinin “İKTEX” məhsul sahibi və “IDTech Academy”də İT biznes analitik Zalxa Quluzadə spiker qismində çıxış ediblər.

“IDTech Academy”nin layihələr və tədbirlər koordinatoru Aydan Tarverdiyevanın moderatorluğu ilə keçirilən müzakirədə spikerlər texnologiya sahəsində qadınların rolu, gənc qızlar üçün İT sahəsində mövcud perspektivlər, rəqəmsal məhsul sahibliyinin yaratdığı imkanlar və rəqəmsal liderliyin formalaşmasında vacib bacarıqlar barədə təcrübələrini iştirakçılarla bölüşüblər.

Panel çərçivəsində gənclərin texnoloji sahədə inkişaf imkanları, rəqəmsal bacarıqların formalaşdırılması və qadınların innovasiya ekosistemində daha fəal iştirakının əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda keçirilən sual-cavab sessiyasında iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, gənclərin fikir və təklifləri dinlənilib.

Qeyd olunub ki, bu kimi təşəbbüslər gənclərin texnologiya sahəsinə yönləndirilməsinə və onların peşəkar inkişafına mühüm töhfə verir.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” adlı panel müzakirə keçirilib

“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” adlı panel müzakirə keçirilib

06-03-2025
Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

09-06-2026
“Rəqəmsal Marketinq: Gənclər üçün karyera imkanları” adlı müzakirə keçirilib

“Rəqəmsal Marketinq: Gənclər üçün karyera imkanları” adlı müzakirə keçirilib

26-09-2025
“Youth Cyber Forum” keçirilib

“Youth Cyber Forum” keçirilib

25-02-2026
Şəxsi inkişafda innovasiya və rəqəmsallaşmanın rolu müzakirə olunub

Şəxsi inkişafda innovasiya və rəqəmsallaşmanın rolu müzakirə olunub

30-01-2026
Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib

Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib

20-06-2025
Gənclərin Süni İntellekt Forumu rəqəmsal gələcəyə hazırlıq məqsədi daşıyır

Gənclərin Süni İntellekt Forumu rəqəmsal gələcəyə hazırlıq məqsədi daşıyır

20-06-2025
Qadınlar üçün kibertəhlükəsizlik sahəsi üzrə tədbir keçirilib

Qadınlar üçün kibertəhlükəsizlik sahəsi üzrə tədbir keçirilib

24-09-2025
İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

29-11-2025
İKT-də Qızlar Günü münasibətilə xüsusi görüş planlaşdırılır

İKT-də Qızlar Günü münasibətilə xüsusi görüş planlaşdırılır

21-04-2026
Bakıda “Gənclər üçün Süni İntellekt Forumu” keçirilir

Bakıda “Gənclər üçün Süni İntellekt Forumu” keçirilir

02-05-2025
Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

01-05-2025
İKT qadınlara həsr olunmuş “DigiGirlz” konfransı keçirilib-Fotolar

İKT qadınlara həsr olunmuş “DigiGirlz” konfransı keçirilib-Fotolar

04-06-2015
“InnovateHER: Fuelling Women’s Success in STEM”in açılış mərasimi keçirilib

“InnovateHER: Fuelling Women’s Success in STEM”in açılış mərasimi keçirilib

20-10-2025
Şamaxıda ilk dəfə DigiGirlz konfransı keçirilib

Şamaxıda ilk dəfə DigiGirlz konfransı keçirilib

28-12-2018
AzTU-da İT sahəsində çalışan tələbələrin I Forumu keçirilib

AzTU-da İT sahəsində çalışan tələbələrin I Forumu keçirilib

17-06-2026
Qadınlar İKT bacarıqlarını artırır

Qadınlar İKT bacarıqlarını artırır

07-07-2023
“WTDC-25” çərçivəsində Qadınlar Şəbəkəsinin tədbiri keçirilib

“WTDC-25” çərçivəsində Qadınlar Şəbəkəsinin tədbiri keçirilib

20-11-2025
“Bir ideya, Bir addım, Bir dəyişiklik” adlı panel müzakirə təşkil olunub

“Bir ideya, Bir addım, Bir dəyişiklik” adlı panel müzakirə təşkil olunub

17-11-2025
“Gənclərin rəqəmsal iqlim inqilabında iştirakının dəstəklənməsi” adlı tədbir keçirilib

“Gənclərin rəqəmsal iqlim inqilabında iştirakının dəstəklənməsi” adlı tədbir keçirilib

16-11-2024
Gənc qızların texnologiya sahəsi üzrə maarifləndirilməsinə dair müzakirələr aparılıb

Gənc qızların texnologiya sahəsi üzrə maarifləndirilməsinə dair müzakirələr aparılıb

24-04-2021
“Qadınlar və texnoloji inkişaf” mövzusunda onlayn vebinar keçiriləcək

“Qadınlar və texnoloji inkişaf” mövzusunda onlayn vebinar keçiriləcək

21-04-2021
Gənclər süni intellektin peşə seçimlərinə təsiri barədə maarifləndirilib

Gənclər süni intellektin peşə seçimlərinə təsiri barədə maarifləndirilib

22-11-2025
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib

Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib

17-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə