Cənubi Koreyanın “Samsung” korporasiyası artıq dünyanın lider televizor istehsalçısı deyil.
Xeberler.az məlumat verir ki, bu barədə “Counterpoint Research” (CR) şirkətinin hesabatında bildirilir.
Bu texnologiya nəhəngi uzun müddət televizor bazarında mübahisəsiz lider olub. Lakin CR-in noyabr hesabatında “Samsung”un bazar payının 17 faiz, əsas rəqibi olan Çinin “TCL” şirkətinin payının isə 16 faiz olduğu göstərilib. Analitiklər 2025-ci ilin dekabr ayının nəticələrinə əsasən “TCL”in “Samsung”u geridə qoyduğunu təsdiqləyiblər.
“TCL”in bazar payı 16 faiz olub. “Samsung” isə 13 faizlə ikinci yerə düşüb. Sonrakı yerlərdə müvafiq olaraq 12, 8 və 5 faiz payla “Hisense”, “LG” və “Walmart” qərarlaşıb.
“Bir neçə aydır “TCL” bazardakı mövqeyini gücləndirir. İlin sonundakı kəskin artım şirkətə dekabr ayında “Samsung”u geridə qoymağa imkan verdi. Bu, cəmi bir ayın nəticəsi olsa da, “TCL”in tədarük həcmi illik müqayisədə davamlı artım göstərir”, – deyə CR-in tədqiqatlar üzrə direktoru Bob O'Brayen bildirib.
Şirkətin hesabatında qeyd olunur ki, 2025-ci ilin dekabr ayında televizor tədarükü illik müqayisədə 1,6 faiz artıb. Bununla yanaşı, bütövlükdə 2025-ci ildə bazarda 0,13 faiz həcmində cüzi azalma qeydə alınıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları