Previous Next
Bağla

“SİM kartlara qoyulacaq qadağa problemlər yaradacaq”

11-05-2017 13:48
“SİM kartlara qoyulacaq qadağa problemlər yaradacaq”

Məlumat verdiyimiz kimi, Milli Məclisdə “Telekommunikasiya haqqında” qanuna əlavə və dəyişikliklər təklif edilib. Belə ki, yeni dəyişikliyə görə, SİM  kartların başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulacaq.

Məsələ ilə bağlı Azərbaycan İnternet Formumun prezidenti Osman Gündüz Xeberler.az-a bildirib ki, bu dəyişikliklər müəyyən problemlər yaradacaq:

“SİM kartın daimi istifadə üçün başqasına verilməsi qadağan olunacaq. Bu, ciddi məsələdir. Amma Milli Məclis yenə də maraqlı tərəflərin iştirakı ilə heç bir ictimai müzakirə təşkil etmir. Artıq adi hala çevrilib ki, ciddi ictimai əhəmiyyət kəsb edən, vətəndaşların hüquq və azadlıqları ilə əlaqəli məsələlər bir anda dəyişikliyə məruz qalır. Düşünürəm ki, bu dəyişiklik də müəyyən problemlər yaradacaq”.

Osman Gündüz bu dəyişikliklərin xeyli sayda ailələr üçün problem yaradacağını qeyd edib.

“Gizli deyil ki, əksər ailələrdə uşaqlarda, ailənin hansısa üzvündə olan mobil telefon nömrələri, həmçinin də yaşlı sakinlərin əksərinin nömrələri ailənin başqa bir üzvünün adına və ya tamamilə başqa bir şəxsin adına sənədləşdirilib. Yəni, valideyn uşağına telefon alanda təbii ki, nömrəni- SİM kartı öz adına sənədləşdirib. İndi sual olunur ki, bu qanun qəbul olunandan sonra valideynlər məsuliyyətmi cəlb olunmalıdır ?”. Təbii ki, əgər qanun bunu qadağan edəcəksə, onda yeni cərimələr də müəyyən olunacaq. Belə çıxır ki, əksəriyyət ailələr yeni cərimələr ödəməyə hazırlaşmalıdır”.

Onun sözlərinə görə, bir müddət bundan öncə nömrə satışı ilə bağlı hökumətin yeni qaydaları müəyyən olunub. Həmin qaydalarda nömrə alanla bağlı məlumatların elektron bazaya daxil edilməsindən və e-Gov Portalına inteqrasiyasından söhbət gedirdi.

Ekspert qeyd edib ki, təklif olunan dəyişikliklərlə hökumət bunu daha da sərtləşdirmək xətti götürüb:

"Əlbəttə, SİM kartların əldə edilməsinin bəlli bir mexanizminin olması, bəlli yerlərdə satılması cəmiyyətin təhlükəsizliyi və cinayətlərin qarşısnın alınması, həmçinin də konkret abonentə bağlanan nömrə ilə müxtəlif xidmətlərin daha effektiv formada əldə edilməsi baxımından anlaşılandır. Digər tərəfdən isə sirr deyil ki, cinayət, terror etmək istəyən elə İnternetin imkanlarından da istifadə edərək bunu reallaşdıra biləcəksə və ya hansısa cərimələrlə bu tip addımların qarşısını almaq mümkün deyilsə, onda bu dəyişikliklərin o qədər də effektiv olacağı şübhə doğurur”.

Osman Gündüz hesab edir ki, mobil nömrənin deyil, mobil avadanlığın İMEİ nömrəsinin qeydiyyatı ilə bağlı mövcud sistemdən istifadə edilməsi və abonentin identikləşdirməsinin də mobil operatorlar vasitəsilə gerçəkləşdirilməsi daha effektiv olardı.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mobil nömrələrin satışı necə olacaq ? - Aktual

Mobil nömrələrin satışı necə olacaq ? - Aktual

10-06-2015
SİM kartların başqa şəxslərə verilməsi qadağan olunacaq

SİM kartların başqa şəxslərə verilməsi qadağan olunacaq

08-05-2017
Nömrələrin satış qaydalarında mühüm dəyişiklik edilib

Nömrələrin satış qaydalarında mühüm dəyişiklik edilib

21-10-2015
Mobil cihazların qeydiyyatına dair dəyişikliklərin mahiyyəti açıqlanıb

Mobil cihazların qeydiyyatına dair dəyişikliklərin mahiyyəti açıqlanıb

01-12-2022
Spamla Mübarizə Agentliyi yaradıla bilər

Spamla Mübarizə Agentliyi yaradıla bilər

14-07-2015
Mobil telefonunu və ya sim kartını başqalarına kirayə verən şəxslər cərimələnəcək

Mobil telefonunu və ya sim kartını başqalarına kirayə verən şəxslər cərimələnəcək

01-10-2010
Sim-kartları elektron formada satmaq icbari olacaq

Sim-kartları elektron formada satmaq icbari olacaq

12-05-2015
“Sim-kartların satışı avtomatlaşdırıla bilməz”

“Sim-kartların satışı avtomatlaşdırıla bilməz”

09-06-2015
Qazaxıstanda uşaqlar üçün SİM kartlar tətbiq ediləcək

Qazaxıstanda uşaqlar üçün SİM kartlar tətbiq ediləcək

12-03-2025
Rəqəmsal hökumət quruculuğunun sürətləndirilməsi üçün mühüm addım

Rəqəmsal hökumət quruculuğunun sürətləndirilməsi üçün mühüm addım

15-02-2023
Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

10-06-2026
3 Sim kartlı mobil telefon

3 Sim kartlı mobil telefon

23-04-2009
Azərbaycanda Sim-katların onlayn satış vaxtı açıqlanıb

Azərbaycanda Sim-katların onlayn satış vaxtı açıqlanıb

24-04-2016
Ekspert: Elektron ticarətin inkişafı nə üçün ləngiyir?

Ekspert: Elektron ticarətin inkişafı nə üçün ləngiyir?

15-11-2019
Telefon nömrələrinin satış qaydaları dəyişdi

Telefon nömrələrinin satış qaydaları dəyişdi

24-08-2015
Mobil cihazlara telekommunikasiya xidmətlərinə dair qadağaların sayı artır

Mobil cihazlara telekommunikasiya xidmətlərinə dair qadağaların sayı artır

30-11-2022
"Bakcell" virtual SİM-kartların tətbiqinə hazırlaşır

"Bakcell" virtual SİM-kartların tətbiqinə hazırlaşır

21-02-2022
Azercell-in “yağlı” müştərilərini kim ələ keçirmək istəyir?

Azercell-in “yağlı” müştərilərini kim ələ keçirmək istəyir?

22-02-2017
Saytların bağlanması necə həyata keçiriləcək?

Saytların bağlanması necə həyata keçiriləcək?

09-03-2017
Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

10-01-2025
Mobil nömrələrin satışı və aktivləşdirilməsi qaydaları dəyişdirilir

Mobil nömrələrin satışı və aktivləşdirilməsi qaydaları dəyişdirilir

13-08-2015
Ekspert:qısa nömrələr kimlərdədir ?

Ekspert:qısa nömrələr kimlərdədir ?

02-06-2022
İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

13-04-2019
Bank Kartları niyə hədəfə çevrilir? -Gizli siyahılarla aparılan kiber “ov”

Bank Kartları niyə hədəfə çevrilir? -Gizli siyahılarla aparılan kiber “ov”

11-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə