Previous Next
Bağla

Telefon nömrələrinin satış qaydaları dəyişdi

24-08-2015 12:49
Telefon nömrələrinin satış qaydaları dəyişdi

Azərbaycanda rabitə vasitələrinin satışı və istifadəsi ilə bağlı yeni qayda və şərtlər qüvvəyə minib.

Xeberler.az-ın məluamtına görə,  Nazirlər Kabineti mayın 22-də “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

Qərara əsasən rabitə müəssisələri (operatorlar) öz şəbəkələrinin, əlaqədar sistem və texniki vasitələrinin bu qərara uyğunlaşdırılmasını 3 ay müddətində tam başa çatdırmalı və bu müddətdən sonra telefon nömrələrinin (sabit, mobil) satışını yalnız bu qərara uyğun həyata keçirməlidir. Artıq rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərə operatorlarla bərabər, onların diler və distribüterləri də əməl etməlidir. Dəyişikliyə əsasən telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsi, ərizəçiyə dair məlumatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) üzərindən, fiziki şəxslər üçün “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi”, hüquqi şəxslər üçün isə Elektron Hökumət Portalına qoşulmuş informasiya sistemləri vasitəsilə identifikasiya edilərək “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı zamanı tələb olunan şərtlər”ə uyğun olaraq operatorların və MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra 24 saat müddətində təmin olunmalıdır.

İndiyə qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırmaqla, rabitə müəssisələri (operatorlar) tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə nəzərdə tutulması vacib olan məlumatların yazılması qaydalarının qəbul edilməsini, habelə həmin şəxslər haqqında vahid məlumat bazasının formalaşdırılmasının təşkilini və digər məsələlərin həll olunmasını təmin edib. Dəyişikliyə əsasən bundan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırmaqla, rabitə müəssisələri (operatorlar) tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslər haqqında vahid məlumat bazasının formalaşdırılmasının təşkilini və digər məsələlərin həll olunmasını təmin etməlidir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu qərarın icrasını nəzarətdə saxlamaq tapşırılıb.

Naziirlər Kabineti “Rabitə müəssisələri (operatorlar)tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan Şərtlər”in yeni redaksiyasını da təsdiqləyib. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan ərazisində fəaliyyət göstərən rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı aşağıdakı şərtlər təmin edilir:

- Fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında bu şərtlərin əlavəsində göstərilən məlumatların əks olunması;

- Fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə abunəçinin identifikasiya modulunun (Sim kartlar və s.) başqa şəxslərə daimi istifadə üçün, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədi ilə kirayəyə verilməsinə qadağa qoyulmasının əks olunması;

- Fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilədə abunəçinin identifikasiya modulunun (Sim kartlar və s.) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yerli qurumlarının məlumatlandırılması haqqında müvafiq qeydin olması;

- Fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilənin Azərbaycan Respublikasının dövlət dilində olması və həmin müqaviləyə fiziki şəxsin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə, istifadə edən fiziki şəxsin) fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədinin surətinin əlavə olunması;

- Mobil operatorların şəbəkələrində rouminq rabitəsində olan xarici istifadəçilərə aid qeydiyyata alınmış bütün məlumatların ən azı 1 (bir) il müddətində saxlanılmasının təmin edilməsi.

Nazirlər Kabineti eyni zamanda “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan Şərtlər”ə əlavəni - “Rabitə müəssisələri tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan Məlumatlar”ı da təsdiqləyib.

Məlumatlar bütün rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən Azərbaycan dilində UNİCOD-la yazılmalı və təqdim edilməlidir.

Xeberler.az

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Telefon nömrələrinin (Sim kartların) satış qaydaları sərtləşdirildi

07-06-2015

Mobil operatorlar yeni tələblərlə razıdır?- Rəsmi

16-11-2016

Azərbaycanda mobil operatorlarla bağlı yeni tələblər

15-11-2016

Rabitə vasitələrinin satışı və istifadəsi ilə bağlı yenilik

31-10-2015

Nömrələrin satış qaydalarında mühüm dəyişiklik edilib

21-10-2015

“Azercell qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir”-Açıqlama

15-11-2016

Mobil nömrələrin satışı və aktivləşdirilməsi qaydaları dəyişdirilir

13-08-2015

Mobil nömrələrin satışı portal üzərindən aparılacaq

11-12-2015

Sim-kartları elektron formada satmaq icbari olacaq

12-05-2015

SİM kartların başqa şəxslərə verilməsi qadağan olunacaq

08-05-2017

Azərbaycanda mobil operatorlar nömrə satışını dayandırır-Yenilənib

03-02-2017

Mobil nömrələrin satışı necə olacaq ? - Aktual

10-06-2015

Prezident rabitə şəbəkələrində informasiya təhlükəsizliyi ilə bağlı qaydaları təsdiqlədi

02-10-2015

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07-03-2014

Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edib

24-06-2023

Ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndəriləcək

07-04-2025

Mobil operatorlar ilin əvvəlində nə qədər qazanıb?

16-03-2017

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rabitə və YüksəkTexnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edildi.

20-06-2014

İnformasiya və rabitə xidmətlərinin həcmi artıb

16-09-2015

E-imza sertifikatlarının sayı açıqlandı

09-02-2016

İki nazirlik ləğv olundu - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı

13-02-2017

Portaldan daha bir yenilik

05-11-2016

Dövlət müəssisələrinin hərraclarda satışı xidməti elektron formatda

27-05-2019

Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri artıb

25-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə