Previous Next
Bağla

“SİMA İmza” ilə daha 30-dək elektron vergi xidməti əlçatan olub

18-11-2025 12:39
“SİMA İmza” ilə daha 30-dək elektron vergi xidməti əlçatan olub

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı sayəsində SİMA yeni nəsil rəqəmsal imzanın İnternet Vergi İdarəsinə inteqrasiyası uğurla davam etdirilir.

İnteqrasiya çərçivəsində daha 30-a yaxın elektron vergi xidmətinin “SİMA İmza” ilə əldə etməsi mümkün olub. Həmin xidmətlərə vahid bəyannamə göndərilməsi, hüquqi şəxsin uçot və qeydiyyat məlumatlarının dəyişdirilməsi, hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin dayandırılması, vergi ödəyicisinin debitor və kreditor borcları haqqında ərizə, şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi barədə ərizə, elektron alış aktı və digər bir çox xidmətlər daxildir.

Sonuncu inteqrasiya nəticəsində “SİMA İmza” ilə əldə edilə bilən vergi xidmətlərinin sayı 100-ü ötüb. Artıq vergi ödəyiciləri İnternet Vergi İdarəsinə “SİMA İmza” ilə daxil olaraq, müvafiq sənədləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə imzalayaraq əldə edə bilərlər.

Bunun üçün new.e-taxes.gov.az saytında giriş üsulu kimi “SİMA İmza”nı seçmək və mobil tətbiq vasitəsilə təqdim edilən QR kodu “SİMA İmza” tətbiqində skan etmək kifayətdir.

Qeyd edək ki, hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanı tam ödənişsiz əldə etmək imkanına malikdir. Belə ki, mobil tətbiqdə sahibkar və ya hüquqi şəxsin imza sertifikatını əldə edərkən 6AYPULSUZ promokodunu daxil edərək imzadan 6 ay müddətində abunə haqqı ödəmədən istifadə etməsi mümkündür.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Hazırda “SİMA İmza” tətbiqinin endirilmə sayı 5 milyondan çoxdur. Rəqəmsal imza əldə etmək üçün hər hansı xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib qeydiyyatdan keçə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə verilməsi mümkün oldu

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə verilməsi mümkün oldu

08-10-2025
Vergi bəyannamələrini “SİMA İmza” ilə ödənişsiz təqdim et!

Vergi bəyannamələrini “SİMA İmza” ilə ödənişsiz təqdim et!

03-07-2025
“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi

“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi

23-04-2026
“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025
“SİMA” Vergi portalının fərdi sahibkar xidmətlərinə inteqrasiya edilib

“SİMA” Vergi portalının fərdi sahibkar xidmətlərinə inteqrasiya edilib

13-05-2025
SİMA rəqəmsal imza Birbank-da!

SİMA rəqəmsal imza Birbank-da!

26-05-2026
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatıb

“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatıb

30-12-2025
“SİMA İmza” və “Baku Electronics”dən yenilik

“SİMA İmza” və “Baku Electronics”dən yenilik

27-02-2026
“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

22-01-2026
“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

21-06-2025
“SİMA İmza”nın yeni QR paylaşım funksiyası istifadəyə verilib

“SİMA İmza”nın yeni QR paylaşım funksiyası istifadəyə verilib

26-11-2025
SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

15-08-2025
“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024
“Kontakt”da alış-veriş artıq “SİMA İmza” ilə!

“Kontakt”da alış-veriş artıq “SİMA İmza” ilə!

16-07-2025
“SİMA İmza” ilə vergi hesabatlarını pulsuz təqdim et!

“SİMA İmza” ilə vergi hesabatlarını pulsuz təqdim et!

10-04-2026
“SİMA İmza” və “Yelo Bank”dan yenilik

“SİMA İmza” və “Yelo Bank”dan yenilik

25-04-2025
Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026
“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025
“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

13-09-2024
"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026
“SİMA İmza” “Xalq” bankın internet bankçılıq sisteminə inteqrasiya edilib

“SİMA İmza” “Xalq” bankın internet bankçılıq sisteminə inteqrasiya edilib

17-12-2024
Mənfəət vergisini “SİMA İmza” ilə ver, əlavə xərclərdən azad ol!

Mənfəət vergisini “SİMA İmza” ilə ver, əlavə xərclərdən azad ol!

16-03-2026
E-taxes.gov.az portalına SİMA Token ilə daxil olmaq mümkün olacaq

E-taxes.gov.az portalına SİMA Token ilə daxil olmaq mümkün olacaq

10-09-2023
“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb

“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb

22-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə