Previous Next
Bağla

“StartUp School 2” layihəsinin qalibi mükafatlandırılıb

10-12-2024 10:22
“StartUp School 2” layihəsinin  qalibi mükafatlandırılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının “StartUp School 2 – AI for Green Solidarity” layihəsinin qalibi Naxçıvan Dövlət Universitetinin “AgroChat” komandası seçilib. ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi və Almaniyanın Süni İntellekt Mərkəzi ilə birgə həyata keçirilən layihənin qalib komandası kimi “AgroChat” Amerika Birləşmiş Ştatlarında (ABŞ) I2B təlimlərində iştirak imkanı qazanıb. Komanda ABŞ-da Azərbaycanı təmsil edəcək.

Xeberler.az bildirir ki, münsiflərin qərarı ilə layihədə ikinci yeri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ClearPath Shepherd”, üçüncü yeri isə Çexiyanın “CZU Pragua” Universitetinin “YellowGo” komandaları qazanıblar.

“Məzun günü”ndə təşkil olunan hakaton mərhələsinin də qalibi “ClearPath Shepherd” layihəsi müəyyən olunub. Belə ki, hakaton zamanı komandalar ilk olaraq “Pre-Hackathon” mərhələsində mentorların təqdim etdiyi tapşırıqları təqdim ediblər. Münsiflərin dəyərələndirməsindən sonra isə qalib müəyyən edilib.

Qeyd edək ki, “StartUp School 2 – AI for Green Solidarity” layihəsinin münsiflər heyəti Amerika Birləşmiş Ştatlarının Nevada Universitetinin Ozmen Sahibkarlıq Mərkəzinin direktoru Mehmet Serkan Tosun, Alman Süni İntellekt Mərkəzinin baş elmi işçisi ⁠Nicat Mehdiyev, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini ⁠Rəna Hümbətova, "Sabah.Hub", Vizam.az şirkətinin icraçı direktoru ⁠Baba Ağayev, “Umico” şirkətinin baş mütəxəssisi ⁠Leyla Cahangirovadan ibarət olub.

Bir ilə yaxın davam edən layihənin mentorları ABŞ-ın Nevada Universitetinin professorları Mehmet Tosun və Met Vestfild, Almaniyanın Süni İntellekt Mərkəzinin professoru Andreas Emrix və baş elmi işçisi ⁠Nicat Mehdiyev, Türkiyənin OSTİM Texniki Universitetinin prorektoru, professor Ünsal Sığrı, İdarəetmə İnformasiya Sistemləri şöbəsinin İngilis proqramının rəhbəri Melike Aktaş Bozkurt, Cənubi Afrika Respublikasının Yohannesburq Universitetinin professoru Eldrid Yordan, Oksford Universitetinin Baş proqram mühəndisi Tərlan Süleymanov, Özmən Sahibkarlıq Mərkəzinin proqram koordinatoru və Varşava İqtisadiyyat Məktəbinin dosenti Paveł Pietrasienski, “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva, “Mercedes-Benz Consulting GmbH” şirkətinin süni intellekt üzrə baş məsləhətçisi Günay Kazımova, “Buzzfactory” şirkətinin direktoru və təsisçisi Thieryy Cellerin olub.

Qaliblərə beynəlxalq səviyyəli sertifikatları, hədiyyə və medalları layihənin tərəfdaşları Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Rüstəm Həsənov, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova təqdim ediblər. “StartUp School 2” layihəsinin qalibi “AgroChat” komandasına kubok və hədiyyələri “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva verib. Hədiyyələri “İrşad” mağazalar şəbəkəsi və “Bulutistan” şirkəti təqdim edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Startup School 2” layihəsinin final mərhələsi keçiriləcək

05-12-2024

“StartUp School 2 – AI for Green Solidarity” layihəsinin “Məzun Günü” keçirilib

06-12-2024

“Startup School 3” layihəsi müzakirə edilib

27-02-2025

Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

09-02-2023

“Startup School”un açılış mərasimi keçirilib

04-04-2023

“Enterprise Azerbaijan” portalı startap komandaları üçün intellektual yarış təşkil edib

23-10-2024

“Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin qalibləri məlum olub

19-05-2023

“Startup school” da ideya yarışı keçiriləcək

05-04-2023

Milli Aviasiya Akademiyasında “StartUp School” layihəsi təqdim olunub

06-03-2023

“Enterprise Azerbaijan” yeni startap məktəbinin infosessiyalarına başlayır

21-04-2025

“Enterprise Azerbaijan” portalı startap komandaları arasında intellektual yarış keçirəcək

10-10-2024

“Startup School 3” çərçivəsində beynəlxalq təlimlərə start verilib

05-08-2025

“Startup School 3” layihəsinin ekspert heyəti təqdim olunub

25-06-2025

"Startup School 3" layihəsinin açılış mərasimi keçirilib

08-08-2025

Azərbaycanda “StartUp School” fəaliyyətə başlayır

17-02-2023

İİTKM “Startup School 3” layihəsinə start verir

16-04-2025

Kankəndidə “Startup School” keçirilib

03-03-2026

“Startup School 3” finalının münsiflər heyəti elan olundu

17-11-2025

EnterpriseAzerbaijan.com Böyük Britaniyada təqdim olunur

14-05-2019

Vüsal Qasımlı: "10 startapdan 1-i inkişaf edə bilir"

19-05-2023

Enterprise Azerbaijan və Özmen Sahibkarlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

26-07-2022

İİTKM: "200-ə qədər startap "StartUp" məktəbimizdə iştirak etmək istəyib"

19-05-2023

“Startup School 3” çərçivəsində memorandum imzalanıb

21-06-2025

Vüsal Qasımlı “Mathias Corvinus Collegium” Universitetinin nümayəndələrini qəbul edib

24-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə