Azərbaycanın Ümumdünya Poçt İttifaqının (ÜPİ) Katibliyinə təqdim etdiyi layihə Bern şəhərində (İsveçrə) ÜPİ-nin Administrativ Şurasının payız sessiyası çərçivəsində təsdiq edilib.
Bu barədə Xeberler.az-a Azərpoçt MMC-dən məlumat verilib.
Belə ki, "Poçtun toplanması və çatdırılmasının inkişaf etdirilməsi" adlı layihənin Azərpoçt-un poçt şəbəkəsində tətbiqi nəzərdə tutulur.
ÜPİ-nin bütün üzv ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirin ilk həftəsində ÜPİ-nin Qəyyumlar Şurasının toplantıları keçirilib. Şuranın işində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Şura ÜPİ-nin qurultaylararası fasiləsiz işini təmin edir, normativ, inzibati, qanunverici və hüquqi məsələləri öyrənir.
Xeberler.az
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri