Previous Next
Bağla

Bakıda Ümumdünya Poçt İttifaqının iclası keçirilir

25-05-2016 17:44
Bakıda Ümumdünya Poçt İttifaqının iclası keçirilir

Ümumdünya Poçt İttifaqının (ÜPİ)  təşkilatçılığı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə Bakıda ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu (Quality of Service Fund – QSF) üzrə Qəyyumlar Şurasının (Board of Trustees – BoT) iclası keçirilir.

RYTN-dən Xeberler.az-a verilən məlumata görə, iclas iştirakçılarını Azərbaycan  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından salamlayan RYTN-in Poçt sektorunun müdiri Novruz Məmmədov ölkəmizdə poçt sahəsinin inkişafı və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar, icra edilən layihələr, poçt qanunvericiliyi və digər məsələlər haqda məlumat verib.

Məlumat verilib ki, Ümumdünya Poçt İttifaqı ilə əməkdaşlıq çərçivəsində indiyədək 8 layihə həyata keçirilib. Bu layihələrə poçt yüklərinin daşınması üçün avtomaşın, müxtəlif çeşidli skaner, printer, izləmə sistemi avadanlıqlarının  alınaraq  poçt şəbəkəsində istismara verilməsi daxildir.

İclasda Regional Rabitə Birliyinin Poçt Rabitəsi üzrə Komissiyası və Poçt Rabitəsi Operatorlar Şurası adından müvafiq tövsiyələr səsləndirilərək, QSF tərəfindən reallaşdırılan layihələrin xüsusən inkişaf etməkdə olan ölkələrə töhfə verməkdə olduğunu, layihələrin bundan sonra da davam etdirilməsinin zərurilyi vurğulanıb.

Öz növbəsində QSF üzrə Qəyyumlar Şurasının sədri İzabel Tavares 20 sentyabr-7 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək XXVI Ümumdünya Poçt Konqresindən söz açaraq, QSF-nin gələcək fəaliyyətinin də  məhz bu konqresdə müzakirə olunacağını vurğulayıb.

Xanım Tavares Xidmət Keyfiyyəti Fondunun növbəti illərdə işini daha fəal və müsbət istiqamət üzrə davam etdirəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, üç gün davam edəcək iclas Azərbaycanda ilk dəfə keçirilir.

Dünyanın bütün coğrafi regionlarını təmsil edən və 9 ölkə nümayəndəsindən ibarət ÜPİ-nin Qəyyumlar Şurasında, dünya ölkələrinin poçt xidməti keyfiyyətinin yüksəldilməsi üzrə ÜPİ-yə təqdim etdikləri layihələrə baxılaraq müzakirələrdən sonra təsdiqlənir, onların icrasına nəzarət həyata keçirilir, icranın nəticələrinə görə müvafiq qiymətləndirmə işləri yerinə yetirilir.

Sözügedən 9 ölkədən (ABŞ, Avstraliya, Portuqaliya, İsveçrə, Misir, Hindistan, Nigeriya, Çili) biri də Azərbaycandır. Azərbaycan Şurada Şərqi Avropa və Simali Asiya regionunu təmsil edir.

Ölkəmiz bu vacib orqanın üzvü olmaqla, milli poçt üçün bir sıra əhəmiyyətli layihələrin hazırlanması və maliyyələşməsi istiqamətində əhəmiyyətli imkanlar əldə etmiş sayılır. 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan ÜPİ-nin Qəyyumlar Şurasına üzv seçilib

05-05-2015

Ölkəmiz poçtla bağlı beynəlxalq sessiyaya qatılıb

25-04-2018

Bakıda rabitə xidmətləri ilə bağlı regional seminar keçirilir

04-05-2016

Azərbaycan Poçtu növbəti dəfə Qızıl sertifikat alıb-Foto

21-09-2016

​Ümumdünya Poçt İttifaqı Azərbaycanın layihəsini təsdiqləyib

12-11-2015

Nazirlik nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

18-04-2017

Bakıda MDB-nin iştirakçı ölkələrinin Dövlətlərarası Hökumət Rabitəsi üzrə Koordinasiya Şurasının 30-cu iclası keçirilib

17-10-2023

Azərbaycan Regional Rabitə Birliyinin mükafatına layiq görülüb

08-05-2015

Azərbaycan Avropa Poçt Tənzimləmə Komitəsinin iclasında təmsil olunub

02-07-2025

Bakıda rabitə üzrə beynəlxalq tədbir keçirilir

30-08-2017

Azərbaycan Ümumdünya Poçt İttifaqının müzakirəsində iştirak edir

25-09-2019

Sentyabrda Regional Treninq Mərkəzinin açılışı olacaq

25-08-2015

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

17-04-2019

Bakıda Ümumdünya Poçt İttifaqının seminarı keçiriləcək

29-03-2016

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib

15-07-2015

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Sammitdə təmsil olunur

09-04-2019

Azərbaycan Ümumdünya Radiorabitə Konfransında təmsil olunur

29-10-2019

Azərbaycan Ümumdünya Radiorabitə Konfransında təmsil olunacaq

12-10-2019

Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub

18-09-2018

Azərbaycan Ümumdünya Poçt İttifaqının 28-ci Konqresində iştirak edəcək

13-05-2025

Azərbaycanda İKT sahəsində ən böyük tədbir keçirilə bilər

02-07-2018

9 oktyabr - Ümumdünya Poçt Günüdür

09-10-2020

Startaplar üçün 4-cü qrant müsabiqəsi elan edilib

21-06-2016

Azərbaycan Regional Rabitə Birliyinin iclaslarında təmsil olunacaq

02-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə