Previous Next
Bağla

Ölkəmiz Cenevrədə İKT konfransda təmsil olunur

18-04-2018 11:28
Ölkəmiz Cenevrədə İKT konfransda təmsil olunur

Ölkəmiz yeni müddətə Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının üzvlüyünə namizədliyini irəli sürüb.

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının illik sessiyası öz işinə başlayıb.

Xeberler.az bildirir ki, sessiya aprelin 27-dək davam edəcək. 

İclasda ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Sessiya çərçivəsində BTİ-nin fəaliyyəti ilə bağlı hesabatların dinlənilməsi, qərarların qəbul edilməsi, cari il və gələcək illər üzrə fəaliyyət planlarının, maliyyə sənədlərinin və bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış qurumudur. BTİ, ali təsisatları olan, 4 ildən bir keçirilən Səlahiyyətli Konfrans və hər il sessiyası keçirilən Şura tərəfindən idarə olunur.

Şurada təşkilatın 193 üzv ölkəsindən yalnız 48-i təmsil olunur. 1992-ci ildən BTİ-nin üzvü olan Azərbaycan 2014-cü ildə Şuranın üzvü seçilib və bu illər ərzində Şuranın fəaliyyətində fəal iştirak edir.

Azərbaycan bu ilin oktyabr-noyabr aylarında Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçiriləcək Səlahiyyətli Konfransda yeni müddətə seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürüb. Ölkəmizin nümayəndəsi, həmçinin Radio Tənzimləmə Bürosunun üzvlüyünə də təqdim edilib.

Sessiya zamanı Şuranın gündəliyində olan məsələlərin müzakirəsində iştirakla yanaşı, seçkilərlə bağlı olaraq geniş təbliğat da aparılır. Çoxsaylı görüşlər keçirilir, ölkənin İKT sahəsində potensialı, nailiyyətləri haqqında ətraflı məlumatlar verilir.

Səfərin ilk günü BTİ-nin Baş katibi Haolin Zao ilə görüş keçiriib, ikitərəfli əlaqələr müzakirə edilib. Görüşdə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov da iştirak edib.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyasında iştirak edir

12-07-2023

Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

05-11-2018

Nümayəndə heyətimiz BTİ-nin iclasında iştirak edir

17-05-2017

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının iclasında təmsil olunur

22-03-2022

Azərbaycan Telekommunikasiya Şurasının sessiyasında iştirak edir

19-06-2019

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında təmsil olunur

29-10-2018

Azərbaycan BTİ Şurasının illik sessiyasında iştirak edir

18-06-2025

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

04-10-2022

Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyası keçirilir

13-05-2015

Azərbaycan bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib

14-11-2018

Rabitə və informasiya texnologiyaları naziri BTİ-nin Səlahiyyətli Konfransının işinə qatılıb

11-10-2010

Azərbaycanın BTİ Şurasına üzvlük üçün namizədliyi təqdim olunub

29-04-2026

Rəşad Nəbiyev BTİ-nin növbəti Səlahiyyətli Konfransında çıxış edib

27-09-2022

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Ali Şurasına üzvlük üçün namizədliyini təqdim edib

02-06-2010

Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçilib

02-11-2018

Nazir müavini Rövşən Rüstəmov Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini ilə görüşüb

13-01-2022

Rövşən Rüstəmov  Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb

23-03-2022

Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqında ikiqat uğuru

19-11-2018

Nazir Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə videokonfrans formatında görüşüb

22-10-2021

Azərbaycan beynəlxalq İKT konfransda iştirak edir

10-10-2017

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Sammitdə təmsil olunur

09-04-2019

İnformasiya-kommunikasiya texnologiyaları muzeyi yaradılır

10-11-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə