Previous Next
Bağla

Azərbaycan ÜPİ-nin Qəyyumlar Şurasına üzv seçilib

05-05-2015 10:00
Azərbaycan ÜPİ-nin Qəyyumlar Şurasına üzv seçilib

Azərbaycan Ümumdünya Poçt İttifaqının Xidmət Keyfiyyəti Fondunun (Quality of Service Fund – QSF) dünyanın 9 ölkəsinin nümayəndəsindən formalaşan Qəyyumlar Şurasına (Board of Trustees – BoT) üzv seçilib.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Poçt sektorunun baş məsləhətçisi Nasir Həmidov İsveçrənin Bern şəhərində 15 aprel – 1 may-da   keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) (Universal Postal Union – UPU) yaz sessiyasında iştirak edib.

Nazirlikdən Xəbərlər-ə verilən məlumata görə, sessiyanın sonunda baş tutan plenar iclaslarda ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun Qəyyumlar Şurasına növbəti müddətə səsvermələr yolu ilə seçkilər keçirilib. Sözügedən quruma üzv olmaq üçün Şərqi Avropa və Şimali Asiya regionu üzrə 1 vakant yerə 2 ölkədən nümayəndələrin – Azərbaycan (Nasir Həmidov), Gürcüstan (Nuqzar Breqvadze) namizədlikləri verilmişdi.

ÜPİ qaydalarına uyğun olaraq seçkilər Poçt Əməliyyatları Şurasının (Postal Operations Council – POC) 40 üzv-ölkəsinin iştirakı ilə aparılıb və Azərbaycan nümayəndəsi böyük üstünlük və səs çoxluğu ilə (31 səslə) seçilib. Beləliklə, Azərbaycan növbəti müddətə Şuranın üzvü seçilərək ÜPİ-nin ən vacib orqanının 9 üzvündən biri olub.

Məlumat üçün bildirək ki, dünyanın bütün coğrafi regionlarını təmsil edən və 9 ölkə nümayəndəsindən ibarət ÜPİ-nin Qəyyumlar Şurasında, dünya ölkələrinin poçt xidməti keyfiyyətinin yüksəldilməsi üzrə ÜPİ-yə təqdim etdikləri layihələrə baxılaraq müzakirələrdən sonra təsdiqlənir, onların icrasına nəzarət həyata keçirilir, icranın nəticələrinə görə müvafiq qiymətləndirmə işləri yerinə yetirilir.

Sözügedən qurumda üzvlüyümüz Azərbaycanın imicinə müsbət təsir etməklə yanaşı, ölkəmizin poçtu üçün ÜPİ çərçivəsində növbəti layihələrin hazırlanması, qəbulu və tətbiq olunmasına da, əvvəlki dövrdə olduğu kimi, geniş imkanlar yaradacaqdır.

Xatırladırıq ki, ÜPİ-nin QSF çərçivəsində Azərbaycan poçtu üçün indiyə kimi 7 layihə hazırlanıb həyata keçirilib. Sözügedən layihələr daxilində ümumi sayı 21 ədəd olmaqla poçt yüklərinin daşınması üçün avtomaşınlar, yüzlərlə müxtəlif çeşidli skaner, printer və s. avadanlıqlar alınaraq Azərbaycan poçt şəbəkəsində istismara verilib.

Nəticədə, qlobal poçt zəncirinin bir hissəsi olan “Azərpoçt” MMC-nin beynəlxalq poçt şəbəkəsinin keyfiyyətinin yüksəldilməsi üçün əhəmiyyətli irəliləyişlərə nail olunub.

 Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda Ümumdünya Poçt İttifaqının iclası keçirilir

25-05-2016

Ölkəmiz poçtla bağlı beynəlxalq sessiyaya qatılıb

25-04-2018

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

04-10-2022

​Ümumdünya Poçt İttifaqı Azərbaycanın layihəsini təsdiqləyib

12-11-2015

Azərbaycan Ümumdünya Poçt İttifaqının yaz sessiyasında iştirak edəcək

17-03-2009

Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

05-11-2018

Azərbaycan bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib

14-11-2018

Azərbaycan Ümumdünya Poçt İttifaqının şuralarına üzv seçilib

19-09-2025

Azərbaycan Poçtu növbəti dəfə Qızıl sertifikat alıb-Foto

21-09-2016

Azərbaycan Ümumdünya Poçt İttifaqının 28-ci Konqresində təmsil olunacaq

10-06-2025

Azərbaycanın poçt xidmətlərinin keyfiyyətinə görə qızıl səviyyəli sertifikatı

27-04-2015

Azərbaycan Ümumdünya Poçt İttifaqının 28-ci Konqresində iştirak edəcək

13-05-2025

“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub

19-11-2020

Azərbaycan beynəlxalq quruma üzv seçildi

05-05-2015

Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunacaq

30-01-2020

Azərbaycan nümayəndə heyəti ÜPİ-nın 28-ci Konqresində iştirak edir

08-09-2025

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021

Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqında ikiqat uğuru

19-11-2018

Azərbaycan poçtunun növbəti Qızıl səviyyəli sertifikatı

10-04-2015

Azərbaycanın BTİ Şurasına üzvlük üçün namizədliyi təqdim olunub

29-04-2026

Rəşad Nəbiyev BTİ-nin növbəti Səlahiyyətli Konfransında çıxış edib

27-09-2022

İKTA nümayəndəsi ÜPİ-nin Poçt Əməliyyatları Şurasının iclasında iştirak edib

25-02-2025

Azərbaycan BMT komissiyasının sessiyasına sədrlik edib

28-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə