«Azercell» abunəçiləri DataKart cihazlarını güzəştli şərtlərlə əldə edə biləcəklər

30-11-2009 / 16:11

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti abonentlərinə DataKart cihazlarını güzəştli şərtlərlə almaq imkanını təqdim edib.

Şirkətdən verilən məlumata görə, DataKart cihazlarını güzəştli şərtlərlə almaq üçün «Azercell Ekspres» ofislərinə müraciət edərək «Azercell GSM Müqaviləsinə DataKart cihazının güzəştli şərtlərlə satışına dair əlavə» formanı doldurmaq kifayətdir.

Alınan DataKart cihazının müqabilində abunəçi 12 ay ərzində 8 manat məbləğində aylıq haqqın ödənilməsi və ya 500, 1000, 5000 MB-lıq güzəştli GPRS paketlərindən birini seçərək, 12 ay ərzində GPRS xidmətindən istifadə etmək şərti ilə DataKart cihazını pulsuz əldə etmək imkanını əldə edir.

Hər ay ödəniləcək məbləğ, digər xidmət haqları ilə yanaşı müvafiq nömrəyə görə faktura dövrünün sonunda çıxan aylıq hesab fakturada öz əksini tapır və həmin fakturada öz əksini tapmış son ödəmə tarixinədək abunəçi tərəfindən ödənilir.

Xatırladaq ki, «Azercell Telekom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir və hazırda 3,7 mln. abunəçiyə xidmət göstərir.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.