Previous Next
Bağla

Osman Gündüz: Rəqəmsal İnkişaf Şurasının qərarlarının icrası sürətləndirilməlidir

30-06-2026 19:34
Osman Gündüz: Rəqəmsal İnkişaf Şurasının qərarlarının icrası sürətləndirilməlidir

Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz Rəqəmsal İnkişaf Şurasının ilk iclasını şərh edərək, qəbul olunan qərarların operativ icrasının vacibliyini vurğulayıb.

Ekspert qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası sektorda uzun müddətdir böyük maraqla gözlənilirdi və bu toplantı ölkədə rəqəmsal transformasiyanın idarə edilməsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, son dövrlər rəqəmsal sektorda müşahidə olunan ləngimələr, qərarların və razılaşdırmaların uzanması, iri rəqəmsal layihələrin azalması fonunda Şuraya gözləntilər olduqca yüksəkdir. Xüsusilə region ölkələrinin süni intellekt və rəqəmsal iqtisadiyyat istiqamətində sürətlə irəliləməsi Azərbaycanın da bu sahədə fəaliyyətini sürətləndirməsini zəruri edir.

O.Gündüz bildirib ki, iclasda təqdim olunan məlumatlara əsasən, 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı çərçivəsində 58 təşəbbüs müəyyən edilib, 40 dövlət qurumu üzrə yol xəritələri hazırlanıb və onların bir hissəsi artıq təsdiqlənib və ya təsdiq mərhələsindədir. Süni intellekt, kibertəhlükəsizlik, innovasiya ekosistemi, Milli Məlumat Hövzəsi, Hökumət Buludu, myGov platformasının genişləndirilməsi və qanunvericilik islahatları əsas prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

Ekspert hesab edir ki, bütün bunlar müsbət siqnallar olsa da, bazar hələ də bu qərarların real nəticələrini hiss etmir. Onun fikrincə, iri rəqəmsal layihələrin, yeni tenderlərin və maliyyələşmə proseslərinin başlaması ləngiyir ki, bu da İT bazarında fəaliyyət göstərən şirkətlərin üzləşdiyi əsas problemlərdən biridir.

Osman Gündüz vurğulayıb ki, Şuranın yaradılması koordinasiyanın gücləndirilməsi baxımından mühüm addımdır. Lakin bu koordinasiya əlavə bürokratik mərhələlərə və uzun razılaşdırma proseslərinə çevrilməməlidir. O, katiblik funksiyasını həyata keçirən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səylərini daha da gücləndirməsinin vacibliyini qeyd edib.

Ekspertin sözlərinə görə, rəqəmsal transformasiya çeviklik, sürətli qərarvermə və təşəbbüskarlıq tələb edir. Bu baxımdan, dövlət qurumlarında rəqəmsal transformasiya layihələrinin sürətləndirilməsi, maliyyələşmə mexanizmlərinin işə salınması və biznes üçün yeni imkanların yaradılması xüsusi əhəmiyyət kəsb edir.

O.Gündüz ümid etdiyini bildirib ki, ilin ikinci yarısında dövlətin rəqəmsal layihələri, süni intellekt təşəbbüsləri, innovasiya proqramları və yerli texnologiya şirkətləri üçün yeni imkanlar daha sürətlə reallaşdırılacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

08-05-2026
Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır

Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır

09-06-2026
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

29-06-2026
Rəşad Xalıqova yeni vəzifə verilib

Rəşad Xalıqova yeni vəzifə verilib

20-02-2026
Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib

Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib

29-06-2026
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı - Təhlil

Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı - Təhlil

11-02-2026
Azərbaycan ilə Türkiyə arasında Rəqəmsal Transformasiya Forumu təsis ediləcək

Azərbaycan ilə Türkiyə arasında Rəqəmsal Transformasiya Forumu təsis ediləcək

15-01-2022
Rəqəmsal İnkişaf Nazirliyinin rəqəmsallaşma konsepsiyası razılaşma prosesindədir

Rəqəmsal İnkişaf Nazirliyinin rəqəmsallaşma konsepsiyası razılaşma prosesindədir

13-02-2022
Baş nazir beynəlxalq rəqəmsal forumda iştirak edib

Baş nazir beynəlxalq rəqəmsal forumda iştirak edib

31-01-2025
Ekspert: Rəqəmsal İnkişaf Konsepsiyasının qəbulu üçün 4 il lazım olub

Ekspert: Rəqəmsal İnkişaf Konsepsiyasının qəbulu üçün 4 il lazım olub

16-01-2025
“Rəqəmsal müavinlər” modeli işə düşür - Osman Gündüz

“Rəqəmsal müavinlər” modeli işə düşür - Osman Gündüz

18-05-2026
Deputat: Azərbaycanda rəqəmsal inkişaf üçün böyük imkanlar var

Deputat: Azərbaycanda rəqəmsal inkişaf üçün böyük imkanlar var

13-03-2026
Yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı keçirilir

Yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı keçirilir

17-09-2024
İnformasiya infrastrukturu üzrə yeni qaydalar təsdiq edilib

İnformasiya infrastrukturu üzrə yeni qaydalar təsdiq edilib

27-10-2025
Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

25-02-2026
Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

25-11-2024
Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

28-04-2026
Azercell Amazon ilə tərəfdaşlıq qurur

Azercell Amazon ilə tərəfdaşlıq qurur

07-10-2025
Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"

Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"

30-09-2024
4sim: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq

4sim: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq

09-10-2024
“Azərbaycanda rəqəmsal iqtisadiyyat dövrü başlayır” - Osman Gündüz

“Azərbaycanda rəqəmsal iqtisadiyyat dövrü başlayır” - Osman Gündüz

10-12-2025
“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

10-06-2026
Azərbaycan və Türkiyə arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan və Türkiyə arasında anlaşma memorandumu imzalanıb

11-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə