«Azercell» daha iki beynəlxalq MMS rouminq sazişinə imza atıb

11-03-2009 / 17:41

«Azercell Telecom» şirkəti daha iki beynəlxalq MMS rouminq sazişi bağlayıb.

Şirkətdən xeberler.az-a verilən məlumata görə, «Azercell» Makaunun «CTM» və Ukraynanın «UMC» mobil rabitə şirkətləri ilə beynəlxalq MMS xidmətini istifadəyə verib.

Qeyd edək ki, «Azercell» şirkəti 2007-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq, beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib.

Xatırladaq ki, ölkənin aparıcı mobil operatoru bu günədək ümumilikdə 68 ölkənin 164 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb. «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir və hazırda 3,5 mln. abunəçisi var.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.