«Nar Mobile» yeni kampaniyaya start verib

01-06-2009 / 15:04

Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Nar Mobile» şirkəti yeni Bonus Mövsümü kampaniyasına başlayıb.

Şirkətdən xeberler.az-a verilən məlumata görə, yeni kampaniyadan bütün «Nar Mobile» öncədən ödənişli tarif planlarının abunəçiləri bu gündən etibarən yararlana bilər.

Aksiyanın şərtlərinə əsasən, abunəçilər balanslarını 5 manat və ya daha artıq məbləğlə artırdıqları halda ölkə daxilində bütün istiqamətlərə 350 dəqiqəyə və 50 SMS-ə qədər pulsuz bonuslar əldə etmək imkanını qazanacaq.

Abunəçi istənilən an *777#20#Yes sorğusunu yığmaqla bonusların mövcud statusunu öyrənə bilər. «Nar Mobile» abunəçiləri balansın artırılma üsulundan asılı olmayaraq Bonus Mövsümü aksiyası çərçivəsində bonuslar əldə edirlər. Hər balans artırılmasından sonra abunəçiyə əldə etdiyi bonuslar haqqında bildiriş mesajı göndəriləcək.

Balansın bir neçə dəfə artırdığı halda bütün pulsuz dəqiqə və SMS-lər cəmlənəcək və balansa hesablanan andan 30 gün müddətində etibarlı olacaq. Daha ətraflı məlumatı http://narmobile.az saytından əldə edə bilərsiz.

Qeyd edək ki, 2007-ci ildən fəaliyyət göstərən «Nar Mobile» şirkəti ölkənin 80% ərazisini əhatə edir. Hazırda şirkətin 1,2 mln. abunəçisi mövcuddur.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.