«Smart Technologies Solutions»un vəziyyəti məlum oldu

30-06-2022 / 15:53

Təqribən 1 il əvvəl təşkilati hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətə çevrilən «Smart Technologies Solutions» QSC 2021-ci ildəki fəaliyyəti ilə bağlı nəticələrini açıqlayıb. 

Xeberler.az məlumat verir ki, 2021-ci ildə «Smart Technologies Solutions» QSC 1 milyon 673 min manat gəlir əldə edib. Xərcləri isə 1 milyon 297 min manat olub. Nəticədə şirkətin əməliyyat mənfəti 375,6 min manat təşkil edib. 75 min manat mənfəət vergisi ödənişindən sonra «Smart Technologies Solutions» QSC ili 300 min manat xalisç mənfəətlə tamamlayıb. 

2020-ci illə müqayisədə şirkətin aktivləri 2,2 dəfə artaraq 343 min manatdan 759 min manata yüksəlib. 

Kapitalı isə 200 dəfə artaraq 10 manatdan 2000 manata yüksəlib. 

Xatırladaq ki, «Smart Technologies Solutions» MMC 2019-cu ilin aprelində dövlət qeydiyyatına alınıb. 2021-ci ildə isə təşkilati-hüquqi forması dəyişərək QSC-yə çevrildiyini elan edib. Şirkətin qanuni təmsilçisi Aydın Həsənovdur.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.