Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 2022-ci ili 4,336 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2021-ci ildən 5,439 milyon manat xalis zərərlə çıxmışdı.
Xeberler.az məlumat verir ki, ötən il “Azərpoçt”un poçt xidmətlərindən gəlirləri 20,355 milyon manat (əvvəlki ilə nisbətən 12,9 % çox), maliyyə xidmətlərindən gəlirləri 23,25 milyon manat (91,6 % çox), digər xidmətlərdən gəlirləri 11,28 milyon manat (10,7 % çox), cari hesab üzrə faiz gəlirləri 571 min manat (əvvəlki il olmayıb), xarici valyuta gəlirləri 3 min manat (1 il bundan əvvəl zərər olub), digər əməliyyat gəlirləri 114 min manat (10,3 dəfə az), investisyia fəaliyyətindən gəlirləri 10,308 milyon manat (2,4 dəfə çox), əməliyyat xərcləri 26,494 milyon manat (9,8 % çox), ümumi və inzibati xərcləri 23,258 milyon manat (18,8 % çox), köhnəlmə və amortizasiya xərcləri 4,585 milyon manat (9,9 % az), maliyyə xərcləri 90 min manat (2,6 dəfə çox), maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərəri 6,546 milyon manat (3 dəfə çox), dilinq əməliyyatları üzrə zərəri 406 min manat (2,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 166 min manat (əvvəlki il qənaət olub) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərpoçt”un aktivləri 624,008 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 43,7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 48 % artaraq 574,011 milyon manata, balans kapitalı isə 7,2 % artaraq 49,997 milyon manata çatıb.
Xatırladaq ki, "Azərpoçt" kommersiya qurumu kimi 2009-cu ildə eyni adlı dövlət müəssisəsinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,358 milyon manatdır. Şirkət ölkənin milli poçt operatorudur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri