Previous Next
Bağla

“Məktəb ətrafında olan İnternet klublar nəzarətə götürülüb”

08-07-2015 13:00
“Məktəb ətrafında olan İnternet klublar nəzarətə götürülüb”

Xeberler.az Uşaqların İnternetdə təhlükəsizliyi mövzusunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev ilə müsahibəni təqdim edir:

-Pərviz müəllim, uşaqların İnternetdə təhlükəsizliyi ilə bağlı  valideynlərin maarifləndirilməsi üçün Komitə hansı addımları atır?

-Dövlət Komitəsi tərəfindən maarifləndirmə xarakterli materiallar hazırlayırıq. Təşkil etdiyimiz maarifləndirici təlimlərdə valideynlərə kompüterin uşağın yataq otağında deyil, valideynin birbaşa nəzarət edəcəyi, övladının hansı saytlara daxil olduğunu görə biləcəyi yerdə quraşdırılması məsləhət görülür.

Təhsil işçilərini, valideynləri maarifləndirmə kampaniyalarına cəlb edirik. Əksər hallarda uşaq təhsildən yayınaraq dərs zamanı hansısa İnternet klubda, onu təhsildən yayındıran işlərlə məşğul olur. Bu zaman öhdəlik təhsil işçilərinin üzərinə düşür . Onlar uşağın dərsdən yayındığı hallarını valideynə bildirməli, uşaqla tərbiyələndirici söhbətlər aparılmalıdır.

Müxtəlif internet klublara reydlər, monitorinqlərimiz zamanı müşahidə edirik ki, uşaqların çox hissəsi dərs zamanı internet klublara üz tutur. Və bundan valideynin xəbəri olmur. Bəs nə etməli? Təhsildən yayınma halları yaşanarsa dərhal valideyn məlumatlandırılmalı, məktəb psixoloqu tərəfindən ailəyə mövzu ətrafında ikitərəfli kömək göstərilməlidir. Bu məsələ ilə bağlı kompleks tədbirlər görülməlidir. Təkcə valideyn, məktəb yox, uşağın təhsil aldığı mühitə xüsusi diqqət yetirilməlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı tədqiqatlar göstərir ki, məktəb yaşlı uşaqların dərs saatlarında internet klublara girişində obyekt rəhbərləri bu vəziyyətdən narahat deyil. Ona görə, cəmiyyət özü də tərbiyələndirici funksiya daşımalıdır.

-Valideynlər övladlarını İnternetdəki zərərli informasiyalardan qorumaq üçün hansı addımları atmalıdır?

- Valideynlərin əsas rolu uşaqların İnternetdən təhlükəsiz istifadə etməsində övladlarına nəzarət etməkdir. Valideyn övladının İnternetdən hansı məlumatları əldə etdiyini, neçə saat istifadə etdiyini bilməlidir.

-Uşaqların İnternetdə təhlükəsizliyinin qorunması ilə bağlı dövlət səviyyəsində hansı tədbirlər görülür və nəzərdə tutulur?

-İnternet kafelərlə bağlı müvafiq tədbirlər görülüb, məktəb ətrafında olan İnternet klublar isə nəzarətə götürülüb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bu sahədə birgə əməkdaşlıq edirik.

- Bir qədər öncə məlumat verilib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən uşaqların İnternetdə təhlükəsizliyi üzrə “Ağ siyahı” (“white list”) yekunlaşmaq üzrədir. Siz məsələ ilə bağlı qurumla əməkdaşlıq edirsinizmi?

-Rabitə və Yüksək Texnologiyalar Nazirliyi süzgəc sistemi yaradır: əsas məqsəd uşaqların lazımsız saytlara girişini qadağan etməkdir. Bunun vasitəsilə evdəki və İnternet klublardakı kompüterlərdən azyaşlıların təhlükəsizliyi sual altında olan saytlara girişinin qarşısı alınmış olur. Uşağın tərbiyəsinə, psixikasına  birbaşa təsir edən saytlara giriş məhdudlaşır. Layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aid olduğu üçün yekunlaşması və tətbiqi ilə birbaşa Nazirlik məşğul olur.

-İnternet-klublarda uşaqların təhlükəsizliyinin qorunması  ilə bağlı Komitə tərəfindən hansısa tədbirlər planı hazırlanıbmı və yaxud da təkliflər olubmu?

-Apardığımız monitorinqlər zamanı bizim qurumla yanaşı, bir neçə dövlət qurumu nümayəndələri, həmçinin sahə üzrə polis müfəttişləri, aidiyyəti nazirlik nümayəndələri və s. iştirak edir. Əsas məqsəd məktəb ərazisində fəaliyyət göstərən internet klublarda azyaşlılara girişə icazə verən obyekt rəhbərlərini məlumatlandırmaq, bu hal bir neçə dəfə təkrarlanarsa cəza tədbirləri həyata keçirməkdir. Təbii ki, biz deyə bilmərik ki, məktəb ətrafında İnternet klub açmaq olmaz. Qanunda belə bir maddə yoxdur.  Uşaqların İnternetdə təhlükəsizliyində bütün ictimaiyyət məsuliyyətli olmalı, obyekt rəhbərliyi azyaşlıların dərs vaxtı girişini qadağan etməlidir. Düşünürük ki, “Ağ siyahı” layihəsi prosesin asanlaşmasına çox kömək edəcək. Valideyn kompüteri aldığı zaman yerindəcə sözügedən proqramı yazacaq və uşaq kompüterdən istifadə edərkən sistem fəaliyyətə başlayacaq. Girişi qadağan olunmuş saytlar açılmayacaq.

-Beynəlxaq təcrübə göstərir ki,  uşaqların İnternetdə təhlükəsizliyinin qorunması sahəsində dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin birgə əməkdaşlığı daha çox fayda verir. Bu istiqamətdə bizdə vəziyyət necədir ?

-Təbii ki, beynəlxalq statistikanı nəzərdən keçiririk. Bizim qurum olaraq əsas öhdəliyimiz beynəlxalq təcrübə ilə yanaşı, Azərbaycanda formalaşan sistemin beynəlxalq təcrübəyə uyğunlaşmasını təmin etməkdir. Komitə uşaqların İnternetdə təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirmək, problemlərin həlli üçün peşəkarlarla birgə çalışmağa xüsusi önəm verir. Cəmiyyət uşaqların internetdə təhlükəsizliyinə biganə yanaşmamalı, bu sahədə problemlə qarşılaşarsa Komitəyə müraciət etməlidir.

 

Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Uşaqların İnternet təhlükəsizliyi üzrə “Ağ siyahı” yekunlaşmaq üzrədir

27-06-2015

DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

04-06-2025

Elektron Təhlükəsizlik Xidməti orta məktəb müəllimləri üçün vebinar keçirib

17-09-2020

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025

Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

26-10-2015

Təklif: İnternet klublarda uşaqlar üçün xüsusi kompüter ayrılsın

06-03-2017

Uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Treninqlər keçiriləcək

11-11-2011

Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

01-06-2018

“Uşaqların internet təhlükəsizliyi” mövzusunda tədbirlər keçirilib

17-11-2025

“Mobil təhlükəsizlik imkanları ilə uşaqları kibertəhlükədən qorumaq olar”

30-09-2015

Ekspert: "Halal internet" və uşaqların təhlükəsizliyi necə tənzimlənməlidir?

10-09-2021

Uşaqların internetdə təhlükəsizliyi müzakirə olunub

10-11-2015

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

09-02-2016

Uşaqların təhlükəsizliyini qoruyan yeni mobil tətbiq

02-12-2015

“Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək

13-12-2011

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik ediləcək

18-12-2025

İnternet oyunları uşaqlar üçün təhlükə mənbəyidir

05-08-2019

Dövlət Komitəsi “Roblox” ilə bağlı valideynlərə tövsiyələr verib

06-02-2026

İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

20-11-2018

Uşaqların təhlükəsizliyi ilə bağlı Treninq keçirilib

18-11-2011

Uşaqların kibermühitdə müdafiəsi mövzusunda dəyirmi masa keçirilib

04-06-2025

Azərbaycanda “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı layihə həyata keçirilir

03-11-2008

Azərbaycanda halal internet problemi : 2020-ə qaldı...

27-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə