“Bakıda Uber xidməti artıq fəaliyyətə başlayıb”.
Bu barədə Xəbərlər-ə Uber-in Azərbaycandakı təmsilçisi Kamran Səmədli məlumat verib.
O qeyd edib ki, bu gündən başlayaraq Uber şəhərin ritmini tutmağınız üçün Bakıda fəaliyyətə başlayır:
"UberBLACK xidmət avtomobilləri təqdim edirik.Fəaliyyətə başladığımız hər bir şəhərdə oranın nəbzini tutan şəxs Uber-i sifariş edən və istifadə edən ilk istifadəçimiz olur. Bakıda Rider Zero (ilk istifadəçimiz) GoldenPay və Hesab.az-ın təsisçisi Fərid İsmayılzadə oldu. Şux Mercedes-Benz S Class Fəridi evindən götürərək onu yeni stildə və komfortda ADA Universitetinə çatdırdı".
Təmsilçi qeyd edib ki, UBER-ə qoşulmaq istəyənlər Uber tətbiqini iPhone, Android, Windows və ya Blackberry 7 smartfonlarda quraşdıra və yaxud buradan qeydiyyatdan keçə bilər:
"Həmçinin adınzı, emailinizi və ödəniş kartınızı daxil edərək birbaşa qeydiyyatdan keçin, gediş sifariş edin və avtomobil bir neçə dəqiqə ərzində yanınızda olacaq".
Kamran Səmədli deyib ki, getdiyiniz yerə çatdığınız anda nəğd ödəməyə ehtiyac yoxdur. Ödəniş kartınız vasitəsilə edilir və sizə gedişiniz haqqında ətraflı məlumatı saniyələr içində email göndərilir.
Qeyd edək ki, uzun müddətdir ki, bu sahədə fəaliyyətlər davam edirdi. Kamran Səmədli Xəbərlər-ə bildirmişdi ki, aprelin sonlarına doğru bu istiqamətdə bütün işlər yekunlaşacaq.
Amerikanın San-Fransisko şəhərində 5 il əvvəl yaradılmış Uber layihəsi Avropa boyu geniş yayılmaqdadır.
Avropanın bir neçə şəhərlərində rəsmi taksi sürücüləri smartfon və kompüter əlavəsilə işləyən Uber taksi xidmətinə qarşı etirazlar da ediblər.
Qeyd edək ki, Almaniyanın Frankfurt şəhər məhkəməsi "Uber" şirkətinin fəaliyyətini qismən qadağan edib, həmçinin şirkət və onun törəmə "UberPop" xidməti 250 min avro məbləğində cərimə olunub.
Hakim İoahim Nikel dinləmələrdə bildirib ki, "Uber" kommersiya nəqliyyat daşımaları haqqında Almaniya qanunlarını pozub. Səbəb kimi sürücülərin lazımi lisenziyalara malik olmaması qeyd edilir.
Ötən il hamıdan çox investisiyanı “Uber” xidməti cəlb edib. Noyabrda onlayn taksi sifarişi servisi 1,2 milyard dollar investisiya alıb ki, bunun da sayəsində şirkətin dəyəri 41,2 milyard dollara çatıb. Bu, bir il əvvəlki dəyərdən 12 dəfə çoxdur.
Uber onlayn taksi sifarişi xidməti 2020-ci ilədək qadınlar üçün bir milyon iş yeri yaradacaq. Bu təşəbbüs BMT-nin “UN Women” bölməsi ilə tərəfdaşlıqda reallaşır.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri