Previous Next
Bağla
REKLAM YERİ

10 000 Manat mükafatla "Openwave" hakatonuna start verilir

12-05-2026 08:50
10 000 Manat mükafatla "Openwave" hakatonuna start verilir
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qurumlarında innovasiya fəaliyyətinin genişləndirilməsi və ekosistemin inkişafı məqsədilə “Openwave” Açıq İnnovasiya Proqramı çərçivəsində Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti ilə tərəfdaşlıq əsasında keçiriləcək hakatonlar seriyasının ilk mərhələsinə start verir.

Xeberler.az məlumat verir ki, qlobal çağırışlar fonunda təşkil olunan genişmiqyaslı “Openwave” hakatonunun rəsmi təşkilatçıları İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Nərimanov Rayon İcra Hakimiyyəti və Tedspace şirkətidir.

“Openwave” Açıq İnnovasiya Proqramının əsas məqsədi dövlət idarəçiliyində ənənəvi qapalı yanaşmalardan imtina edərək startapların, texnoloji cəmiyyətin və fərdi istedadların potensialından birgə faydalanmaqdır. “Açıq innovasiya” modeli vasitəsilə dövlət qurumlarının kənardan gələn innovativ ideya və texnoloji həlləri daxili proseslərinə inteqrasiya etməsi hədəflənir.

48 saat davam edəcək hakatonda ekspertlər, proqramçılar, dizaynerlər və tərtibatçılardan ibarət komandalar iştirak edəcək. Seçim mərhələsindən sonra 15-20 peşəkar komandanın, ümumilikdə isə 60-90 iştirakçının yarışacağı bildirilib.

Təqdimatların yekununda ilk 3 komanda müəyyən ediləcək və qaliblərə ümumi 10 min manat məbləğində mükafat fondu təqdim olunacaq. Birinci yerin qalibi 5000 manat, ikinci yerin qalibi 3000 manat, üçüncü yerin qalibi isə 2000 manat qazanacaq.

Qeyd olunub ki, hakaton yalnız yarış platforması deyil, eyni zamanda Nərimanov rayonu üzrə idarəetmənin optimallaşdırılması üçün praktik mexanizm kimi nəzərdə tutulub. Layihənin əsas məqsədi ərazi problemlərinin müəyyən edilməsi, qeydiyyatı, prioritetləşdirilməsi və həll prosesinin monitorinqi üçün rəqəmsal həllərin hazırlanmasıdır.

İştirakçılar tərəfindən hazırlanacaq həllərdə sistematik nəzarət, problemlərin operativ qeydiyyatı və yönləndirilməsi, foto və geolokasiya əsaslı mobil idarəetmə, analitik panellər, rəqəmsal arxiv və audit sistemi, icra və status izləmə mexanizmləri, avtomatlaşdırılmış xəbərdarlıqlar və kommunal xidmətlərin vahid koordinasiyası kimi funksionallıqların yer alması tələb olunur.

Qeydiyyat üçün linkə daxil ola bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sığortaçı seçir

02-10-2025

Azərbaycan AgroX innovasiya proqramına start verir

15-05-2019

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

06-06-2022

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçib

24-04-2026

Gender bərabərliyi hakatonu keçiriləcək

11-01-2021

“ConstructionTech Incubation” proqramının qalibləri müəyyənləşdirilib

12-01-2026

2-ci Regional Hakatona qeydiyyat başlanıb

04-06-2021

Azərbaycanda “Milli Kosmik Hakaton” keçirilib

08-12-2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçir

26-01-2026

İkinci ABB Regional Hakatonunun qalibləri elan olunub

07-07-2021

agroX Müsabiqəsinin YarımFinalçıları üçün MENTOR dəstəyi təşkil olunacaq.

08-07-2019

2-ci ABB Regional Hakatona start verilib

05-07-2021

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini azaldıb

02-09-2025

agroX Müsabiqəsinin YarımFinalçıları üçün MENTOR dəstəyi təşkil olunub

11-07-2019

agroX yarımfinalçılarına növbəti mentor dəstəyi təşkil olunacaq

03-09-2019

agroX-in Gəncə yarımfinalçıları üçün mentor dəstəyi təşkil olunacaq

24-09-2019

Azərbaycan AgroX innovasiya proqramına start verir

19-06-2019

agroX Müsabiqəsinin yekun təqdimat mərasiminin vaxtı açıqlanıb

28-08-2019

Fərid Osmanov: İnnovasiya bir şəhərə bağlı olmamalıdır

20-08-2025

"Mastercard" “Sandbox as a Service” hakatonunun qaliblərini elan edib

22-11-2024

agroX yarımfinalçılarının bir qrupu ilə görüş keçirilib

05-09-2019

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnamə fondu artırılıb

29-07-2023

Ölkənin ilk vençur kapital fondu yaradıldı

27-12-2022

agroX müsabiqəsinin yekun təqdimat mərasimi keçiriləcək

02-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə