İstifadəçi baxımından yetəri qədər böyümə göstərməyən və qeydiyyatda olan istifadəçilərinin platformadan aktiv istifadəsində də ciddi geriləmə yaşayan Twitter üçün yeni iddia ortaya çıxıb.
Xeberler.az xarici mediada yayımlanan məlumatlara istinadən bildirir ki, şirkət bu ildən sonra özünü satışa çıxara bilər.
SunTrust-da analtik olaraq çalışan Robert Peck dünən investorlarla bağlı hazırladığı hesabatda Twitter-in istifadəçi statistikasına da nəzər salıb.
Peck iddia edir ki, əgər şirkət istifadəçi baxımından qarşıdakı aylarda da problemlər yaşasa, Twitter üçün bir satınalma və ya birləşmə qaçınılmazdır.
Robert Peck-in təxminlərinə görə, bu satınalmanın 2016-cı ildə həyata keçməsi çox da yüksək ehtimal deyil.
Robert Peck Twitter ilə maraqlanacaq potensial alıcıların da adını sadalayıb. Onun sözlərinə görə, bu şirkətlər Google, Facebook və Apple ola bilər.
Peck bununla yanaşı, böyük media və Data Mərkəzlərinin də şirkəti almağa maraqlı ola biləcəyini deyib.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri