Google I / O 2022 konfransında yeni innovativ cihazını təqdim edib. Söhbət, xüsusi AR eynəkdən gedir.
Xeberler.az bildirir ki, yeni təqdim edilmiş AR eynəkləri 2011-ci ildə təqdim edilən “Google Glass”dan fərqlənir. Belə ki, yeni AR eynəkləri adi eynəklərə bənzəsə də, o, insanlar arasında ünsiyyətdə yaranan maneəni aradan qaldırmağa kömək edir. Söhbət dildən gedir. Məsələ burasındadır ki, sözügedən eynəkdən istifadə edən şəxs üçün həmin eynək real zaman ərzində digər şəxsin ünsiyyətdə istifadə etdiyi xarici dili tərcümə edərək altyazı formatında təqdim edir. Bu da öz növbəsində iki insanın bir-birini anlamasına imkan verir. Şirkət tərəfindən təqdim edilən bu videoda AR eynəklərinin imkanları göstərilib. Həmin videoda Google əməkdaşı başqa dillərdə danışan insanlarla ünsiyyət qurmağa çalışır və ingiliscə danışır.
Eynəklər öz növbəsində ingilis dilini digər şəxslərin ana dillərinə tərcümə edərək subtitrlər təqdim edir. Şirkətin təqdim etdiyi videodan da görünür ki, Google-un yeni AR eynəkləri işarə dilini altyazı formatında təqdim edə bilir. Qeyd edək ki, bütün bu imkanlar artıq smartfonlarda mövcud olsalar da, Google şirkətinin fikrincə artırılmış reallığın istifadəsi ünsiyyət üçün daha rahat və təbii üsuldur. Yeni AR eynəklərinin istehsalının hansı mərhələdə olduğu məlum deyil. Sözügedən eynəyin texniki xüsusiyyətləri barədə məlumat verilməyib. Bu eynəklərin satışa çıxarılıb-çıxmayacağı da məlum deyil. İstisna deyil ki, bu cihaz sadəcə prototip rolunu oynayır və Google şirkətinin texnologiyasını nümayiş etdirmək üçün hazırlanıb.
Fidan Ali
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri