Google-un yeni smartfonlarının özəllikləri və qiyməti

05-10-2016 / 13:47

Məlumat verdiyimiz kimi, şirkət dünən  yeni məhsullarının təqdimatını edib.

Xeberler.az məlumat verir ki, Google yeni smartfonunu da  iki versiyada təqdim edilib.

Belə ki, yeni  Pixel, 5.5 YENİ 5 düymlük diaqonala malik ekranla təchiz edilmiş Pixel, 5.5 düymlük FHD AMOLED (441ppi) ekrana sahibdir,   Pixel XL isə 5,5 düyümlük  QHD AMOLED (534ppi) ekran daşıyır.

iPhone-nun rəqibi olan aparat 12.3 meqapiksellik kamera ilə təchiz edilib. Həmçinin 8 meqapiksellik ön kamera var.

Smartfonları dördnüvəli Snapdragon 821 prosessoru, 4 QB əməli yaddaş, 32 və 128 QB daxili yaddaşa malikdir.

Şirkət bildirir ki, akkumulyatorun şarjı gözləmə rejimində 7 saat üçün kifayət edir və 15 dəqiqə ərzində enerji ilə doldurmaq mümkündür.

Tayvanın HTC şirkəti tərəfindən yığılan qurğular Android –in Nougat  adlı yeni versiyası ilə işləyir. Yeni versiyada enerji sərfiyyatını optimallaşdıran və əməli yaddaşa yüklənməni azaldan xüsusi iş rejimi mövcuddur.

Şirkətin nümayəndələri Pixel smartfonuna inteqrasiya edilmiş virtual səs köməkçisinə xüsusi əhəmiyyət verirlər.

Smartfon  üç rəngdə  təqim edilib: gümüşü, qara və ağ-göy. Qeyd edilib ki, sonuncu rəng ABŞ-a özəl hazırlanıb.

Pixel smartfonu virtual reallıq effektinin yaradılması üçün Daydream platformasını dəstəkləyir.

Son olaraq qeyd edək ki, Google Pixel-i hazırda 649 dollar qiyməti ilə yalnız ABŞ-da ön sifariş etmək olar.

 

 

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə