Səs-küyü tamamilə boğan və sürətli yuxuya getməyə imkan yaradan xüsusi simsiz qulaqlıqlar hazırlanıb.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, ABŞ-ın Bose şirkəti keyfiyyətli səs üçün audiokomponentlər, qulaqlıqlar, akustik sistemlər və bir çox digər qurğular istehsal edir.
Lakin ilk dəfədir ki, istehlakçıların sakit yuxusunu təmin edən xüsusi qulaqlıqlar istehsal ediblər.
2018-ci ilin fevralında satışa çıxarılacaq bu qurğular bütün yad səs-küyləri udmaqla yanaşı, həm də öz sahibinə sakitləşdirici səslər təqdim edirlər.
Bunun üçün qulaqlıqlar Bluetooth vasitəsilə smartfona qoşulur və səsi, onun davam etmə müddəti və gurluğunu seçməyin mümkün olduğu mobil əlavənin köməyi ilə idarə olunurlar.
Bundan başqa, qulaqlıqlar zəngli saat siqnalı funksiyasına da malikdirlər. Kraudfaundinq şirkətinin köməyi ilə Bose şirkəti qulaqlıqların istehsalı üçün planlaşdırılan 50 min dolların əvəzinə doqquz dəfə çox vəsait toplayıb.
İlkin sifarişlər üzrə qadcetin dəyəri 150 dollar təşkil edir. Seriya versiyası isə artıq 250 dollar dəyərində olacaq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri