Previous Next
Bağla

4G istifadəyə verildikdən sonra Bakcell-in trafiki xeyli artıb

20-08-2015 11:18
4G istifadəyə verildikdən sonra Bakcell-in trafiki xeyli artıb

Hazırda 4G istifadəçilərinin sayı 3G istifadəçilərinin sayından əhəmiyyətli dərəcədə az olduğu üçün abunəçilər tərəfindən istifadə olunan ümumi trafik həcminə ciddi bir təsir müşahidə olunmur.

Cari ilin may ayında Bakcell şirkəti IV Sür@ brendinin 4G LTE xidmətini kommersiya istifadəsinə verib.

Bu barədə Xeberler.az-a Bakcell şirkətindən məlumat verilib.

Şirkətdən qeyd edilib ki, adıçəkilən xidmətə qoşulduqdan sonra abunəçilərin istifadəsində iki əsas dəyişiklik müşahidə edilib:

4G istifadəçiləri orta hesabla iki dəfə çox mobil internet istifadə edib;

4G istifadəsindən sonra müştəri məmnuniyyəti əhəmiyyətli dərəcədə artıb.

Şirkətin məlumatına görə, ümumilikdə 4G LTE texnologiyası mobil internetdən yüksək səviyyədə istifadəni təmin edir. Bunu xüsusilə Bakı ərazisində müşahidə edən abunəçilər Bakcell şirkətinin təqdim etdiyi 4G xidmətindən 150 Mbit/s çatan sürətlə faydalanırlar. Bu isə adi internetdən dəfələrlə çoxdur.

Şirkətdən Xeberler.az-a onu da bildiriblər ki, şəbəkədə ləngimənin minimum həddə olması sayəsində Bakcell abunəçiləri iri həcmli faylları, tez bir zamanda yükləyib göndərir, onlayn videolar və filmləri yükləmə olmadan izləyir, onlayn oyunlar oynayır, müxtəlif saytlar və sosial mediadan mükəmməl rahatlıqla istifadə edə bilirlər.

Azərbaycanda 4G xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı getdikcə artmaqdadır.

Bakcell-dən Xeberler.az-a onu da bildiriblər ki, şirkət yaxın gələcəkdə 4G istifadəçilərinin sayının artması ilə əlaqədar trafik həcmin çoxalmasına olan tələbatı qarşılamağa tam hazırdır.

 

Ruhəngiz Muradova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017

Bakcell-dən endirim kampaniyası

19-08-2015

Metroda sürətli internet olacaq-Yenilik

17-01-2018

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015

“Bakcell” 4G üzərindən səs xidmətini istifadəyə verib

12-05-2022

Bakcell 14 ölkədə 4G rouminq xidmətini aktivləşdirib

03-07-2015

Bütün Abşeron 4G-dən istifadə edə biləcək

07-10-2015

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

17-07-2018

Bakcell yeni kampaniyaya başladı

05-12-2016

Bakcell-i seçənlərin sayı artıb

20-02-2015

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

Bakcell Gold abunəçilər üçün rominq kampaniyasını təqdim edir

14-07-2015

Abunəçilər Bakcell şirkətini seçir

12-01-2015

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

Bakcell-dən ikiqat internet

03-05-2018

Bakcell abunəçiləri üçün İnstagram-dan pulsuz istifadə imkanı

13-05-2016

Bakcell şirkəti yenilənmiş saytını istifadəyə verib

01-12-2021

Bakcell Rusiyada olan abunəçiləri üçün yenilik edib

19-07-2016

Bakcell-dən YouTube istifadəçiləri üçün yenilik

30-06-2017

“Sərfəli qiymətlərlə ən üstün mobil rabitə xidməti təqdim edirik”

30-09-2015

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018

Bakcell-in rouminq xidmətindən istifadə daha da asanlaşdı

29-11-2018

Bakcell internet paketin qiymətini 10 qəpiyə saldı

09-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə