Ölkəmizdə generativ süni intellekt (AI) və Azərbaycan dilində böyük dil modelləri var. Biz beynəlxalq təşkilatların və konsaltinq şirkətlərinin köməyi ilə süni intellekt imkanlarından 2040-cı ilədək Azərbaycan iqtisadiyyatının artım tempini sürətləndirmək üçün istifadə etməyi planlaşdırırıq. Bu təşkilat və şirkətlərin qiymətləndirilməsinə görə, Azərbaycan dilində generativ AI ölkə iqtisadiyyatına əlavə 4,4 milyard dollar gəlir gətirəcək. Bundan başqa, böyük məlumat həcmini generasiya edəcək rəqəmsal ikili proqramın işə salınması da bu plana daxildir.
Xeberler.az məlumat verir ki, bunu cümə axşamı, oktyabrın 17-də Bakıda, ADA Universitetində keçirilən “Süni intellekt və data elmləri” mövzusunda Birinci Avrasiya Forumunda “4SIM Azerbaijan” şirkətinin icraçı direktoru Fariz Cəfərov deyib.
Onun sözlərinə görə, “Coursera” üzrə 20 kurs “DeepFake” texnologiyası vasitəsilə Azərbaycan dilinə köçürüləcək.
“Coursera” ilə əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq 20 beynəlxalq kurs Azərbaycan dilinə tərcümə olunacaq. Dünya sürətlə dəyişdikcə, qlobal miqyasda böyük həcmdə data yaradılır. Əslində, 2025-ci ilə qədər 175 zettabayt məlumat olacaq. Biz bu məlumatları idarə etməliyik. Məlumat iqtisadiyyat üçün yeni enerji deməkdir”, - deyə icraçı direktor bildirib.
Fariz Cəfərov onu da qeyd edib ki, Azərbaycan hökuməti 51 təşəbbüsü özündə əks etdirən yeni rəqəmsal iqtisadiyyat strategiyası hazırlayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri